13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Heydər ƏLİYEV: “Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik”Buludxan XƏLİLOV,filologiya elmləri doktoru, professorÜmummilli lider Heydər Əliyev müzakirə olunan hər bir məsələnin geniş təhlilinə şərait yaratmaqlayanaşı, aparılan təhlilləri yekunlaşdırmaq, ümumiləşdirmək baxımından da qeyri-adi məntiqə vəistedada malik idi. O, səbrlə, təmkinlə insanları dinləməyi bacarır, söylənilən hər bir fikri yaddaşındasaxlayırdı. Bu mənada ulu öndər Heydər Əliyevin güclü yaddaşı vardı. O, kimin nə vaxt nə dediyiniyaddaşının gücü ilə çox dəqiq şəkildə başqalarına çatdırır və bununla da hamını heyrətə gətirirdi. Bunuonun 1995-ci ilin oktyabr ayının 31-də Milli Elmlər Akademiyasında ziyalıların nümayəndələri ilə görüşüvə noyabrın 2-də olan müzakirələr də təsdiq edir.Heydər Əliyev qəbul olunan qərarlarda hər bir kəsi inandırmağa çalışırdı. O, çalışırdı ki, qəbul olunanqərarlar hər bir kəsi razı salsın, qane etsin. Ona görə də müzakirə olunan məsələlərdə, o cümlədən dövlət dilininadı məsələsində dəfələrlə müzakirələrin aparılmasına geniş imkan yaradırdı. Heydər Əliyev dövlət dilinin adı iləbağlı olan müzakirələr barədə ümumiləşdirmə apararaq deyirdi: “Oktyabrın 31-də Elmlər Akademiyasındabütün ziyalıların nümayəndələri bu məsələni müzakirə etdilər. 25-dən çox adam çıxış etdi. Mən bununla qaneolmadım. Noyabrın 2-də konstitusiya komissiyasının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədərmüzakirə apardıq. O müzakirədən sonra, bəlkə də qərar qəbul etmək olardı. Görürsünüz ki, mən bu günkonstitusiya komissiyasının və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə də davametdirirəm”.Heydər Əliyev dil, millət anlayışına izah verir, onun hər birinin dialektik mahiyyətini açırdı. Bu anlayışlarıdilçi, tarixçi, filosof kimi şərh edirdi. Məsələn; “Dil, millət fəlsəfi məfhumdur, tarixi anlayışdır. İnsanlardünyada mövcud olandan onlar hansısa dillərdə danışıblar. Bir halda ki, insanlar olub, demək, onların bir – biriilə əlaqəsi üçün dil də olubdur”. Başqa bir fikrə diqqət edək: “İnsanlar dünyada mövcud olandan müəyyəntayfalar, qruplar yaranıbdır, bundan sonra onlar güclənib, millət şəkilinə gəlib çıxıblar. Ona görə həm millətanlayışı, həm dil anlayışı, yenə deyirəm, fəlsəfi məfhumdur, fəlsəfi, tarixi anlayışdır. Dialektikanın qanununagörə bu iki anlayış daim inkişafda, dəyişiklikdə olubdur”. Bax budur Heydər Əliyevin dilə, millətə baxışınınfəlsəfəsi, dialektikası, elmi və məntiqi yanaşması.Heydər Əliyev elmi nöqteyi – nəzərdən hazırlıqlı olduğundan o, bəhs etdiyi sahələrlə bağlı öz görüşləriniaydın məntiqlə söyləyirdi. Konkret olaraq dövlətimizin dilinin adına gəldikdə isə o deyirdi: “...Heç kəs deyəbilməz ki, XII əsrdə kim nə deyibsə, o bu gün bizim üçün ehkamdır. Heç kəs deyə bilməz ki, XV əsrdə kim nədeyibsə, o da bizim üçün ehkamdır. Bunu nəzərə almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu gün bizdövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir konyukturaya yol verməməliyik. Hansısa bir qərarıqəbul edəcəyiksə, - bu, kimin xoşuna gələcək, ya gəlməyəcək, - bu bizi narahat etməməlidir. Biz onu həqiqətəsasında qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik: Bağışlayın, biz sizinlə qardaşıq, amma bizdilimizi belə etmək isəyirik. Mən bununla da razı deyiləm”.Heydər Əliyev əsl dilçi, tarixçi kimi təhlil aparır – dilimizin kökü barəsində müfəssəl məlumat verir,dilimizin mənsub olduğu qrupu xarakterizə edir, keçdiyi inkişaf yollarını səciyyələndirir, dilimizin daiminkişafda olduğunu söyləyirdi. O deyirdi: “... Keçmiş Sovetlər İttifaqının ərazisində türkdilli 23 xalq məskunolubdur. Yəni türkdilli xalqlar çoxsaylıdır və millətcə, dilcə türk kökündən olan xalqlar çoxsaylıdır. Əgərkeçmiş Sovetlər İttifaqının ərazisində türkdilli 23 xalq olubsa, onun hüdudlarından kənarda da var. Bu datəbiidir, çünki dünyada olan dillər ayrı – ayrı dil qruplarına bölünüblər və bu dil qrupları tarix boyu, əsrlər boyuformalaşıblar, sonra şaxələniblər və hər bir şaxə müəyyən proseslər nəticəsində öz istiqamətində inkişaf edib vəgəlib indiki səviyyəyə çatıbdır”.Bununla da Heydər Əliyev dillərin, o cümlədən türk dillərinin tarixi köklərindən şaxələnməsini təbii birproses kimi qiymətləndirir, hər şeyin inkişafda olduğunu dünya yarandığı gündən indiyə qədər baş verən inkişafkimi dəyərləndirirdi. Doğrudan da, dünyada hər şey dəyişir, inkişaf edir, yeniləşir, bir sözlə, olduğu kimi qalmır.Belə olan təqdirdə şaxələnmənin, diferensiallaşmanın qarşısını almaq inandırıcı görünmür. Bu mənada keçmişSovetlər İttifaqı ərazisində yaşayan 23 türkdilli xalqın hər birinin dilinin adı olması onların tarixinailiyyətləridir, onların inkişafıdır. Ancaq bununla belə, inkişaf türkdilli xalqların heç birinin tarixi – etnikkökünü inkar edə bilmir, bu heç mümkün də deyildir. Bu mənada Heydər Əliyev dillərin (o cümlədən türkdillərinin) dünəni, bu günü və sabahı barədə aydın bir məntiqlə deyirdi: “Şübhəsiz ki, dünyada olan dillərin461

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!