13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────doğru Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələr daha da intensivləşdi və Milli Məclisin payız sessiyasınınson iclaslarında “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında”Referendum Aktı layihəsi müzakirəyə çıxarıldı.“Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” ReferendumAktı layihəsinin hazırlanaraq Milli Məclisin 26 dekabr 2008-ci il tarixli iclasında geniş müzakirəsindən sonrareferenduma çıxarılması haqqında qərar qəbul edildi.1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə müstəqil Azərbaycan Respublikasının ilkKonstitusiyası qəbul olunub, 2002-ci ildə isə ona çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. AmmaAzərbaycanın siyasi, iqtisadi inkişafı, sürətlə həyata keçirilən hüquqi və siyasi islahatlar, bu islahatların iqtisadiislahatlarla paralel keçirilməsi, demokratik inkişaf sahəsində əldə edilən uğurlar bu gün Konstitusiyaya bir dahanəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirmişdi. Qarşımızda duran ən vacib vəzifəAzərbaycan dövlətinin Konstitusiya əsaslarını möhkəmləndirməkdən ibarətdir.Referendum Aktında qəbul olunan əlavə və dəyişikliklər Konstitusiyanın insan hüquqları və azadlıqlarıhissəsində hüquqların təminatını daha da genişləndirir. Bunun bariz nümunəsini 12-ci maddəyə edilənəlavələrdə görmək olar. Dövlət rəmzlərinə hörmət məsələsi hər zaman aktual olub. 75-ci maddəyə II hissə kimiəlavə edilən “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəbolur” müddəasının Konstitusiyada əksini tapması olduqca yerinə düşür. Qanunvericilik hakimiyyətibölməsindəki düzəliş də maraq doğurur. Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə bu məzmunda əlavəedilir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinəseçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyətmüddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təminedən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindənqəbul edilir”.Milli Məclisin Nizamnaməsində iclasların qapalı və açıq keçirilməsi məsələsi öz əksini tapıb. Amma buməsələnin Konstitusiyada öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Ona görə 88-ci maddəyə aşağıdakıməzmunda IV hissə əlavə olundu: “Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıqkeçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan RespublikasıPrezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər”.Layihəyə əsasən 95-ci maddəyə bir neçə mühüm dəyişiklik təklif edilirdi. Bunlardan biri “bələdiyyələrinhesabatlarının dinlənilməsi” məzmununda 20-ci bənddir. Bu, Milli Məclisin səlahiyyətlərinin artırılması iləbağlı əhəmiyyətli bir məsələdir. Bələdiyyələrin məhz parlamentdə hesabat verməsi məsələsi həm hesabatlıqbaxımından, həm də bütövlükdə demokratik islahatlar baxımından əhəmiyyətli bir addımdır.Referenduma əsasən 96-cı maddədə I hissəyə “Ali Məhkəməsinə” sözlərindən sonra “AzərbaycanRespublikasının seçki hüququ olan 40 min vətəndaşına” sözləri, II və IV hissələrinə “Ali Məhkəməsinin”sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının” sözləri əlavəedilmişdir. Azərbaycanda demokratiyanın inkişafının indiki mərhələsində bu, bizim demokratik inkişafaverdiyimiz çox mühüm töhfədir. Bu, siyasi islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik kimiqiymətləndirilə bilər.101-ci maddənin V hissəsinin yeni redaksiyası belədir: “V. Müharibə şəraitində hərbi əməliyyatlarınaparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə AzərbaycanRespublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərarseçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.108-ci maddənin mövcud mətni I hissə hesab edilmiş və maddəyə aşağıdakı məzmunda II hissə əlavəolunmuşdur: “II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminat qaydaları konstitusiyaqanunu ilə müəyyən edilir”. Bu, eks-prezident institutunun Konstitusiya qanunu ilə müəyyənləşdirilməsiniehtiva edir.Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsi müvafiq zaman kəsiyində zəruri fakt kimiçıxış edir. Konstitusiyaya edilən düzəlişlər heç də Konstitusiyanın və ya konstitusiya qanunlarının təftişi deməkdeyildir. Bu, Konstitusiyada öz əksini tapmış müddəaların daha da genişləndirilməsinə, insan hüquq vəazadlıqlarının təminatına geniş şərait yaradılmasına əsas verən bir amildir.233

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!