19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

çağırıblarmı və harada?

Cavid:

—Xaricdə olarkən heç bir gizli polis tərəfindən çağrılmamışam.

Müstəntiq:

—Sizin cavablar səmimi deyil. Biz israr edirik ki, düzgün

danışasınız.

Cavid:

—Cavablarım səmimidir.

Müstəntiq:

—Türkiyədə hansı pantürkistlərlə əlaqə saxlamısınız?

Cavid:

—Türkiyədə pantürkistlərdən heç kimlə əlaqə saxlamamışam.

Müstəntiq:

—Siz nahaq yerə öz pantürkist burjua millətçi mövqeyinizi

istintaqdan gizlətməyə çalışırsınız. İstintaqa düzgün ifadələr vermək

niyyətiniz varmı?

Cavid:

—Mən heç vaxt pantürkist və burjua millətçisi olmamışam.

Müstəntiq qabağındakı qəzetləri göstərir:

—Bax, burda sizin yazıçı kolleqalarınız bunun tam əksini

deyirlər. Əgər pantürkist və bürjua millətçisi deyilsinizsə, türk

üslubunda yazdığınız əsərlərin pantürkist və millətçi məzmununu nə

ilə izah edirsiniz?

Cavid:

—Əsərlərimi Türkiyədə aldığım tərbiyəmin nəticəsi hesab

edirəm.

Tağıyev teatrının qabağına fayton gəlir. İki adam düşüb teatrın

qapısına tərəf gedirlər. Biri axsayır, o birinin bir gözü zədəlidir.

Teatrın müdiri onları qapıda qarşılayıb hökumət lojasına ötürür.

TTopal TeymurU tamaşasından səhnə.

Teymurun sarayı.

Divanbəyi:

—Yenə üsyan! Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı

üsyan etmişlər.

Teymur (qızğınca):

—Ah, Miranşah, Miranşah! Oranı idarə edəcək sağlam və

düşüncəli bir baş lazım. Heyhat ki, Miranşah kimi şaşqınlar o

düşüncədən pək uzaqdırlar.

252

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!