13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────kimi tələb olunur. Daha sonra sərəncamda deyilir: "Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazibütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlətbayrağının Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binalarıüzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hərbir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur".Prezidentimizin şərəfinə onun səfər etdiyi dövlətlərdə, BMT, AŞ və digər mötəbər beynəlxalqtəşkilatların mənzil-qərargahlarının qarşısında, idmançılarımızın beynəlxalq yarışlarda qələbəsi nəticəsində dəbayrağımızın qaldırılması bizlərə onurlu anlar yaşadır.Bəs Dövlət bayrağı meydanının yaradılması hansı zərurətdən doğub? Bu sualın cavabı da sərəncamdaverilib. Orada iki zərurət göstərilib. Birincisi, Dövlət bayrağının Azərbaycan vətəndaşlarının millihəmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir. İkincisi, Dövlətbayrağının təbliğinin daim diqqət mərkəzində saxlanılması.Bayraq meydanının yaradılması bizə nə verəcək? Təəssüflər olsun ki, bu gün belə suallar da eşidirsən.Bayraq meydanının yaradılmasında ulus olaraq qazanclarımızı sadalayaq:1. İlk öncə Dövlət bayrağı meydanı Şəhidlər Xiyabanı kimi Vətən, Millət, Dövlət və Dil sevgisi iləyaşayan vətəndaşların qürur və and yeri olacaq. Həyatında önəmli addım atan hər bir kəs Şəhidlər XiyabanındaŞəhidlərin ruhuna, Dövlət bayrağı meydanında isə qudsal bayrağımıza and içəcək.2. 20 min kvadratmetr ərazisi olacaq meydan hərbi məktəb müdavimlərinin Vətənə və Dövlətə sədaqət andıiçəcəkləri yer kimi, habelə müxtəlif dövlət tədbirləri və xalq bayramları keçirilməsi üçün də istifadə oluna bilər.3. Ölçüsü 35x70 (2450 kvadratmetr) olacaq və 162 metr hündürlüyündə dalğalanacaq bayrağımız daimhər kəsin diqqətini çəkəcək. Bu ilk növbədə həm vətəndaşlarımıza, həm də şəhərimizin qonaqlarına onunuğrunda şəhid olanları xatırladacaq. İkincisi, hər kəsi daşıdığı mənanı öyrənməyə məcbur edəcək və hər kəsəAzərbaycan Respublikasının türkdilli dövlət olduğunu, çağdaş dövlət quruluşuna malik olduğunu və əhalisininmütləq əksəriyyətinin Tanrının təkliyini qəbul etdiyini bir daha xatırladacaq.4. Dövlət bayrağı meydanı Qız Qalası kimi Bakının rəmzinə çevriləcək. Yəni xüsusi olaraq bayraqmeydanını görmək üçün ölkəmizə turistlər gələcək. Bu da həm Azərbaycanın dünyada təbliğatı, həm dəbüdcəsinin zənginləşməsi deməkdir.5. Nəhayət, Ermənistan demokratik, güclü və qalib Azərbaycanın qabağında diz çökəndə bu meydandaAli Baş Komandan qələbə paradını qəbul edə bilər.Gələcək nəslə bayrağımızın, tariximizin, tarix boyu yaratdığımız dövlətlərin və ucaltdığımız bayraqlarınmahiyyətini və əhəmiyyətini geniş təbliğ etmək, habelə dövlət yaratmaqla tarix yazan Azərbaycanın görkəmliövladlarını tanıtmaq məqsədi ilə bir vətəndaş olaraq Dövlət bayrağı meydanının ətrafının abadlaşma işləri iləbağlı aşağıdakıları təklif olaraq irəli sürürəm.1. Bayrağın ucaldığı qüllənin yanlarında qranit lövhələrdə aşağıdakıların həkk olunmasıməqsədəmüvafiq olardı:Birincisi, bayrağın mənasının açıqlaması.İkincisi, Dövlət bayrağı haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918-ciil tarixli Qərarının mətni.Üçüncüsü, bayraq haqqında Naxçıvan Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarının mətni.Dördüncüsü, "Azərbaycan Respublikası Dövlət bayrağı haqqında" Qanunun mətni (5 fevral 1991-ci il).Beşinci, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun mətni (8iyun 2004-cü il).Altıncısı, "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılmasıhaqqında" Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2007-ci il tarixli sərəncamının mətni.2. Meydanda və ya onun ətrafında qranit lövhələrdə aşağıdakıların həkk olunması məqsədəmüvafiqolardı:Birincisi, Azərbaycan xalqının yaratdığı bütün dövlətlərin xəritələri. Xəritələr Prezident İlham Əliyevinrəhbərliyi ilə hazırlanan və 2007-ci ildə çapdan çıxan "Azərbaycanın Milli Ensiklopediyası"ndan götürülə bilər.İkincisi, tarix boyu türklərin yaratdığı imperatorluqların xəritələri.Xəritələrin yanında hər bir dövlətin və imperatorluğun bayrağı və qurucusunun büstü ucaldıla bilər.“525-ci qəzet”.-2008.- 24 oktyabr.- N196.-S.241

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!