13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────köklənmiş dindir, sonrakı yüzillərdə İslami örtükdə bəzi bütpərəstlik əlamətləri qazanmış din deyil. Gözəldir ki,burada hər hansı biçimdə təriqətçilikdən də iz yoxdur. Qəhrəmanlar saf İslama meyllidirlər. Qorqudun dilindədə tez-tez belə bir dua səslənir: «Axır-sonu arı imandan ayırmasın». «Ап imandan», yəni təktanrılığın bütpərəsttəzahürlərə bulaşmamış, təmiz variantından!Bu gün tarixə baxdığımızda İslamın Ərəbistan yarımadası kənarında yayılması siyasi çarpışmalarfonunda nəzərə çarpır. Təbii ki, ərəblərin türk torpaqlarına yürüşlərini türklər müqavimətsiz qarşılamayıblar. Vətürklərin müqaviməti bir din olaraq İslama qarşı deyil də, ərəb işğalçılığı əleyhinə mübarizə səciyyəsində olub.Bu barədə yetərincə tarixi araşdırmalar mövcuddur. Təkcə onu qeyd edək ki, türklərin İslamı qəbul etməsikütləvi xarakter daşımışdır. Xüsusən, Abbasilər dövründə, Məmun Mötəsimin hakimiyyəti illərində türklərİslam ordularının dayaqlarını təşkil etməyə başlamış, get-gedə İslamın əsl sahiblərinə çevrilmişlər.Əcdadlarımızın İslama məhrəmanə münasibətinin kökündə duran əsas səbəb ondan ibarət olmuşdur ki, İslamlailk tanışlığında onlar psixoloji əngəllərlə üzləşməmişlər. Türklərin əski inancındakı göy Tanrı İslamın yenisəviyyədə təsbitlədiyi təktanrılıqla elə bir ziddiyyət təşkil etmirdi. Türklər ruhun ölməzliyinə və axirət həyatınada inanırdılar. İslamın gətirdiyi əxlaq, ədalət anlayışları əski türk əxlaq və davranış prinsiplərinə uyğun gəlirdi.Bundan əlavə, o zamankı müsəlmanların təfəkküründə din uğrunda savaş mənasına gələn «cihad» anlayışı ilətürklərin cahan hakimiyyəti görüşü arasında müəyyən uyarlıq var idi. Və təbiidir ki, İslamı doğma bilib onatapınan, sahib çıxan türklər şərəfli bir tarix yaratmağa və yaşatmağa nail olmuşlar.Müsəlman xalqlarının təfəkküründə son yüz ilin olayları içində baş verən təbəddülatı mütəxəssislər, birqayda olaraq, ümmətçilikdən millətçiliyə keçid kimi dəyərləndirirlər. Belə dəyərləndirmə milli oyanış, milliözünü-dərk prosesləri fonunda irəli sürülür.Ümmətçilik düşüncə sistemində yer tutan dəyərləri incələdikdə aydın olur ki, bunlar təktanrılıqözəlliklərindən aralanmış və ötən çağların təsirilə gəlişmiş praqmatik din anlayışları ilə çərçivələnir. Başqasözlə, həmin təfəkkürə hakim kəsilən Qurandakı islam deyil də köklü dəyişikliklərə uğramış islam idi. Vəindinin özündə də aşkardır ki, milliliyə qarşı qoyulan İslam təəssübkeşliyi təhrifli dini təsəvvürlərdə güc alır.«Ümmət» sözü tək və cəm halında Müqəddəs Oxu orijinalında 60-a qədər yerdə işlənir. Buradaqarışqalar da, uçan quşlar da ümmət olaraq təqdim edilir. Və yaxud «ən-Nəhl» surəsində oxuyuruq: «İbrahimbir ümmət idi, şübhəsiz...» (120-ci ayə). Yəni İbrahim peyğəmbər (ə) təktanrılığın təsdiqi yolunda verdiyimücadilə qarşılığında bir kütlə, bir ümmət dəyərindədir. Təbii ki, Məhəmməd Seçilmişin (s) ətrafında toplananvə İslama tapınanlar da bir ümmət təşkil edir. Ancaq Quran məntiqi işığında Məhəmməd (s) ümmətini dahageniş anlamda dərk etmək lazım gəlir. Buraya təkcə müsəlmanlar daxil deyil. Çünki Peyğəmbər (s) özmissiyasını həyata keçirərkən kosmik-ilahi informasiyanı imanlı-imansız hamıya ötürür və təbliğ edir. «ƏI-Ənbiya» surəsində Məhəmməd Seçilmişin (s) bütün insanlığa bir rəhmət payı olaraq göndərildiyi vurğulanır(107-ci ayə).Zaman-zaman dar mənada anlaşılan «ümmətdən millətə keçid» məsələsinə gəlincə, bu keçid özözlüyündəobyektiv olaraq dinimizin saflaşmasına istiqamətlənir. Milli özünüdərk prosesi təktanrılığa, ucalığaqayıdış yollarındakı əngəlləri ram edə-edə dinimizin böyük mənada xidmətində dura bilir.Məsələn, müqəddəs Oxuda təqdir olunmayan təriqətçilik məsələsini götürək və bunun bizə aid bir tarixiaspektinə nəzər salaq. Çar Rusiyası Azərbaycanda apardığı müstəmləkəçilik siyasətində sünni-şiəziddiyyətlərini təşviq edirdi. Tarixən də siyasət qaynaqlı olmuş bu ziddiyyətlərin aradan qaldırılmasında ilkinmaraqlı qüvvələr milli mübarizəni təşkil edənlər idilər. M.Ə.Rəsulzadə yazırdı: «Azərbaycan türkləri rushökuməti tərəfində şiə və sünni namları (adları) ilə iki müstəqil müəssisə şəklində təsis olunan idarələrin «islamidareyi-ruhaniyyəsi» namı ilə tövhidini (birləşdirilməsini) tələb ediyorlardı... Şayani-qeyddir ki, ...vəhdətimilliyəsinidərk edən bir cəmiyyət üçün bu, qayət mətlub (tələb olunan) idi» 4 . Göründüyü kimi, bizdəki millimübarizənin istiqaməti hələ ötən əsrin əvvəllərində obyektiv olaraq dinin bütövlüyü və tamlığının bərpasınaistiqamətlənmişdi. Və bu mübarizədə C.Məmməmquluzadə də, M.Ə.Sabir də, Ö.F.Nemanzadə də təriqətçilikmərəzindən qurtuluşu Quran ayələrdən faydalanmaqda görürdülər.Son olaraq qeyd edək ki, islam və milliliyin bayrağımıza hopmuş mübarək sintezinin şüurlarda davücuda gəlməsinə böyük ehtiyac var. Bu, xalqımızın mənəvi yüksəlişi, azadlığı, tərəqqisi və dünyadaözünütəsdiqi naminə gözəl perspektivlər aça bilər.504

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!