13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağıkimi qəbul edilərək yüksəklərə qaldırılmışdır.Tarixi faktlar göstərir ki, ötən əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı realproseslər məhz Naxçıvanda cərəyan etmişdir. Ulu öndər Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Azərbaycanvə Naxçıvan parlamentlərinə deputat seçilməklə yenidən fəal siyasət meydanına qədəm qoymuşdur. Bir ilsonra—1991-ci il sentyabrın 3-də isə əhalinin təkidli xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisininsədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də ermənitəcavüzündən qorumaq üçün taleyüklü bir xilaskarlıq missiyasını çiyinlərinə götürmüşdür.Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də Heydər Əliyevin rəhbərliyi altında keçirilənsessiyasında qəbul olunan strateji əhəmiyyətli qərarlar isə müstəqillik tariximizə qızıl hərflərlə yazılmışdır.Həmin sessiyada Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilmiş, onun "Naxçıvan Muxtar RespublikasınınAli Məclisi" adlandırılması haqqında tarixi qərar qəbul olunmuşdur. Sessiyada həmçinin Azərbaycan XalqCümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlətbayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. Muxtar respublikanın Ali Məclisi üçrənglibayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası AliSoveti qarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası AliSoveti həmin vəsatət əsasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul etmişdir.Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş, istiqlalrəmzi kimi dalğalanmağa başlamışdır.Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra dövlətsəviyyəsində həyata keçirilən siyasət milli dövlət atributlarına ictimai hörməti daha da artırmışdır. Ümummilliliderin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilkKonstitusiyasının 75-ci maddəsinin (Dövlət rəmzlərinə hörmət) birinci bəndində göstərilir ki, "Hər bir vətəndaşAzərbaycan Respublikasının dövlət rəmzlərinə—bayrağına, gerbinə və himninə hörmət etməlidir".Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarınıntəbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının gənc nəslə təbliği baxımından da mühüməhəmiyyət daşımışdır. "Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğolunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaşcəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir",-deyən ulu öndərin sözügedən sərəncamı əsasındadövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, yetişən yeni nəsildəazərbaycançılıq, dövlətçilik, müstəqillik, vətənçilik hisslərini gücləndirmişdir.Ulu öndər Heydər Əliyev ən müxtəlif görüşlərində vurğulamışdır ki, gənclərin milli dövlətçilik rəmzlərinəbəslədikləri hörmət, ehtiram və məhəbbət böyük məşəqqətlər hesabına azadlığa çıxmış Vətənimizə, millətimizə,müstəqil dövlətimizə olan məhəbbətə bərabərdir. Müstəqilliyin fəlsəfi-konseptual səviyyədə dərkini ön planaçəkən Heydər Əliyev tövsiyə etmişdir ki, istiqlal rəmzi olan bayrağa hörmət və ehtiram hər bir uşaqda,yeniyetmədə, gəncdə olmalıdır.Dövlət atributlarına, xüsusən dövlət bayrağına yüksək ehtiram və hörmət ulu öndərin siyasətini bütünsahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətində qabarıq sezilir. Dövlətbaşçısı hər bir vətəndaşda vətən, dövlət sevgisi ilə yanaşı, bayraq sevgisini də aşılamağa çalışır və bu məqsədləlazımi tədbirlər həyata keçirir. Bu istiqamətdə mühüm addımlardan biri dövlət başçı- sının qanunvericiliktəşəbbüsü əsasında hələ 2004-cü il 8 iyun tarixdə "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında"Əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi olmuşdur.Prezident İlham Əliyev eyni tarixli digər sərəncamı ilə "Azərbaycan Respublikası Dövlət bayrağınınistifadəsi qaydaları haqqında" qanunu təsdiq etmişdir. Qanunun 1-ci maddəsində Azərbaycan RespublikasınınDövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr əksini tapmışdır. Həmin maddənin 1.1 bəndindəgöstərilir ki, "Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olanəcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətləyanaşmalıdırlar"; 1.2 bəndinə görə "Azərbaycan Respublikası onun ərazisindən kənarda AzərbaycanRespublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquqnormalarına uyğun olaraq tədbirlər görür"; 1.3 maddədə isə göstərilir ki, "Azərbaycan Respublikası əhaliarasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması,gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlərgörür".86

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!