13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────mübadiləsinin vüsət tapmasından, digər tərəfdən, Azərbaycan dövlətçilik atributikasının ilkin örnəkləri olmaqdolayısı ilə Albaniyada ilk inzibati-iqtisadi və maliyyə institutlarının formalaşmasından xəbər verir.—Böyük İpək Yolunun mərkəzində yerləşən Azərbaycanda daha hansı ölkələrin gümüş və qızılsikkələrini və əksinə, Azərbaycanda kəsilmiş qədim gümüş və qızıl sikkələrə digər hansı dövlətlərinərazisində təsadüf olunur?—Azərbaycanda əmtəə-pul mübadiləsinin yeni inkişaf mərhələsi ilkin feodalizmə xas olan durğunluqillərindən sonrakı yüzillərə—sasanilərin ağalığı dönəminə təsadüf edir və Dərbənd-Beşbarmaq - Baş Qafqazsilsiləsi boyunca uzanan möhtəşəm müdafiə istehkamının qurulmasından sonra yaranmış nisbi əmin-amanlıqşəraitində nəzərə çarpan iqtisadi dirçəliş ilə xarakterizə olunur. Azərbaycan şəhərlərindən Dərbənd, Bakı, Bərdə,Aran, Gilan, Naxçıvanda lokal zərbxanaların fəaliyyət göstərməsi respublika ərazisində tapılan gümüşdirhəmlərdən və qismən Bizans gümüş hersoqramlarından ibarət onlarca irili-xırdalı sikkə dəfinəsi, budəfinələrin tərkibindəki bir çox İranşəhr zərbxanasında kəsilmiş minlərlə sikkə təkcə Albaniyanın daxili iqtisadidurumunu və əmtəə-pul münasibətlərinin dinamik inkişafını əks etdirmir, həmçinin ölkənin çeşidli xariciəlaqələrinin araşdırılmasında, özəlliklə, hələ antik çağlardan Məğriblə Məşriqi birləşdirən Böyük İpək Yolununtam mərkəzində bulunan Azərbaycanın beynəlxalq ticarətdə tutduğu mövqeyinin açıqlanmasında çox dəyərli vətəkzibolunmaz qaynaq rolunu oynayır.Azərbaycanın xarici əlaqələrinin zirvə çağı bir qədər sonraya, Ərəb xilafəti dönəminə təsadüf edir vəbunun da ən bariz göstəricisi pul-sikkə dəfinələridir. Məsələ burasındadır ki, Vlll-X yüzillərdə yeni yaranmışteokratik dünya imperiyası tərkibinə daxil olan Güney müsəlman ölkələri ilə Quzey məsihi dünyası arasındaqızğın ticarət gedirdi. Bu ticarətin əsas ödəniş vasitəsi rolunu müsəlman ölkələrinin, o sıradan Azərbaycandövlətlərinin—Şirvanşahlar, Sacilər, Salarilərin—gümüş dirhəmləri oynayırdı. Güney-Quzey beynəlxalq ticarətyolunun əsas qollarından biri Azərbaycandan - Dərbənddən keçirdi. Güney tacirlərinin dəvə karvanları iləQuzeyə—Rusiyaya, Skandinaviyaya və Avropa ölkələrinə apardıqları külli miqdarda gümüş dirhəm, alınanmalların müqabilində alış-veriş yerlərində qalır və geri qayıtmırdı. Quzey ölkələrində tez-tez aşkar olunan pulsikkədəfinələri (bəzən bu tapıntıların həcmi kilo və pudlarla ölçülür: XIX yüzildə bu ticarətin tranzit mərkəziolan Kotland adasında (Baltik dənizində) gümüş dirhəmlərdən ibarət 400-ə yaxın dəfinə aşkarlanmışdır). Bu,beynəlxalq ticarətin hüdud və miqyasını təsəvvür etmək üçün yetərincə imkan verir. Valyuta metalının—gümüşün həddən ziyadə ixracı, digər tərəfdən, Güney ölkələrində gümüş ehtiyatlarının tükənməsi pullu ticarətdəuzunmüddətli "gümüş böhranı" ilə sonuclandı. Beləliklə, XI-XIII yüzillərdə yoxa çıxmış gümüş, Ön Asiyaölkələrinin əmtəə-pul mübadiləsində, sikkə kəsimi və pul dövriyyəsində Ərəb xilafətinin, Səlcuq soltanlarınınqızıl dinarları və Bizans imperatorlarının qızıl nomismaları ilə, daxili dövriyyə vasitəsi kimi isə Şirvanşahların,Azərbaycan Atabəyləri və onların vassallarının mis dirhəm və fəlsləri ilə əvəzləndi.—Məşum "gümüş böhranı"nın səbəb və nəticələri haqqında bir qədər geniş danışmağınızı xahişedərdim.—Bu böhranın iki ən əsas səbəbindən biri—gümüş dirhəmlərin külli miqdarda xaricə daşınmasıdır ki, buhaqda indicə qeyd etdim. İkinci, bəlkə də həlledici səbəbi Vlll-X yüzillərdə Ərəb xilafətinə daxil olanƏndəlisdən Çin səddinə qədər uzanan ərazidə daxili konfessional və siyasi separatizmə, eləcə də xarici, ardıarasıkəsilməyən cihad savaşlarına rəğmən, İslam dəyərləri sayəsində baş verən sürətli iqtisadi dirçəliş əmtəəpulmünasibətlərinin inkişafına güclü təkan verdi. Təkcə onu demək kifayətdir ki, 200-dən ziyadə zərbxana təsisolunub, milyonlarla gümüş dirhəm və qızıl dinar kəsilərək, dövriyyəyə buraxılırdı. Xəlifə Harun ər-Rəşid (785-809) illik gəlirini soruşanda, xəzinədar gəlirin 873 milyon dirhəm olduğunu söyləmiş, xəlifə isə bu gəlirinmilyard olmasını arzuladığını bildirmişdi. Məğrib - Məşriq, əsasən Afrika - İran tranzit ticarətində hələİslamdan çox öncə böyük səriştəyə malik olan ərəblər—ticarətin hüquqi əsasları Qurani-Şərifdə də öz əksinitapmışdır—özəlliklə, xarici ticarətə xüsusi diqqət yetirməklə, artıq qeyd etdiyimiz kimi, yüzillərlə davam edənGüney-Quzey beynəlxalq ticarətinin əsasını qoydular. ticarətinin əsasını qoydular. Doğrudur, bu ticarət Güneyölkələri üçün passiv mahiyyət daşıyırdı—indiki bəzi inhisarçılar kimi, xaricə valyuta-gümüş aparılır, əvəzindəçeşidli mallar idxal olunurdu. Bununla yanaşı, yazılı qaynaqlardan göründüyü kimi, Gündoğan ölkələrində yenişəhərlər salınır, əmtəə istehsalı, sənətkarlıq, ticarət inkişaf edirdi. Bu da dövriyyə vasitələrinə—gümüşdirhəmlərə tələbatı artırırdı. Gümüşün ixracı və ona daxili tələbatın qat-qat artması arasındakı təzad məlumböhranın ikinci səbəbkarını yaratdı. Beləliklə, bu böhranı "məşum" yox, məşhur adlandırmaq daha düzgün olar.Çünki "böhran" ifadəsi xəstəliklə bağlıdırsa da, bu böhran, əslində, sağlamlığın, başqa sözlə, iqtisadi inkişafıntəzahür forması olub gələcək möhtəşəm "müsəlman intibahı"nın (A. Mez) maddi bazasının yaranmasında əsasamillərdən biri rolunu oynadı.347

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!