13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dini mədəniyyət və tolerantlıq haqqındaHƏSƏNAĞA MƏMMƏDLİ,AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlarİnstitutunun Dinin fəlsəfəsi şöbəsinin kiçik elmi işçisiİslam-xristian polemikasının orta əsrlər Xristian ədəbiyyatında böyük vüsət aldığının şahidi oluruq. Buproses VIII əsrin axırlarından başlayaraq, IX və X əsrlərdəki Abbasilər dövrünü də əhatə etməklə çox genişyayılmışdır. Bu polemikalar müxtəlif ədəbi formalarda: məktublaşma və yaxud geniş disputlar şəklindəaparılmışdır. Dövrün tələblərindən asılı olaraq bu polemikalar istər dini-ilahiyyat, istərsə də dini-fəlsəfi və elmixarakter daşımışdır. Buna misal olaraq, müqəddəs İohan Damaskinin mətnlərini, müsəlman filosofu əl-Kindinin«Üç Üqnüm» təliminin inkarını, xristian Yəhya ibn Adinin teoloji cavablarını, həmçinin latin dünyasında çoxtanınmış və xristian olmuş başqa bir əl-Kindi Əbd əl-Məsihin əsərlərini göstərmək olar. Bütün bu mətnlərdərəqib dinin doğmalarının təməlləri müzakirə edilmişdir. Bu baxımdan, həm «Üç Üqnüm» və onda ehtiva olunanilahilik, xaça səcdə olunma və günahların silinməsi, həm də Məhəmmədin peyğəmbərliyi və Quranın vəhydənyazıldığı daim müzakirə obyekti olmuşdur.Hansı növdə olmasına baxmayaraq, bu polemikalar elə əslində bu günə qədər də təkrarlanaraq kəskin birşəkildə bütün dünyada müxtəlif problemlərlə əvəz olunub, daha çox İslamı və Xristianlığı qarşı-qarşıya qoymuş,müsəlman aləmi ilə Qərb dünyası arasında ziddiyyətə çevrilmişdir. Bu problemə yenidən qayıdış məsələsiənənəvi suallar kimi səciyyələndirilməsə də, Qərb aləmi son dövrlərdə həmin problemlərə xüsusi diqqətayırmaqdadır. Xristianlıq Qərb sivilizasiyasını formalaşdırmaqda davam etsə də, monoteist bir din kimi tarixdəislam dininin tərəf-müqabili kimi fəaliyyət göstərmişdir. Bütün bunlar İslamda və Xristianlıqda ənənəyə vətarixi köklərə sadiqlik şəraitində davam etməkdədir.Müxtəlif sivil məkanlarda fəaliyyət göstərmiş dinlər, bu areallardakı müxtəlif amillərin təsirinə məruzqalaraq bunlara qarşı gah radikal, gah alternativ, gah da rəqabət mövqeyində durmuşlar. Bütövlükdə, adətən,bunu «modernizm» adlandırırlar. Müasirləşmə kimi modernizmin bəlkə də vacib xüsusiyyətlərindən biri onunsekulyar xarakter daşımasındadır. Halbuki, avtonomluq və fərdiləşmə prosesi, tənqid və daimi «şübhələr»,bütün bunlar vaxtı ilə modernizm dövrünün yaranmasına səbəb olmuşdur. Bunun nəticəsi olaraq, insanındünyada öz yerini tapa bilməməsi, sekulyarlaşma və s. bütün bunlar dinlərin qarşıdurması kimi, dinlə (dinlərlə)razılaşmamaq və ya hətta onu mübarizəyə çağırmaq kimi başa düşülmüşdür.Konkret tarixi şəraitə münasibətdə yanılmamaqdan ötrü, əsrlər boyu formalaşmış ənənələrə baxmayaraq,dinlərin özünü dərk etməsi, ətraf aləmə xüsusi məmnunluqla yanaşması və sekulyar şəraitin tələblərininmahiyyətlərində əks olunması müəyyənləşdirilməlidir. Bu heç də о demək deyildir ki, modernizmdənuzaqlaşmaq lazımdır, çünki mümkün ola biləcək konfliktlər narahatçılığa, təşvişə səbəb olur. Ola bilər ki,dinlərin modernizmdən «fərqliliyi» özlərinin identikliyindən asılı olmasın. Modernizm nəticəsində dinlərə heçbir xələl gətirmədən mövcud mövqelər korrektəyə məruz qala bilər. Digər tərəfdən, apriori istisna olunmur ki,dinləri fərqləndirən komponentlər ola bilsin ki, müasir dövrün tələblərinə baxmayaraq, öz ənənəviliyi iləsəciyyələnə bilər. Dinlərin bu gün qarşılaşdığı təhdidlər və təxribatlar onun mövcudluğuna kölgə salmasınabaxmayaraq, əksinə, belə bir hal çıxış yolu kimi dinlərin yeniləşməsinə şərait yaratmış olur.Dinlər böyük potensiala malikdirlər. Onların uzun tarixi inkişaf dövrü olmuşdur. Xüsusən də monoteistdinlər qədim inanclardan, mifologiyalardan qaynaqlanmış, uzun müddətli təkamül yolu keçməklə, müxtəlifzaman və məkanda trasformasiyaya uğramaqla özlərini klassik qəlibə salmışlar. Yəni din təkmilləşərəkinsanların dünyəvi və mənəvi tələbatlarını təmin etməyə yönəlmişdir. Lakin insanların mənəvi hakimiyyətinəçevrilə biləcək dini ehkamların heç də siyasətdən tam azad olduğuna rast gəlinmir. Dinin ilahi məzmununun vətəyinatının daim təhrif olunması həmişə müşahidə edilməkdədir. Təəssüflər olsun ki, indinin özündə də siyasikonyukturanın süni surətdə dinləri bir-birinə qarşı qoymaqla dini və milli zəmində münaqişə ocaqları yaratmasıdanılmaz bir haldır.Dinin çox güclü təsir vasitəsi olduğu inkaredilməzdir. Çünki din cəmiyyətdə hər bir insanın mənəviistinadgahıdır. Din ona inanan insanların şüur süzgəcindən keçərək, onlara həyata münasibətdə ümid verəbiləcək bir sosial fenomendir. Burada sakrallıq əsas götürülərək, riyakarlıq, haramlıq kimi mənəvi qüsurlarasədd çəkilir. Deməli, niyyəti düz olan insan dindən yararlana bilər. Yaradana xidmət etmək bu qəbil insanlarüçün böyük hikmət kəsb edir. Tanrıya xidmət etməklə, yəni dini normalara və ehkamlara sadiq qalmaqla insanöz səadətinə, əminliyinə qovuşa bilər. Dinin cəmiyyətdə oynadığı psixoloji rolundan irəli gələrək, Tanrıya487

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!