13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ölkəmizin unudulmaz tarixi hadisəsiBayraq hər bir dövləti tanıdan, digər ölkələrdən fərqləndirən ən əsas vasitələrdən biridir. Bayraqdanbir atribut kimi ən qədim dövrlərdən etibarən istifadə olunmuşdur. Bu elə bir sistemə malik atributolmalıdır ki, öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, dinini, milliyyətini, mədəniyyətini,tarixini, milli-mənəvi dəyərlərini, milli konsepsiyasını və başqa bu kimi amilləri ehtiva edə bilsin.Öz rəng çalarlarına, daşıdığı rəmzi mənalarına görə dünya ölkələri arasında ən çox yaddaqalan və xalqımızınbütün xüsusiyyətlərini özündə əks etdirən bayraqlardan biri də Azərbaycan Respublikasının dövlət bayrağıdır.100 ilə yaxın yaşı olan dövlət bayrağımızın tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün özyüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizingücündən, artan nüfuzundan xəbər verir.1918-ci il may ayının 28-də Şərqdə ilk dəfə olaraq Azərbaycanda Cümhuriyyət yaradıldı. Az bir müddətərzində gənc dövlətimizin ən böyük uğurlarından biri də dövlət bayrağının təsdiq olunması idi. MəhzCümhuriyyət dövrünün məhsulu olan Azərbaycan bayrağının öz rəng çalarlarına müvafiq daşıdığı mənalaragörə, seçilmiş ən ideal variant olduğunu böyük fərəh hissi ilə qəbul edə bilərik.Üçrəngli bayrağımızın özündə daşıdığı məna, dövlət tərəfindən rəsmi təsdiq olunmasından əvvəl də mövcudidi. Azərbaycan tarixinin böyük maarifçi ideoloqlarından biri olan Əli bəy Hüseynzadənin ideya müəllifi olduğu“Türkləşmək, islamlaşmaq və müasirləşmək” fikri Cümhuriyyət dövründə əsas milli konsepsiya hesab olunurdu.Məhz bu konsepsiyanın əsasında da üçrəngli bayrağımız yaradıldı.Ümumiyyətlə, XIX əsrin sonları, XX əsrin əvvəllərində slavyanafilçilik bütün çar Rusiyasının əyalətlərindəyayılırdı. Nəticə etibarilə Azərbaycan dilinin, mədəniyyətinin, xalqının nüfuzuna zərər dəyə bilərdi. Bundan dabaşqa, slavyanların digər millətlərdən üstün tutulması imperiya ərazisində “türkləşmək”, “turançılıq”,“pantürkizm” kimi ideyaların yayılmasına səbəb olmuşdur. Əli bəy Hüseynzadə məhz türkləşmək dedikdəAzərbaycan türklərinin digər millətlərdən aşağı olmadığını, əksinə başqalarından üstün olduğunu bildirməkistəyirdi. Bununla da xalqımızın nüfuzunu, dəyərini artırırdı.Bundan başqa dinimizin təbliğinə, ona azad etiqad etməyə mane olan qüvvələr öz dinlərini yaymağaçalışırdılar. Hansı ki, bu da bir milləti assimilyasiyaya uğratmaq üçün atıla biləcək ən effektiv vasitələrdənbiridir. Məhz bu problemlə mübarizə aparmaq üçün Əli bəy Hüseynzadə “islamlaşmağı” təklif edirdi. Yəni özdinimizə azad etiqad etməyi və onunla fəxr etməyi.O dövrün digər problemlərindən biri də xalqımızın təhsil səviyyəsinin aşağı olmasıydı. Bu imperiyanıdüşünərək atdığı addımlardan biri idi. Çünki təhsil sistemi olmayan cəmiyyətdə millətin siyasi şüuru olabilməzdi. Bu böyük problemin həlli üçün ən yaxşı vasitə isə “müasirləşmək” hesab olunurdu. “Müasirləşmək”dedikdə Əli bəy Hüseynzadə müasir təhsil sistemi vasitəsi ilə yaradıla biləcək müasir dünya adamını nəzərdətuturdu. Çünki məhz bundan sonra Azərbaycan xalqı öz dövlətini yarada və idarə edə bilərdi.Elə belə də oldu. Bir neçə on illik ərzində böyük ziyalılar, aydınlar yetişdi və onlar bu ideologiyanınətrafında sıx birləşdilər. Hansı ki, bu şəxslər gələcəkdə tarixi fürsətdən istifadə edərək müstəqil AzərbaycanCümhuriyyətini yaratdılar. Cümhuriyyətin 1918-ci il noyabr ayının 9-da təsdiq etdiyi üçrəngli bayraq da özündəbu milli konsepsiyasını əks etdirdi: Göy—türkçülük; qırmızı—müasirlik, demokratiya; yaşıl—islamçılıqCəmi 23 ay müstəqil olan Azərbaycan Cümhuriyyəti müasir Azərbaycanımız üçün bir sıra miraslar qoyub.Onlardan da biri Azərbaycan Respublikasının dövlət bayrağıdır. 71 il dalğalanması qadağan edilmiş Azərbaycanbayrağı ilk dəfə 1990-cı ilin 17 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olanümummilli lider Heydər Əliyev tərəfindən Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub. Məhz butarixi addımdan sonra müstəqil Azərbaycan məfhumu daha da yekdilləşib. Ulu öndərin SSRİ dağılmamış atdığıbu addım çox cəsarətli və qətiyyətli siyasi gediş hesab olunur. Bu addımla ulu öndər bildirmək istəyirdi ki,Azərbaycan dövləti tarixən mövcud olub və həmişə də mövcud olacaq.Ulu öndərin atdığı bu mötəbər addımdan bir qədər sonra Azərbaycanın dövlət müstəqilliyi Ali Sovettərəfindən təsdiq edildi. Məhz bundan sonra Azərbaycan Respublikasının üçrəngli bayrağı rəsmi dövlət bayrağıkimi qəbul olundu.Müstəqilliyimizin ilk illərində Azərbaycan dövləti çox ağır günlər yaşamışdı. 1993-cü ilə qədər olan dövrdəsəriştəsiz iqtidarın sayəsində dövlətimiz çox böyük uğursuzluqlara düçar olmuşdu. Amma xalqımızın böyükoğlu ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıtmasından sonra dövlətimiz özünün yeni dövrünəqədəm qoydu. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra dövlətimiz çox böyük uğurlar qazanmağa88

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!