13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bayraq haqqıBu gün Azərbaycan xalqı öz tarixi boyu ilk dəfə olaraq Dövlət Bayrağı gününü qeyd edirBayraq bir millətin şərəfi, milli varlığının təsdiqidir. Dövlətin əsas atributlarından sayılan bayraq odərəcədə müqəddəs bir ucalıqda dayanır ki, millətin əsgərindən tutmuş prezidentinədək ilk olaraq onu öpərəkqarşısında diz çöküb vətənə xidmət edəcəyinə and içir. Tarixən ən böyük meydan müharibələrinin də nəticəsisonda hansı tərəfin bayrağının dalğalanması ilə müəyyən edilib. Elə vətən torpaqlarının ən böyük qoruyucusuolan şəhidləri də son mənzilə dövlət bayrağına bükərək yola salırlar. Müstəqillik və ərazi bütövlüyü uğrundaaparılan mübarizənin gedişində yaranmış və inkişaf etmiş dövlət rəmzləri vətəndaşların mənəvi və emosionaltərbiyələndirilməsinin əsas mənbələrindən biridir. Azərbaycanın dövlət rəmzlərinin öyrənilməsi istər dövlətçilikənənələrinin öyrənilməsi, istərsə də milli ənənələrin canlandırılması baxımından da, vacib əhəmiyyət kəsb edir.Sözsüz ki, bir çox şaxəli problemin həlli rəmzlərimizin tarixini işıqlandıran elmi və elmi-kütləvi əsərlərininmövcudluğundan bilavasitə asılıdır.Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki,kommunist-sovet rejiminin hər cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycangəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməyib. Azərbaycan XalqCümhuriyyətini «milli sərvətimiz, tariximizin parlaq səhifəsi» kimi dəyərləndirən ümummilli lider HeydərƏliyevin böyük müdrikliklə dediyi kimi, «Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq,müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı vənəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi». Lakin AzərbaycanRespublikasının müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə endirilmiş müqəddəs istiqlal rəmzi – üçrəngli milli, dövlət bayrağımız 70 ilsonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlətxadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbuledilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti və tələbi ilə 1991-ci ilfevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqındaAzərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımızAzərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütünAzərbaycan üzərində dalğalanmağa başladı... Az müddətdən sonra «Azərbaycan Respublikasının Dövlətmüstəqilliyi haqqında Konstitusiya Aktı» (18 oktyabr 1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlətmüstəqilliyini elan etdi. İlk olaraq Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı. Böyük öndər QaziMustafa Kamal Atatürkün vaxtilə söylədiyi «Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyəsəmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır» sözləri artıq həqiqətə çevrildi...İndi təkcə Türkiyənin deyil, dünyanın bir çox dövlətlərinin səmasında ölkəmizin səfirlikləri üzərindəAzərbaycan bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi dalğalanır... Bu da sevindirici haldır ki, AzərbaycanRespublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edildi və həmin təşkilatınNyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180- dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sıradaAzərbaycan Bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımızaltında müstəqillik yolları ilə inamla irəliləyir. Bayraqların tarixi -Xanlıqlar dövrüMilli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyində Azərbaycan xanlıqlarının bayraqlarındanibarət çox unikal kolleksiya saxlanılır. 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərbi Tarix Muzeyindən təhvilalınmış bu kolleksiyaya Gəncə, Bakı, Şəki və İrəvan xanlıqlarının bayraqları və eləcə də mənsubluğu CənubiAzərbaycan xanlıqlarına ehtimal olunan daha iki bayraq daxildir. Bu bayraqlar XVI-XVIII əsrlərə aid ediləngözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir; üçkünc, dördkünc, beşkünc vədüzbucaqlı formalardadır. Üstlərindəki ornamentlər qurama yaxud tikmə üsulu ilə salınmış, təbii boyalarlaçəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır.Bayraq ağacları silindrik formada yüngül ağac gövdələrindən düzəldilmiş, boyanmış, onların başlarına fiqurlumetal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli ipək saplardan toxunmuş qotazlar bağlanmışdır.70

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!