19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Tam səssizlik içində ekranda yazı görünür:

CAVİD ÖMRÜ

kino-povest

HÜSEYN CAVİD ÖMRÜNÜN EPİZODLARI VƏ ƏSƏRLƏRİNİN

MOTİVLƏRİ ƏSASINDA ÇƏKİLMİŞ BU FİLM BÖYÜK

SƏNƏTKARIN MÜQƏDDƏS XATİRƏSİNƏ İTHAF OLUNUR

Yazıdan dərhal sonra şiddətli göy gurultusu eşidilir...ekranda

ildırım, şimşək çaxır, od-alov görünür. 20-30-cu illər teatr üslubuna

uyğun olaraq atəşin içindən İblis çıxır. İblisin qrimi, geyimi, qiyafəsi

həmin illərdə bu rolu oynamış Abbas Mirzə Şərifzadənin əldə olan

şəkillərinə bənzədilməlidir. İblis Tgah istehzalı və məğrur, gah çılğın

və qorxunc qəhqəhələrləU monoloqunu söyləməyə başlayır:

İblis! O böyük ad nə qədər calibi-heyrət!

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Hər Kəbədə, bütxanədə, meyxanədə İblis.

İblisin monoloqu davam etdikcə ekranda müxtəlif kadrlar birbirini

əvəz edir: Kolizeydə şirlərin qabağına parçalanmaq üçün

atılmış insanlar, inkvizisiya məhkəmələrinin qurbanları, tonqallarda

yandırılan adamlar, İslam şəhidləri, Avropa orta əsr qravürlərində

Mefistofel təsvirləri, Dantenin TCəhənnəmUinə illüstrasiyalar,

Qoyyanın TMüharibənin dəhşətləriU ofortları, Şərq miniatürlərində,

Şəki Xan sarayı freskalarında qanlı döyüş səhnələri, Vereşaginin

insan kəllələri tablosu və s.

İblisin monoloqu davam edir:

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var,

Qan püskürən, atəş savuran kinli krallar,

223

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!