19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

imiş. Zərdüşt meşədəki qocanın sözlərini xatırladı. Əgər mən də ilan kimi

müdrik ola bilsəydim — deyə düşündü. Mən mümkünsüz bir şey

istəyirəm, istəyirəm ki, müdrikliyim qürurumla birlikdə addımlasın. Əgər

haçansa müdrikliyim uçub getsə, qürurum da, dəliliyim də onunla bir

yerdə getsinlər.

Zərdüştün qürubu belə başladı.

Mən meşəni sevirəm. Şəhərlərdə yaşamaq çətindir. Orada

ehtiraslı adamlar çoxdur. Ehtiraslı qadının arzusu olmaqdansa qatilin

əlinə keçmək yaxşıdır. Baxın bu erkəklərə, gözlərindən görürsən ki,

dünyada qadınla yatmaqdan yaxşı heç nə bilmirlər. Ah, əgər heç

olmasa heyvanlar qədər kamil olaydılar. Heyvanlar məsumdur.

Məgər mən deyirəm ki, hisslərinizi boğun. Mən hisslərinizin

günahsız olduğunu məsləhət edirəm. Məsumluq da məsləhət

eləmirəm, Bəzilərində məsumluq — comərdlik, bəzilərində

pozqunluqdur.

Məsumluğa gülənlər də var, xəbər alırlar: Nədir bu məsumluq

dediyiniz?

Məsumluq — dəlilik deyilmi? Amma bu dəlilik bizə gəldi, biz bu

dəliliyə gəlmədik.

Biz bu qonağa qəlbimizdə yer verdik. İndi o bizim qəlbimizdə

yaşayır, nə qədər qalmaq istərsə o qədər qalsın.

Zərdüşt belə deyərdi.

449

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!