19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Beyrək qaçıb dərənin çalovuna çatdı, o yan-bu yana boylandı.

Yarımaqaç məsafədə bir ilxı gördü. Bu zaman ilxıdan bir at aralanıb

ona tərəf qaçdı. Beyrək baxıb Boz ayğırını tanıdı. Beyrək dustaq

olandan Boz ayğır da sahibinin iyini tutub bura gəlmişdi, Qara

Arslanın ilxısına qoşulub könüllü "dustaq" olmuşdu. Boz ayğır

uzaqdan Beyrəyin iyini almışdı, qaçıb yaxına gəldi, iki ayağının

üzərinə qalxıb kişnədi. At başını yuxarı tutdu, bir qulağını qaldırdı,

Beyrəyin qarşısında durdu, Beyrək atın köksünü qucaqladı. İki

gözlərindən öpdü, sıçradı, mindi. — At demərəm sənə, qardaş

deyərəm, qardaşımdan da yaxın, yoldaş deyərəm, yoldaşım, çap məni

yurdumuza apar, — dedi. Yel kimi yerlərindən qopdular.

Qalada Beyrəyin qaçdığını xəbər tutdular, yaraqlandılar,

atlandılar, Beyrəyi qovmaq istədilər, darvazaya tərəf gələndə Selcan

xatun hasarın üstündəki kəndiri dartdı, darvaza bağlandı, atlılar

içəridə qaldılar.

Beyrək isə Boz ayğırın belində neçə gün neçə gecə çapıb gəldi.

Oğuz elinə çıxdı. İlk rastına çıxan ozan oldu.

Beyrək ozana dedi:

—Ozan, obadan-obaya gəzərsən, ər comərdin ər nakəsin bilərsən.

Elimizdə həmişə çalıb oxuyan Ozan olsun!

Ozan:

—Sağ ol, igid, — dedi, — sənin də ömrün xoş, alnın açıq olsun.

Azıb gələn qadan başından sovuşsun!

Beyrək ozana dedi:

—Ozan, — dedi, — nə yerə gedirsən?

Ozan: — İgid, — dedi, — toya-düyünə gedirəm.

—Toy kimindir?

—Yartacaq oğlu Yalıncığ Bamsı Beyrəyin adaxlısı Banıçiçəyi

alır.

—Yalıncıq?

—Bəli. — Ozan əhvalatı Beyrəyə danışdı.

Beyrək:

—Ozan, — dedi, — qopuzunu mənə ver. Atımı sənə girov

qoyuram. Saxla, gələrəm bahasını verərəm, atımı apararam.

Ozan: — Olsun, — dedi, — səsim boğulmadan, avazım

114

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!