19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

istəmirdi. O biri tərəfdən də qüdrətli İran hökmdarını narazı

salmaqdan qorxurdu. Əlqərəz belə bir fənd işlədir — ən gözəl

kənizlərindən birini öz qızı adıyla İrana göndərir.

Tarixdən bəllidir ki, Kəmbiz bu qızla evlənib çox xoşbəxt

yaşayırmış. Qızı çox sevirmiş, amma təsadüfən bir gün yalan

açılanda amansızlıqla arvadını öldürür və qoşunun toplayıb Misrə

hücuma keçir.

Biz bu hadisəni belə təsəvvür edirik. Demək ki, Kəmbizlə arvadı

təxtin üstündə əyləşib mazaqlaşırlar — rahat lükum yeyir, şərbət içir

və s. Gombul bir fars da başlarının üstündə dayanıb yelpic yellədir

ki, şirniyyata milçək qonmasın.

İran şahı Kəmbiz bir-iki stəkan şerri-brendi içib sevgi dolu

gözlərlə arvadını süzür, ona cürbəcür şirin sözlər deyir, tutalım, bax

belə: Ah, mənim misirli gözəlçəm, Misirdə nə var, nə yox? Dədən

firon yəqin səni çox əzizləyib, lap ərköyün böyüdüb, həmi… Düzdür

də, sənin kimi şirin-şəkər qızı necə əzizləməyəsən? Elə mən də səni

görən kimi bir qəlbdən min qəlbə aşiq oldum. Duruşunla, yerişinlə

əsl şah qızısan.

Bu zaman qız ya öz qadın cazibəsinə çox arxayın olub, ya onun

qadın qəlbində nə isə baş verib, kim bilir, hər halda gülə-gülə: — İşə

bax — deyir — fironun qızı indi Misirdə oturub özüyçün. İran şahı

da məni sevir — adicə kənizi. Gör məhəbbətin gücü nə yaman

şeymiş… Kişilərin ağlını başından alır.

Bundan sonrakı səhnəni təsəvvür edəndə adamın tükü biz-biz

olur.

Yəqin ki, Kəmbiz heyvan kimi böyürüb. Bir tuman-köynəkdə

sıçrayıb taxtından qalxır. Bir şap-şupu ayağından düşür. Dodaqları

ağarır, əlləri titrəyir, dizləri bükülür.

Fars dilində:

—Necə? — deyir. — Bir də təkrar elə görüm, nə dedin? Cənab

nazirlər, tez bu dələduzu həbs edin.

Nazirlər qaçıb gəlir, Ah, ah, ay aman, belə də iş olar? Sakit olun

əlahəzrət, baxın məstləriniz də düşüb, hökmdara yaraşmaz bu.

Amma şah heç cür sakit ola bilmir, heç belə təhqir olar?

Hökmdarın heysiyyətini bu dərəcədə alçaltmaq olar?

Axşam bədbəxt kənizin başını kəsəndən sonra Kəmbiz uzun

müddət nazirləriylə məsləhətləşib. Əl-qol ataraq otaqda var-gəl edib,

yaman həyəcanlıymış.

481

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!