13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributları - dövlət gerbimizDövlət gerbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, dövlətçiliyin və azərbaycançılığınmüqəddəs rəmzlərindən, atributlarından biridir. “Xarici sözlər lüğəti”ndə gerb polyakca “herb”, almanca ecvisözündən olub “vərəsəlik” mənasında işlənir. Gerb sözü dövlətçilikdə bir dövlətin, şəhərin, nəslin fərqləndiricirəmzi nişanı kimi, əsas etibarı isə bayraqda, möhürdə, puhidində və s. təsvir edilir.Ulu Öndər Heydər Əliyev dövlət gerbini mühüm atributlardan biri hesab edirdi. “Azərbaycan gerbinitəbliğ etmək lazımdır. Azərbaycanın gerbi, bayrağı ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil edənatributdur. Dövlət bayrağından fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər rəmzlər rəsmişəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökuməttərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi.Müsabiqə Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk nümunələrinin meydanaçıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi əsrin əvvəllərində yaşayıb-yaratmış“Molla Nəsrəddin”çi rəssamlardan Ə. Əzimzadənin, O. Şmerlinqin, İ. Rotterin, R. Telinqalerin yaradıcılığınaxas üslub xüsusiyyətləri diqqəti cəlb edir.1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu.Lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerblayihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1921-ci ildə yaradılmışgerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun,palıd yarpaqları və sünbüllərin təsviri rəssam R. Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir.Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduzAzərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir. Memar Əcəmininyaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayıüzərindəki Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri vardır.Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini, xalqın qəhrəmanlıq əzmini ifadə edir. Palıdyarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.M. Mərdanov və Ə. Quliyevin qeyd etdikləri kimi, Azərbaycanın Dövlət Gerbinin hazırlanması vətəsdiqi məsələsinə bir də 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisindəmöhtərəm Heydər Əliyevin təşəbbüsü ilə baxıldı, üçrəngli milli bayrağımızın bərpası və qəbulu ilə yanaşı,dövlət gerbi və himnimizin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələlərikompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu. AzərbaycanRespublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli dövlət bayrağını bərpa və qəbul etməkləyanaşı, “Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqındaxüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün 5min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə Respublika Ali Soveti Rəyasət Heyətinəhəvalə edilmişdi. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələrin, eləcə də, 1919-20-ciillərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Gərgin müzakirələrdən sonra Azərbaycan RespublikasınınMilli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini (anonimdir, deyilənə görə onun müəllifiAzərbaycanda yaşamış yəhudi rəssamdır) müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan RespublikasınınDövlət Gerbi kimi təsdiq etdi. Beləliklə, bugünkü Dövlət gerbimizin rəngli və ağ-qara təsviri “AzərbaycanRespublikasının Dövlət Gerbi haqqında Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylıKonstitusiya Qanunu ilə təsdiq edilmişdir. Dövlət gerbindən istifadə qaydaları isə “Azərbaycan RespublikasınınDövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 23 fevral 1993-cü iltarixli, 516 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamə” ilətənzimlənir. Həmin “Əsasnamə” də Dövlət rəngli təsviri haqqında deyilir:“Azərbaycan Respublikasının Dövlət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərindəyerləşərək qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası dövlət bayrağınınrəngləri fonunda səkkizguşəli ulduz. ulduzun mərkəzində alov təsviri vardır.Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı palıd budaqları yaşıl,sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqlar, habelə, qalxanın düymələri və palıd qozalarıqızılıdır”. (2-ci maddə)Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə mexanizmi Azərbaycan RespublikasınınKonstitusiyası yuxarıda adı çəkilən Qanunlar və Əsasnamə ilə tənzimlənir. “Azərbaycan Respublikasının Dövlət160

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!