13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────yoldaşının bədəninə sarıyıb Vətənə gətirir. 90-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinindamından asılıb.Dövlət bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağızolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəliulduz təsvir edilib. Rəmzlərin mənasına gəlincə, göy rəng - türklük, qırmızı rəng - müasirlik və demokratiya,yaşıl rəng - islam mənasını verir. Bəs bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilər bildirirlər ki,Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtivaetdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara vəsəkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddur və hətta bu məsələdə alimlərin,tədqiqatçıların fikirləri toqquşur. Belə ki, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolungerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islamdininin bir rəmzi kimi qəbul edilib və həmin dindən olan başqa xalqlara da keçib. Tarixçi Cəbi Bəhramov hesabedir ki, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, onunsözlərinə görə, bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. "Belə ki, əski əlifbada "Azərbaycan"sözü səkkiz hərflə yazılır".Tarixçi alim Cəmil Həsənli də ay-ulduzu türk simvolları hesab edir. Dediyinə görə, qədim türkmifologiyasında ulduzların sayı həmin xalqların taleyində rol oynayıb. Mifologiyaya görə, ulduzlar səkkiz guşəkimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib.Tarixçi Akif Məmmədlinin sözlərinə görə, M.Ə. Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik,azərbaycançılıq və mədəniyyətlilikdir.Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunanMesopotomiya ilə əlaqədardır. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadəolunmuş və səkkiz guşə, səkkiz türk xalqının simvoludur.Amma təəssüflə bildirməliyik ki, bizdə bayrağa olan sevgi hələ tam kütləviləşməyib. Bəs bunun üçünnə etməliyik? Professor Cəmil Həsənli hesab edir ki, bayrağa sayğı hər bir evdən başlamalıdır. "Bayrağa sevgi,ona sayğı göstərmək hər bir vətəndaşımızın borcudur. Bayraq bizim ürəyimizdə, qəlbimizdə olmalıdır. Bayraqevlərimizin yaraşığına çevrilməlidir", - deyən C. Həsənliyə görə, övladlarımıza uşaq yaşlarından bayrağasevgini aşılamalıyıq.M. Rahim adına 7 saylı orta məktəbin dəhlizlərində dövlətimizin atributları olan bayraq və gerbimizinşəkilləri, otaqlarda isə şəkillərlə yanaşı kiçik stolüstü, eləcə də böyük bayraqlar yerləşdirilib. Məktəbin təlimtərbiyəişləri üzrə direktor müavini Nuridə Abdullayeva deyir ki, bütün otaqlarda bayraqlar var və şagirdlərəbayrağa olan sevgini aşılamaq üçün əllərindən gələni edirlər: "Mülki müdafiə və bayraq günündə uşaqlarıbayrağın ətrafında toplayırıq. Onlara bayrağımız və dövlətin digər atributları haqqında məlumat veririk. Artıqbütün şagirdlərimizdə bayrağa olan dəyəri sezmək olur. Onlar bilirlər ki, bayraq ölkəmiz üçün hansıanlamdadır".Bayrağa sevgi təkcə bayramdan-bayrama olmamalıdır. N. Abdullayevanın sözlərinə görə, bay-ramgünlərindən əlavə bütün dərslərdə şagirdlərə bayrağa sevgi aşılanır. "Bu, əsasən tarix dərslərində daha ətraflı vəgeniş olur".160 saylı Klassik Gimnaziyada isə divarlara vurulan bayraq, gerb şəkillərindən əlavə, bayraq günündəhazırlanan divar kağızları da diqqəti cəlb edir. Şagirdlərin bayraq günündə bayrağa həsr olunan yazıları,çəkdikləri rəsmləri göz oxşayır. Məktəbin Azərbaycan dili müəlliməsi Səidə Quliyevanın dediyinə görə, Bayraqgünündə məktəbin idman zalında möhtəşəm tədbir keçirilib: "Bütün şagirdlərə kiçik bayraqlar paylandı. Hətta1-ci sinif uşaqlarından biri bu bayraqla oyuncaq kimi davrandığına görə həmin uşaq tədbirdən kənarlaşdırıldı".Bakı Atatürk Liseyinin müdir yardımçısı Vidadi Umudlu da hesab edir ki, övladlarımıza dövlətbayrağına sevginin aşılanmasında ailə ilə yanaşı məktəbin də rolu az deyil: "Bizim liseydə hər həftənin ilk vəsonuncu dərs günləri bayraq törəni keçirilir və Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməkləyanaşı, hər iki dövlətin bayrağı da meydana gətirilir".Bir millətin bayrağı, o millətin azadlıq və müstəqillik simvoludur. Bayraq millətin şüurunun göstəricisi,şərəfi və qürurudur. Bayraq siyasətdir, bayraq iqtisadiyyatdır, bayraq ordudur, bayraq mədəniyyətdir. Bu***80

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!