13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan Konstitusiyasının müəllifiSiyavuş NOVRUZOV,Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvüНər bir xalqın müasir dünyada özünə layiqli yer tutmasının mühüm göstəricilərindən biri yüksək ədalətanlayışının ifadəsi olan hüquq prinsiplərinə və onun ali məcmusu olan qanunlara münasibətidir. Hələ eramızdanəvvəl meydana çıxan ilk sivilizasiyalar Hammurapi qanunları, Drakon qanunları, XII lövhə qanunları kimiunudulmaz hüquqi abidələr yaratmaqla insan cəmiyyətinin mövcudluğunun və birgə yaşayışının başlıca şərtikimi qanunlara riayət etmənin ən vacib şərt olduğunun əhəmiyyətini aydın şəkildə dərk edirdilər. Bu proses ortaəsrlərdə də davam edərək, bugünkü müasir qloballaşan dünyanın mürəkkəb ictimai-siyasi və sosial-iqtisadimünasibətlər sistemini tənzimləyən Əsas Qanuna - Konstitusiyaya qədər kəşməkəşli, lakin daim inkişafda olanuzun bir yol keçmişdir.Konstitusiya elə bir sənəd olmalıdır ki, demokratiyanın əsas qanununa uyğun olaraq hakimiyyətdə olansiyasi qüvvələr dəyişildikcə Əsas Qanunu da dəyişdirmək zərurəti meydana çıxmasın. Bəzi hallarda konstitusiyaqəbul etmək, yaxud onu əsaslı şəkildə dəyişdirmək cəhdləri bu və ya digər qüvvələr tərəfindən narazılıqlaqarşılanır, nəticədə siyasi böhranlar yaranır. Elə bizim günlərimizdə, postsovet məkanı dövlətlərində baş verənsiyasi proseslərə diqqətlə nəzər salmaq bunu təsdiqləyir. Deyilənlərin sübutu kimi belə bir faktı da göstərməkolar ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika şəklində meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyəti,yaxud SSRİ-nin parçalanması nəticəsində öz dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikasındahakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı bütün cəhdlərinə baxmayaraq öz sələflərindən tamamilə fərqlənənyeni müstəqil dövlətin konstitusiyasını qəbul edə bilmədilər.Azərbaycan Konstitusiyasının qəbul edildiyi ərəfədə ölkədə vəziyyət sabit deyildi. Dövlət çevrilişicəhdləri ara vermirdi. İlk baxışdan təsəvvür edilməsi çətin olsa da, belə cəhdlərə ölkənin yüksək vəzifəli şəxsləri- baş nazir, digər yüksək rütbəli məmurlar başçılıq edirdilər. Vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı.Dövlətdə təmsil olunan yüksək vəzifəli və rütbəli şəxslər öz siyasi ambisiyalarını dövlət maraqlarından üstüntutur, öz xalqı və dövləti ilə ultimatum dilində danışmağa üstünlük verirdilər. Dövlətə sədaqətli şəxslər terrorvasitəsilə aradan götürülür, vətəndaşlarda vahimə, qorxu hissləri yaradılırdı. Əvvəlki xəyanətkar iqtidartərəfindən bağlanmış və hakimiyyətdə olan qüvvələrin mənafeyini əks etdirən neft müqavilələri ləğv edilmiş,yeni müqavilələrin bağlanması ərəfəsində xarici investorlar qorxudularaq ölkədən uzaqlaşdırılmışdı. Yenicəəldə edilmiş atəşkəs kövrək idi. Vaxt isə gözləmirdi. Belə bir şəraitdə konstitusiyanın qəbul edilməsi ölkədəictimai-siyasi sabitliyin bərqərar olmasına, əhali arasında dövlətə inamın artmasına, yubanmaq isə vəziyyətindaha da pisləşməsinə gətirə bilərdi.Bütövlükdə xalqın, dövlətin və hər bir vətəndaşın taleyinə birbaşa və həlledici təsir göstərən AzərbaycanRespublikasında Konstitusiya qəbulu kimi nəhəng siyasi prosesin uğurunu şərtləndirən ən mühüm amil buprosesin müdrik dövlət rəhbəri, ümummilli lider, xarizmatik şəxsiyyət tərəfindən idarə edilməsi idi. Həmin andaAzərbaycanın yeganə ümidi, böhranlı vəziyyətdən ən etibarlı çıxış yolu dövlətin sükanı arxasında belə birşəxsiyyətin olması idi. Bu, xalqını, onun dövlətini taleyüklü anda xilas etmək missiyasını öz üzərinə götürənümummilli lider Heydər Əliyev idi.1995-ci ilin mayın 2-də Azərbaycan Respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayankomissiyanın tərkibini təsdiq etdi. Heydər Əliyevin sədr olduğu komissiyaya həmin vaxtda mövcud olan hər üçhakimiyyət qanadının rəhbərlərindən əlavə, ictimai elmlər sahəsində tanınmış mütəxəssislər, görkəmli elmxadimləri, ictimai və yaradıcılıq təşkilatlarının rəhbərləri daxil edilmişdi.Ümummilli lider dövlət müstəqilliyinin əldə edildiyi 1918-ci ildən etibarən Azərbaycan Respublikasınıninkişaf tarixini hərtərəfli təhlil etdi. 1993-cü ilin oktyabrında da yeni Konstitusiya hazırlanması üçün göstəriləncəhdlərin nəticəsiz qaldığını vurğulayan ümummilli lider 1993-cü ilin ortalarına qədər hakimiyyətdə olmuşAXC-Müsavat cütlüyünün nəinki yeni konstitusiya qəbul etmək üçün səylər göstərmədiyini, hətta AzərbaycanınSSRİ dövlətinin tərkibində olması, Kommunist Partiyasının rəhbər və istiqamətverici rolunun təsbit edilməsibarədə maddələrin də 1978-ci il Konstitusiyasından çıxarılmadığını təəssüflə qeyd etdi. Bu və digərdəyişikliklər yalnız 1993-cü ilin oktyabr ayında yeni seçilmiş Prezident Heydər Əliyevin andiçmə mərasimindənbir qədər qabaq onun təşəbbüsü ilə həyata keçirilmişdi.Komissiyanın ilk iclasında dövlət başçısı tərəfindən qəbul ediləcək konstitusiyanın parametrləri açıqlandı.“Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini,191

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!