13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Hər rəng və simvol bir özəl məna daşıyırTarixdə ən qədim bayraqlar Yaxın Şərqdə tapılıbHər bir dövlətin özünün dövlət rəmzləri vardır: bayraq, gerb və himn. Biz onlardan birincisi barədə sizəməlumat verəcəyik.Qeyd edək ki, bayraq dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başıüzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən,Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlər atributudur. Bayrağın simvol və anlamlı rəngləriümumiyyətcə dəyişilməzdir. Hər rəng və simvol bir özəl məna daşıyır. Bayraqlar ilk illərdə yalnız siqnallaşmaqüçün istifadə edilib. Ölkələrin özlərinə bayraq təyin etməsi isə, döyüşlərdə tərəflərin bir-birlərini ayırd edəbilmələri üçün Orta Çağ başlarında ortaya çıxan bir faktdır. Xristofor Kolumb zamanında, hər gəminin hansıölkəyə mənsub olduğunu göstərən bir bayraq daşıması zəruri hesab olunub və bunun nəticəsində, günümüzdəkibayraq sistemi ortaya çıxıb.Tarixdə ən qədim bayraqlar isə Yaxın Şərqdə tapılıb və üzərində quş və yaxud heyvan təsviri olurdu.Şüvülə bərkidilən ilk bayraq isə Çində yaranıb. İmperator Çjou öndə onun gəlişini xəbər verən ağ bayrağınaparılması əmrini vermişdi .Bir çox müasir milli bayraqlar trikolordan – üç zolaqdan ibarətdir . Ən erkən trikolor Danimarkanınprinsfleqi olub . O, narıncı , ağ və göy üfüqi zolağından ibarət idi. Bu rənglər XVI əsrdə hollandların ispanlaraqarşı azadlıq müharibəsinə başçılıq edən I Vilhelmin rəngləri idi . Təxminən 1630 - cu ildə narıncı zolaq qırmızıilə əvəz olunub . Rusiyanın da bayrağı trikolordur, 1690 – cı ildə I Pyotr holland tərsanələrində işləyirdi vəRusiyaya qayıtdıqdan sonra o, öz ölkəsi üçün Hollandiya bayrağı rənglərinin tərsinə sıralandığı bir bayraqtəsdiqləyib . Bu bayraq 1917- ci inqilabına qədər istifadə edilib. Onu yenidən yalnız 74 il sonra Kreml üzərindəgörmək mümkün olub.Daha məşhur bir trikolor isə Fransaya məxsusdur. Bu bayraq üzərində qırmızı, ağ və göy rəngli şaqulizolaqlar var. İlk dəfə bu bayraq 1789 – cu il inqilabı vaxtı qaldırılıb və azadlıq, bərabərhüquqluluq və qardaşlıqprinsiplərini əks etdirib (fikir verin masonluğun ideyalarına necə də bənzəyir) Bizim dövlətimizin –Azərbaycanın bayrağı da trikolor nümunəsinə əsaslanır.Bayraqlarda ən çox istifadə edilən rəng isə qırmızıdır. Daha sonra ağ, göy, sarı və qara rənglər gəlir. Birçox ölkələrdə bir nəncdən istifadə edilib. Məsələn, Müəmmər Qəzzafi dövründə Liviya bayrağında yalnız birrəng istifadə edilib. 1977- ci ildə qəbul edilən yaşıl bayraq polkovnik Qəzzafinin “yaşıl inqilab”ının simvolu idi.Lakin Qəzzafi devrildikdən sonra Liviya üç rəngli baraqdan istifadə edir. Yeganə kvadratşəkilli bayrağın sahibiisə İsveçrədir. Qeyri- adi formaya malik daha bir bayraq isə Nepala məxsusdur. XIX əsrdə yaradılan bu bayraq2 üçbucaqlı bayrağın birləşməsindən ibarətdir. Yuxarıda yerləşən bayraq üzərində aypara, aşağıdakında isəgünəş təsvir edilib. Yeri gəlmişkən, bayraqlarda günəş simvoluna çox rast gəlmək olar. Bu bayraqlar arasında ənməhşuru isə Yaponiyanın “günəş diski”dir. Bu həm ölkənin adı Nixon-Kokunu (gündoğar ölkə), həm dəimperatorun Günəş nəslindən olması kimi dini inamın simvoludur. Tayvanın da bayrağının üzərində 12 nöqtə iləəhatələnmiş ağ günəş var. Ən böyük heyvan təsvirli bayraq isə Şri- Lankanındır. Onun üzərində şir təsvirolunub. Ən böyük quş təsviri isə Albaniyanın bayrağındakı ikibaşlı qartaldır. Ən böyük bitki təsviri Kanadanınbayrağında təsvir olunub. 1965-ci ildə qəbul edilən bu bayraq üzərində ağcaqayın yarpağı təsvir edilib .Biz bəzi ölkələrin bayrağını rənglərin hansı məna daşıdığını sizin diqqətinizə çatdırırıq. Məsələn,Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinəbaxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdəolan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir.Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrundavətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə sonqoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir. Bayraqdakı ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını datəmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazineyaxınlığındakı döyüşdə iştirak edib. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb. Yalnız belhissəsində qana bulanmayan ağ zolaq qalıb. Bununla da qırmızı və ağ rəng Babenberqlərin gerbində, sonradanisə Avstriya bayrağının rənglərində öz əksini tapıb.100

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!