13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────yayılması ilə bağlı cəmiyyətə mühüm siyasi mesaj vermiş, sonrakı mərhələdə üç cildlik "Azərbaycan dili"dərsliyini dövlət mükafatına layiq görmüş, Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutununinkişafına böyük dəstək vermişdir.1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması isəHeydər Əliyevin xalqımız qarşısındakı ən böyük tarixi xidmətlərindən biri kimi bu gün də böyük ehtiramlaxatırlanır. Heydər Əliyevin həmin vaxt böyük israrla irəli sürdüyü bu təşəbbüs ittifaq rəhbərliyi tərəfindənmüsbət qarşılanmamış, bir çoxları bunu milli ayrı-seçkilik siyasətinin təzahürü kimi qələmə vermişdi. Belə biraddımın guya digər müttəfiq respublikalarda mənfi reaksiya doğuracağı iddia edilmişdi. Konstitusiyanıhazırlayan komissiyanın rəhbəri Heydər Əliyev bütün bu iddialara qarşı tutarlı arqumentlərlə çıxış edərək öztəşəbbüsünün kifayət qədər real olduğunu sübuta yetirmişdi. Maneələrə, ciddi təzyiqlərə baxmayaraq, böyükstrateq konstitusiya layihəsindən Azərbaycan dilini dövlət dili kimi təsbit edən 73-cü maddənin çıxarılmasıbarədə təkliflərlə razılaşmamışdı. Beləliklə, Azərbaycan dili dövlət dili statusu almış, bu addım respublikadaxalqın milli ruhunun oyanışı, mədəni-tarixi inkişafının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsbetmişdi.Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ana dili məsələsinə yanaşmadamüxtəlif ziddiyyət və fikir ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə xalqın real dəstəyindən məhrumolmuş AXC-Müsavat cütlüyünün iqtidarı dövründə özünü daha qabarıq şəkildə büruzə verirdi. Bəzi qüvvələrheç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və onun "türk dili" adlandırılmasınıtəklif edirdilər. Psevdomillətçilik mərəzinə tutulmuş bəzi qüvvələr Azərbaycanın dövlət dilinin türk diliadlandırılmasına çalışır, amma bunun çoxluq tərəfindən qəbul olunan elmi izahını verə bilmirdilər. Uzunmüzakirələrdən sonra 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş,dövlət dilinin "türk dili" olması barədə qərar qəbul edilmişdi. Qərarın qəbul edildiyi iclasda 50 deputatdan cəmi39 nəfər iştirak etmiş, yalnız 26 deputat dilimizin "türk dili" adlandırılmasına səs vermişdi. 7 nəfər bununəleyhinə olmuş, qalan 6 deputat bitərəf çıxmışdı. Halbuki qərarın qəbul edilməsi üçün deputatların üçdə ikisininsəsi tələb olunurdu. Ümummilli lider Heydər Əliyev sonralar bu məsələyə toxunarkən demişdir: "Buböyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur.Burada da böyük bir səhv buraxılıbdır... Volyuntarizm və özbaşınalıqla belə bir qanunun qəbul olunduğu hesabedilmişdir".1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu ərəfəsində ictimaiyyətin müxtəliftəbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirilən genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət,yekdil qərarın qəbulu ilə nəticələnmişdir: xalqımız referendum yolu ilə öz prinsipial mövqeyini nümayişetdirərək Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə səs vermiş, bununla da anadilimizə qarşı edilmiş haqsızlıq, biganəlik aradan qaldırılmış, onun cəmiyyətdəki mövqeyi bərpa edilmişdir.Ümummilli lider Heydər Əliyev çıxışlarında dilimizin saflığının, mənəvi zənginliyinin qorunmasını gəncnəslə tövsiyə edirdi. Xüsusi vurğulayırdı ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundanmüasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi intellektual məzmun və hadisələri, informativmənzərəsi bu dildə çevik şəkildə, səlisliklə əksini tapa bilir. Dilimizin gözəlliyi, rəvanlığı, obrazlılığı və ən dərinmətləbləri ifadə etmək imkanları hətta əcnəbilər tərəfindən də dəfələrlə qeyd olunmuşdur. Azərbaycan diliminillər, yüzillər boyu xalqın varlığını yaşatmış əvəzsiz hadisədir. Hansı ölkədə yaşamasından asılı olmayaraq,hər bir azərbaycanlı gənc öz ana dilini, milli ənənələrini öyrənməli, onları təbliğ etməlidir. Ümummilli liderHeydər Əliyevin hər çıxışında dilimizin zənginlikləri, incəlikləri aşkara çıxır, ədəbi dilin normalarınaheyrətamiz dərəcədə əməl olunurdu.Ulu öndər Azərbaycan dilinin qorunması və inkişafına dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. HələAzərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gəncləri ana dilini dərindən mənimsəməyə çağırmış,özünəməxsus müdrikliklə onlara Şekspiri ingilis, Puşkini rus, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycandilində oxumağı tövsiyə etmişdi: "Məni bu gün bu forumda sevindirən cəhətlərdən biri də o oldu ki, çıxış edənbütün gənclər çox sərbəst, səlis Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il bundan öncə bunu görməkmümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədərinkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylərgöstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik. Özdilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz".Heydər Əliyev hesab edirdi ki, ana dilini bilməyən, bu dildə zəngin ədəbiyyatı oxumayan, tariximizlə,mədəniyyətimizlə, adət-ənələrimizlə yaxından tanış olmayan gənc əsla vətənpərvər ola bilməz. Ümummilli lider449

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!