19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qoca Zərdüştə belə deyirdi:

—Bu qərib mənə tanışdır. Neçə il qabaq burdan keçib. Adına

Zərdüşt deyirlər. Heç dəyişməyib.

O zaman yükünü dağlara daşıyardın. Yandıranın cəzasından

qorxmursan yəni? Bəli, Zərdüştü tanıdım. Baxışları safdır, dilində nifrət

yoxdur. Bəlkə buna görə də elə yeriyir, elə bil rəqs edir.

Zərdüşt dəyişib, körpə uşaq olub Zərdüşt. Zərdüşt, oyanıb yatanlar

arasında nə axtarırsan? Dəniz içindəymiş kimi tənhalıqda yaşayırdın, dəniz də

səni yırğalayırdı. İndi nədi, quruya çıxmaq istəyirsən? Yenə öz bədənini özün

daşımaq istəyirsən?

Zərdüşt cavab verdi:—Mən insanları sevirəm.

Qoca: — Məgər mən də bu səbəbdən meşəyə, səhraya

çəkilmədimmi? — dedi — Məgər mən də insanları həddən artıq çox

sevmirdimmi? İndi mən allahı sevirəm. İnsanları daha sevmirəm.

İnsan mənimçün qeyri kamildir. İnsana sevgi məni öldürərdi.

Zərdüşt dedi:

—Mən məhəbbətdən də danışırdım. Mən insanlara hədiyyə

gətirirəm.

Qoca:

—Onlara heç nə vermə — dedi. — Ondansa onlardan nə isə al və

özünlə apar, onlar üçün də, sənin özün üçün də bu daha yaxşı olar. Əgər

hökmən insanlara bir şey vermək istəyirsənsə kiçik bir sədəqə ver, özü də

məcbur elə ki, yalvarıb alsınlar.

Zərdüşt:

—Yox — dedi — mən sədəqə paylamıram. Mən o qədər kasıb

deyiləım ki, sədəqə paylayım.

Qoca Zərdüştün sözlərinə gülməyə başladı və dedi:

—Onda çalış ki, sənin sərvətini, xəzinəni alsınlar. Onlar tərkidünyalara

inanmırlar, inanmırlar ki, biz almağa yox, verməyə gəlirik.

Küçədə addımlarımızın səsi onlara eyni cür gəlir. Gecə vaxtı,

şəfəqdən, günün çıxmasından çox-çox qabaq yataqlarında küçəylə

gedən adamın addım səslərini eşidirlərsə, görəsən hansı oğrudur,

gecənin bu vaxtı ova çıxıb — deyə düşünürlər. Getmə insanların

yanına, meşədə qal. Ondansa heyvanların yanına get. Niyə mənim

kimi olmaq istəmirsən — ayıların içində ayı, quşların arasında

quşam.

Zərdüşt:

—Bəs meşədə sənin işin nədir? — deyə soruşdu.

447

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!