13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────– bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdətutulmuş qaydada məsuliyyət daşıyırlar.Göründüyü kimi, dil normalarının pozulması, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlətqanununun pozulmasıdır və ona saymazyana yanaşanlar yalnız ictimai rəy qarşısında deyil, həm dəqanunvericilik normaları qarşısında məsuliyyət daşımalıdırlar. Qanuna hörmətlə yanaşmaq isə hüquqi dövlət vəvətəndaş cəmiyyəti quruculuğunun ən mühüm amillərindən biridir.Müasir dünya xalqlarının və dövlətlərinin taleyində son dərəcə mühim rol oynayan, ölkələrin sosial-siyasi,mədəni inteqrasiyasına və iqtisadi tərəqqisinə stimul verən qloballaşma prossesləri bütün böyük hadisələr kimi,müsbət xüsusiyyətləri ilə yanaşı, bəzi mənfi cəhətlərə də malikdir. Bu sırada ilk növbədə xalqların milli-mənəvidəyərlərinin aşınmaya məruz qalma və unudulma təhlükəsini qeyd etmək lazımdır. Bu hal milli-mənəvidəyərlərin yabançı təsirlərdən qorunması zərurətini çağdaş dövrdə dünya xalqlarının qarşısında duran ən vacibvəzifələrdən birinə çevirmişdir.Şübhəsiz ki, hər bir xalqın mənəvi sərvətləri sırasında həmin xalqın ana dilinin heç bir dəyərlə müqayisəyəgəlməyən müstəsna əhəmiyyəti vardır. Ana dili xalqın varlığını təmin edən ən dəyərli amildir. Xalq bütün maddivə mənəvi sərvətlərini, hətta torpaqlarını itirib yalnız dilini saxlasa, öz varlığını qoruyub mühafizə edə bilər.Lakin, tarixin də dəfələrlə sübut etdiyi kimi, bütün sərvətlərini saxlayıb, dilini itirən xalq məhvə məhkumdur.Ana dili yalnız sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən mənəvivarlığının ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq inteqrasiya şəraitində ana dilimizin qorunması, əsasmənəvi dəyər kimi onun toxunulmazlığının və işləkliyinin təmin edilməsi bir millət və dövlət olaraq bizim ənbaşlıca vəzifəmizdir.Vətəndaşların bir qisminin düşüncəsinə görə, dilimizin qorunması uğrunda mübarizəyə zəruri ehtiyacyoxdur. Onların fikrincə, Azərbaycan dilinin başı üzərində ciddi narahatlığa səbəb ola biləcək real təhlükəduyulmur. Nəinki daxil olduğu türk dilləri ailəsində, eləcə də mədəni dünyanın inkişaf etmiş dilləri sırasındalüğət tərkibinin zənginliyi, qrammatik sisteminin mükəmməlliyi, üslubi və funksional imkanlarının genişliyinəgörə heç bir dildən geri qalmayan, on milyonlarla insanın ünsiyyət vasitəsi kimi işlənən, geniş şəbəkəliinformasiya vasitələri, radio və televiziya kanalları, nəşriyyatları, elmi-tədqiqat müəssisələri, zəngin klassik vəmüasir ədəbiyyatı, minlərlə orta, onlarca ali məktəbi əhatə edən təhsil sistemi, nəhayət, suveren bir dövləttərəfindən təmin edilən dövlət dili statusu olan Azərbaycan dilini nədən, ya kimdənsə qorumağa, onun taleyiüçün narahatlıq keçirməyə nə hacət? Bu cür düşünənlərin, əlbəttə, öz məntiqi var, ancaq, təəssüf ki, realvəziyyət onların düşündüyü qədər sadə və birmənalı deyil.Bu baxımdan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədədilçiliyin inkişafına <strong>dair</strong> Dövlət Proqramı haqqında” Azərbaycan Respublikasi Prezidentinin 23 may 2012-ci iltarixli sərəncamının dövlətimizin və onun rəhbərinin ana dilimizin qorunmasına və inkişafına qayğısının ənbariz nümunəsi kimi dəyərləndirilməsi təsadüfi deyildi.Sərəncamda qeyd olunduğu kimi, “ölkəmizin zaman-zaman müxtəlif imperiyaların tərkibində yaşamağaməcbur olmasına baxmayaraq, ana dilimiz hətta ən ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və millimənəvidəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatəolunması müstəqil Azərbaycanın hər bir vətədaşının müqəddəs borcudur”.Bəhs olunan sərəncam Azərbaycan dövlətinin ana dilimizlə bağlı qəbul etdiyi ən mühüm hüquqi sənədlərdənbiridir. Sənəddə dil siyasəti sahəsində xüsusi Dövlət Proqramının qəbul edilməsi zərurəti belə əsaslandırılırdı:“Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızınictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı tarixi sənədlər sayəsində ədəbi dilimizinfəaliyyət meydanı daha da genişlənmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlüklədil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır... Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbidilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizinözünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısınınalınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə, dövlətdilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.” Sərəncamda daha sonra deyilir:“Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinintəkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimibeynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, ...həmçinin gənc nəslin ana dilinə sevgi və hörmət ruhundatərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.”472

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!