19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Nik, sənə nə olub? — dedi.

Nik ocaq qalayırdı.

—Bilmirəm — dedi.

Ocaq alışdı, Marcori qayıqdan adyal gətirib saldı. Axşam mehi

tüstünü göl tərəfə aparırdı.

Marcori adyalın üstündə oturdu. Arxası gölə idi. Nik gəlib onun

yanında oturdu. Hava hələ qaralmamışdı. Marcori zəmbildən yemək

çıxartdı.

Nik:

—Mən yemək istəmirəm — dedi.

—Bir şey ye, Nik.

Nik:

—Yaxşı, ver — dedi.

Onlar sükut içində yeyirdilər və ocağın suya düşən şölələrinə

baxırdılar.

Nik:

—Bu gecə ay çıxacaq — dedi. Bilirdi ki, təpələrin ardından ay

qalxmaqdadır.

Marcori xoşbəxt səslə:

—Bilirəm — dedi.

Nik:

—Sən hər şeyi bilirsən — dedi.

—Bəsdi, Nik. Sən allah belə olma.

Nik:

—Mən neyləyə bilərəm — dedi. — Sən hər şeyi bilirsən. Hər

şeyi. Bəla bundadır. Özün də bunu gözəl bilirsən.

Marcori heç nə demədi.

Nik:

—Hər şeyi sənə öyrətmişəm — dedi. —Hər şeyi bilirsən.

Bilmədiyin bir şey qalıb?

Marcori:

—Bəsdi, qurtar — dedi. — Bax, ay çıxır.

Onlar adyalın üstündə oturub bir-birinə toxunmurdular, ayın

çıxmasına baxırdılar.

Marcori:

—Gic-gic bəhanələr uydurmaq lazım deyil. Düzünü de, nə olub

sənə?

—Bilmirəm.

484

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!