13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar iləAzərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalqmüqavilələr tətbiq edilir. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumimüddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslindəmüasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onlarınreallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraqqanuni məhdudlaşdırılmasının yolverilən həddi təsbit edilmişdir.Konstitusiya ölkə qanunvericiliyinin inkişafı üçün əsas baza kimi çıxış edir. Sözsüz ki, keçən əsrin 90-cıillərinin ortalarında yeni Konstitusiya qəbul edilmədən demokratik inkişafa və hüquqi dövlət quruculuğuna nailolmaq mümkün deyildi. Bu mənada, Əsas Qanun həqiqətən də milli dövlətçiliyimizin inkişafına güclü təkanverən mühüm amillərdən oldu. Konstitusiyamızın hüquqi dövlət quruculuğunun müasir tendensiyalarından çıxışedərək bir sıra yeni institutların - Konstitusiya Məhkəməsinin, insan hüquqları üzrə müvəkkilin (ombudsmanın),yerli özünüidarəetmə orqanlarının yaradılmasına, dövlət quruluşunda hakimiyyətlər bölgüsü prinsipinə ciddiəməl edilməsinə <strong>dair</strong> müddəaları demokratik siyasi sistemin qurulmasının zəruri şərti kimi çıxış etdi.Azərbaycan Respublikası Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdənbiri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyiningücləndirilməsi olmuşdur. Çünki müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanlarındövlətə olan etimadının, vətəndaş sülhünün təminatının, vətəndaş cəmiyyəti quruculuğunun, hətta iqtisadiinkişafın vacib şərtlərindən biri kimi çıxış edir.Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasirdövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Bu isəKonstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir.Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verib: birbaşa xalq tərəfindənseçilən qanunverici orqan formalaşıb və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatınınən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilib; Azərbaycan xalqının vahidliyinitəcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazibütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının,məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb; dövlət hakimiyyətiorqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyəorqanları yaradılıb və fəaliyyətə başlayıb.Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən birixüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlarolmuşdur. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin<strong>dair</strong>əsini xeyli genişləndirmiş, mülki dövriyyəni zənginləşdirmiş, əhalinin xüsusi mülkiyyətinin həcminiəhəmiyyətli dərəcədə artırmışdır.Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biriisə yeni hüquq sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasınınyaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Konstitusiyanın qəbulundan ötənmüddət ərzində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır. Azərbaycanda aparılmış qanunvericilik islahatınəticəsində hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən normativ baza formalaşmışdır. Ölkəmiz artıq onunqanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdarçıxmışdır və xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarınınmüdafiəsi ilə bağlıdır. Dövlətin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təsirli mexanizmlərvasitəsilə təmin edilməsində maraqlı olduğu qeyd olunan qanunvericilik aktlarının, о cümlədən bir sırakonstitusiya qanunlarının qəbul edilməsi ilə bir daha təsdiqlənir.Bütün bunlar Konstitusiyanın səmərəli fəaliyyət göstərən əsas hüquqi sənəd olması barədə fikritəsdiqləməyə imkan verir. Aydındır ki, ölkəmizdə hüquqi dövlət ideallarının tam bərqərar olunması üçün hələçox iş görülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, bu gün çoxəsrlik demokratiya təcrübəsinə malik, inkişafetmiş dövlətlər də həmin dəyərləri əldə etmək üçün uzun və mürəkkəb inkişaf yolu keçmişlər. Bu mənada,Konstitusiyanın işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün görülən işlər bundan sonra da səylə davametdirilməlidir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə cəmiyyətin həyatını Konstitusiyanın tələblərinəuyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir.230

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!