19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

içək, yeyək, dolanaq. Məsləhətdirmi, Dədə?

Dədə Qorqud:

—Çoban, sözün haqdır, — dedi, — yurdumuzun başına çox

qəzalar gəldi, ərlərimiz, igidlərimiz çox qırıldı, amma tamam qırılıb

qurtarmadıq. Hələ varıq, hələ olacayıq, qalacayıq.

Çoban:

—Dədə, bu oğlana ad qoyasınca varmıdır?

Dədə Qorqud:

—Bəli, — dedi, — ad almağa layiqdir. Bu torpaqda çox ər qırıldı,

az ər qaldı. Onun adını Azər qoyuram. Qoy az ərlər çox olsun, qoy

Azərlər çoxalsın.

Dədə Qorqud Azərə baxdı, bir daha soylədi, görəyin nə söylədi:

—Oğul, Azər, — dedi, — onu bil ki, torpağın yurd, vətən olması

üçün iki şərt lazımdır. Biri odur ki, gərək bu torpağı əkəsən,

becərəsən, birisi də odur ki, gərək bu torpağı yağılardan qoruyasan.

O torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz. O

torpağı ki, əkib-becərmədin, onu qorumağa dəyməz.

Qaraca Çoban: — Oğlum, Azər, bu sözləri yaxşı yadında saxla,

— dedi.

Dədə Qorqud:

—Çoban, — dedi, böyük işə başlamısan, yaxşı işə girişmisən.

Qalx dağın başına, dağ başında üç tonqal qala.

Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda

basqınlardan qorunmağa yığışır. Qoy indi üç tonqal görəndə hamı

cütlə, xışla gəlsin, bilsinlər ki, işləməyə gəlirlər.

Qaraca Çoban ata minib dağ başına çapdı. Dədə Qorqud üzünü

işləyən adamlara tutub dedi: — İşimiz avand, torpağımız bərəkətli

olsun. Kölgəli ağacımız kəsilməsin! Çağlayıb axan sularımız

qurumasın! Namərdə möhtac olmayaq! Ümidimiz üzülməsin!

Qanadımız qırılmasın! Uca dağın ocaqları həmişə yanar dursun!

Uca dağın başında üç tonqal alovlanırdı. Qaraca Çobanla Azər

tonqalların yanında durub fərəhlə baxırdı.

Dağın ətəyində Dədə Qorqud, Burla xatun, Tural, Gunel, Aysel,

Günay, başqa adamlar sevinclə tonqallara baxırdılar.

...Uzaq bir dağın zirvəsində də üç tonqal alovlanırdı.

...Başqa bir dağın başında da eləcə...

129

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!