13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────XIX əsrin sonlarından elmi fəaliyyətinə çar Rusiyasının şimal paytaxtında başlayan V.Q.Tizenqauzeninilk dəyərli elmi məqalələrindən biri «N.P.Lineviçin Şərq sikkələri» başlığı altında Rusiya İmperator ArxeolojiCəmiyyətinin Şərq şöbəsinin araşdırmaları sırasında 1888-ci ildə çap olunmuşdu (17).Teymur və Şahruxun adından zərb edilən miss fuluslar məqalədə bəzi sikkə nümunələri sırasındadiqqəti cəlb edir. Elmdə mis sikkələrin orta əsrlərdə əksər hallarda anonim olması qəbul edilmiş nəzəriyyədir.Lakin son illər aparılan elmi araşdırmalar bu fikrin bütün zaman və hökmdarlara aid olmadığını, əksinə, bəzənbir çox tarixə məlum olmayan siyasi, iqtisadi böhran və ya dirçəlişlər vaxtı baş verən hadisələrin məhz rus sikkənominallarında öz əksini tapmışdı (7).Bu sıradan V.Q.Tizenqauzenin 794-cü h. ilində (1391-1392-ci illərdə) üzərində Teymurun varisi Şahruxbahadurun adından zərb edilən sikkənin geniş təsviri bütövlükdə Teymur imperiyasının, həm də Azərbaycanınbu zamankı tarixinə müəyyən aydınlıqlar gətirir.D=30 mm, çəkisi 6,1 qr.Üz tərəfindən: Dördküncə malik ordenlərə məxsus xaç formasında olan, daha çox Cəlairi sikkələrininbəzəyinə oxşar formada ulduzun bir küncünün daxilində «Mahmud sultan», digərində «Teymur kürəkən»sözləri zərb edilib.Əks-tərəfdə: Nöqtəvari ulduzabənzər bir formanın iç hissəsində dördkünc xüsusi bir işarənin içərisində«Şahrux bahadur»un adı zərb olunmuşdu (15, s. 20).Baron V.Q.Tizenqauzenin 1873-cü ildə çap etdirdiyi «Monetı Vostoçnoqo xalifata» adlı əsərində«Azərbaycan» adlı zərbxananın bəzi nümunələri haqqında müəyyən məlumatlar vardı. Bunlardan bizim üçünmaraqlısı 166-cı hicri ilində Azərbaycanda zərb edilən 3 ədəd dirhəmlərdir (15, s. 40-42).Müəllif heç bir metroloji məlumatlar vermədən yalnız nominalın adi dirhəm, zərbxananın adınınAzərbaycan olduğunu qeyd edir. Azərbaycanın feodal dövlətləri haqqında elmə çox az yazılı məlumatlarməlumdur. Bu səbəbdən də keçən yüzillikdə adıçəkilən dövlətlərin tarixinə aid olan bur məsələlərin dəqiqöyrənilməsində sikkə materiallarının rolu əvəzedilməzdir. Görünür, rus aliminin dəqiqliklə oxuduğu«Azərbaycan» zərbxanası Sacilər dövlətinə aiddir. Azərbaycanın numizmat-alimi M.Ə.Seyfəddini buzərbxananın yerini Ərdəbil şəhəri ilə lokallaşdırmışdır (11).V.Q.Tizenqauzenin əsərində bizim üçün digər bir maraqlı fakt Bərdə şəhərinin zərbinə aid olanməlumatlardı. Bunlardan Əmir Yezid ibn Usəydin adından 143-cü h. ilində zərb edilən fels, ümumiyyətlə,Bərdə şəhərinin öz zərbxanasında erkən ərəb dövrünə aid olan sikkələrin zərb edilməsini sübut edə bilənqiymətli materialıdır. Belə ki, artıq 168-169-cu h. ilindən etibarən bu sikkələr «Arran» zərbxanalarında ayrı-ayrıərəb əmirləri tərəfindən zərb edilərək, tədavülə buraxılır. Bunlardan 178-ci ildə Arranda Əmir Musa ibn İsatərəfindən zərb edilən fels və yaxud yenə də orada Əmir-əl-Mumin Əsəd bin Yezid tərəfindən zərb ediləndirhəm haqqında müəyyən məlumatlar vardı (15, s.137).190-cı hicri ilindən etibarən Arranda zərb edilən dirhəmlər artıq Süleyman bin əl-Ədəbə adlı şəxstərəfindən 193-cü hicri ilinə qədər zərb edilir. Bu şəxsin titulunun göstərilməməsi onun kimliyi haqqındaməlumat verməyi qəlizləşdirir. Belə ki, Azərbaycanda zaman-zaman hakimiyyətdə olan ərəb canişinlərisırasında hələlik bu şəxsin adı yoxdur. Bu səbəbdən də V.Q.Tizenqauzenin çap etdirdiyi kitabdakı bu məlumatçox dəyərli bir faktdır. Kitabda Azərbaycanın qədim şəhərlərinin adından zərb edilən sikkələr içərisində Tiflisəaid olan dirhəmlərin də mühüm əhəmiyyəti vardı. Bunlar 248-ci ildə (862-863-cü illər), 258-ci ildə (872-873-cüillər), 294-cü ildə (906-907-ci illər), 312-ci ildə Tiflisdə zərb edilən sikkələr yer tutur (15, s.243, №1937).Bu gümüş sikkələr Cəfərin, Əli Muhəmməd Əli əl-Muktəfı Billahın adından zərb edilmişdilər. Sözsüzki, adlan çəkilən şəxslərin Tiflisdə müsəlman əmirliyi zamanı hakimiyyətdə olan Cəfərilər sülaləsininnümayəndələri olduğu aydınlaşır.V.Q.Tizenqauzenin digər bir elmi əsəri A.V.Komarovun yeni Şərq sikkələri adlanır və Rusiya ArxeolojiCəmiyyətinin Şərq bölməsi tərəfindən 1888-ci ildə nəşr edilmişdi. Müəllif burada A.V.Komarovun sikkəkolleksiyasının Zakaspiyadan (Xəzər dənizi sahilindən) topladığı və say etibarı ilə 687 ədəd sikkənin 463-nünmis, 206 ədədinin gümüş, 18 ədədinin isə qızıldan olduğunu qeyd edir. O, kolleksiyaya daxil olan sikkələrindəfinə və yaxud ayrı-ayrı tapıntı olduğunu qeyd etmir. Sikkələrin məhz Cənubi Qafqazda aşkar edilməsi özözlüyündəmühüm faktdır. Müəllifin təyin edə bilmədiyi mis fuluslar haqqında olan geniş məlumatlarAzərbaycan numizmatika elmi üçün çox maraqlıdır. Oxucuya bu sikkələr primitiv üsulla 1:1 miqyasındaçəkilmiş şəkillər vasitəsilə çatdırılır. Bunlardan birinin aversində ərəb əlifbası ilə ol-muli (?) əl-əzəm kimioxunan söz birləşməsində birinci söz «əl-mülk» kimi oxunmalıdı.Müəllif əks-tərəfdə olan yazını Muhəmməd Rabiə adı kimi oxuyur (13).23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!