19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yazıq gərək bir az dincəlsin axı…

—Kakoy eşe k çertu işak? — deyir naçalnik, keçib gedir.

Yanındakılar Məmmədhəsən əmini itələyirlər.

Məmmədhəsən əmi lap qulağının dibində səs eşidir:

—Deməli belə, Məmmədhəsən əmi — bu Xudayar bəydir —

deməli məndən nəçənniyə şikayət eləyirdin.

Məmmədhəsən əmi Xudayar bəyi görüb sevincək:

—Nə danışırsan Xudayar bəy — deyir — Mən sənin yerini

soruşurdum, çox şükür özün qabağıma çıxdın.

—Demək belə — Xudayar bəy dodaqaltı danışır, — məndən

şikayət eləməyə gəlmisən. Heç eyib etməz. Səninlə kənddə

danışaram.

—Nə deyirsən Xudayar bəy, vallah-billah şikayət etmək fikrim

yoxdu, ancaq elə sənin yerini bimək istəyirdim.

—Yaxşı, Məmmədhəsən, şikayət elə, elə… əlbət kəndə qayıdarıq

Xudayar bəy dəftərxananın qapısını açıb içəri girir.

Məmmədhəsən əmi mağmın-mağmın onun ardınca baxır.

Zeynəbin evi. Molla, Xudayar, Vəliqulu Zeynəbin qarşısında

durublar.

Molla:

—Bacı, axırıncı dəfə səni xəbərdar edirəm. Xilafi şəriət iş tutma.

Zeynəb:

—Axı mənim günahım nədi?

Molla:

—Gunahın odu ki, qanunu ərinin evində gedib oturmursan.

Bəyəm bilmirsən ki, sən indi Xudayar bəyin kəbinli övrətisən, hər

işdə də gərək onun sözünə baxasan.

—Mən haçan, harda, kimin yanında razılıq vermişəm ki, Xudayar

bəyə övrət olum?

Xudayar Vəliquluya işarə edir. Vəliqulu:

—Mənim yanımda, Sən məni vəkil elədin, mən də qazıya sənin

razılığını bildirdim.

Xudayar:

—Yəni bu boyda şeyi də danmaq olar?

Zeynəb ona məhəl qoymadan oğluna müraciət edir:

—Utanmırsan Vəliqulu, belə ağ yalan danışırsan?

Molla:

—Bacı, işi cəncələ salma. Səni yəni zorla sürüyüb aparsınlar

164

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!