13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan Respublikasının dövlət müstəqilliyini öz həyat amalına çevirmiş, bütün həyatını bu nəcib işuğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev Azərbaycanın gələcək Konstitusiyasının bu müstəqilliyə xidmətetməsini, onun vasitəsilə bütövlükdə ölkəmizin, onun hər bir vətəndaşının sivil dünyaya inteqrasiya olunmasını,Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını arzu edirdi. Ulu öndər heç bir vaxtgizlətmirdi ki, belə yüksək bir məqama doğma ölkəsinin məhz onun rəhbərliyi dövründə qovuşması ilə fəxr edir,özünü Azərbaycanın dövlət müstəqilliyinin, onun sivil inkişafının təminatçısı sayır. 1995-ci il noyabr ayının10-da komissiyanın doqquzuncu iclasında Heydər Əliyev komissiyanın referenduma qədərki fəaliyyətinə yekunvuraraq komissiya və işçi qrup üzvlərinə təşəkkürünü bildirdi: “Üzərimizə düşən məsuliyyəti biz vicdanla,xalqımıza, vəzifəmizə sədaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görəfəxr edə bilərik. Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavabvar. Yəni, biz tarixi bir sənədin yaradılmasının iştirakçılarıyıq və bununla fəxr edə bilərik. Mən şəxsən busənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşmışam. Bu sənədin hazırlanmasına xeyli vaxt sərfetmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrləaraşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çoxrahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyanedirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənədyaratmışıq”.Beləliklə, 12 noyabr 1995-ci ildə ümummilli lider Heydər Əliyevin şah əsəri -158 maddə, 12 keçidmüddəası, 5 bölmə və 12 fəsildən ibarət müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalqsəsverməsi - referendum yolu ilə qəbul olundu. Azərbaycan dövlətçiliyi tarixində ən mühüm hüquqi-siyasisənəd olan Konstitusiya bu gün də ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi nəhəngislahatlar prosesinin istinad etdiyi etibarlı normativ sənəddir. Azərbaycan yaşadıqca müstəqil ölkəmizin ilkKonstitusiyası hüquq tariximizə qızıl hərflərlə əbədi həkk olunacaqdır.Qeyd etdiyimiz kimi, müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətininəsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi,dinamik olduğu və dövrün tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və praktik əhəmiyyət daşıyır. Bubaxımdan, 2008-ci ilin dekabr ayı, həm də Yeni Azərbaycan Partiyasının Konstitusiya islahatı təşəbbüsü iləyaddaqalan oldu. Belə ki, daim cəmiyyətin istək və arzularının ifadəçisi olan YAP-ın Konstitusiya islahatıtəşəbbüsü ilə çıxış etməsi səciyyəvidir. YAP 2008-ci ilin dekabr ayının 16-da Azərbaycan RespublikasınınKonstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürdü. Dekabr ayının19-da Milli Məclis təklifi qəbul edərək, onu Konstitusiya Məhkəməsinə göndərdi. Konstitusiya Məhkəməsidekabrın 24-də təkliflə bağlı müsbət rəy verərək, onu Milli Məclisə göndərdi. Milli Məclis dekabrın 26-daAzərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı YAP-ın təşəbbüsünüdəstəkləyərək, 2009-cu il mart ayının 18-də referendum keçirilməsinə qərar verdi. Dekabr ayının 30-da MərkəziSeçki Komissiyası referendumla bağlı zəruri təlimatları hazırladıqdan sonra YAP dekabrın 31-də YeniAzərbaycan” təşəbbüs qrupunu yaratdı. Xalqımız Konstitusiya islahatı təşəbbüsünü dəstəklədi və referendum(ümumxalq səsverməsi) məntəqələrinə gələrək ölkəmizin davamlı inkişafını sürətləndirən hüquqi-normativbazanın təkmilləşdirilməsinə səs verdi. Çünki bu təşəbbüs yalnız Əsas Qanunun təkmilləşdirilməsinə yönələnhüquqi prosedurdan əlavə, həm də ölkəmizdəki nəhəng islahatlar prosesinin ardıcıllığını təmin edən siyasifəaliyyətdir.“Azərbaycan” .- 2009.- 7 may.- №98.- S. 2.193

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!