13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur.2003-cü ildə isə Heydər Əliyevin sayəsində Alban-udi xristian icması dövlət qeydiyyatından keçmişdir.Şəkidəki Kiş kilsəsində və Qəbələ rayonunun Nic kəndindəki kilsədə bərpa işləri aparılmışdır.Bununla yanaşı, Qafqazda pravoslavlıq, katoliklik və bunun kimi Xristian dininin qollarına aid məzhəblərdə özünəməxsus yer tuta bilmişlər.Pravoslavlıq Qafqazda XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi «köçürməsiyasəti» çərçivəsində yayılmağa başlamışdır. Bakıda ilk Pravoslav kilsəsi 1815-ci ildən mövcuddur. RusPravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianlarınQafqaza sürgünü başlanır. İlk rus köçkünləri Azərbaycanda 1834-cü ildə Şamaxı qəzasında Altıağac kəndini,1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı-Ruslar, 1844-cüildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant. Kəndi var idi ki,burada da 13 min sektant yaşayırdı.Qafqazda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərinQafqaza sürgün edilməsi ilə əlaqədar olaraq Bakıda yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Romakatolikhərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs MəryəminBakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyikilsəsi qotik üslubda inşa edilir.İncilçi-lüteran kilsəsinin ardıcılları Qafqazda hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarındaiştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərindəAlmaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. О vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdıki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya vəQafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlindəAzərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildəicmanın üzvləri şəhərdə öz məbədlərini kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda(indiki Göygöl) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmalarınnümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətəbaşlamışdır.VII əsrin 30-cu illərində Qafqaz İslam fəthlərinə məruz qalır. Qafqazın bir hissəsini fəth etdikdən sonraərəb-islam xilafətinin qoşunları Xəzər sahilləri ilə irəliləyərək Dərbəndə kimi gəlmişdirlər. Sonralar Şimaladoğru daha da irəliləməyə müvəffəq oldular. Bu dövrdə Qafqazda, xüsusən Azərbaycanda siyasi sabitlik yox idi.Bir tərəfdən Bizans, digər tərəfdən Sasanilərin zülmü İslama ciddi müqavimətin olmaması ilə nəticələndi.Qafqaz, bir tərəfdən öz strateji coğrafi mövqeyinə görə, digərtərəfdən İslamın yayılmasına görə sürətləYaxın Şərq ölkələri ilə qarşılıqlı ticarət və mədəniyyət əlaqələri orbitinə çevrildi. Ticarət sahəsində əsas roluXəzər dənizi oynayırdı. Qafqazda böyük ticarət mərkəzləri özünün sikkəsi olan iri şəhərlərdə yaranırdı. Artıq Xəsrdə Qafqazda elə şəhərlər mövcud idi ki, orada orta əsrlərə xas olan bütün standartlıq növləri var idi. VII əsrinsonlarında Qafqazda onlarla məscid yaranıb fəaliyyət göstərirdi. Bütün bunlarla yanaşı, elm və mədəniyyətinyüksək inkişafı da islam dininin və onun yüksək dəyərlərinin töhfəsi idi. Həmin dövrdə fəaliyyəf göstərmişonlarla böyük alim, mütəfəkkir və filosof islami dəyərlərin, islam mədəniyyətinin sayəsində formalaşmışdı. Bumütəfəkkirlərin vasitəsilə İslami dəyərlər daha da geniş şəkildə vüsət almağa başlamışdır. Qafqazda İslamınyayılması prosesində sufilik fəlsəfəsi ilə bağlı olan təriqətlər mühüm rol oynamışlar. Əsasən, monqol istilalarıdövründə Qafqazda sufilik geniş yayılmışdır. Bu kimi təriqətlərdən Qafqazda ən güclü hərəkatlardan biri kimiqeydə alınmış hürufiliyi göstərmək olar. Onun banisi Fəzlullah Nəiminin vəfatından sonra Əbulhəsən Əliyyul-Əla və şair İmaməddin Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi bütün dünyada şöhrət tapmışlar. Budövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyid Yəhya Şirvani Bakuvi Xəlvəti çox məşhur olmuşdur. İbrahimbin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyətəriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, о cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycanvasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.Orta əsrlərdə Qafqazda İslam memarlığı və incəsənəti sürətlə inkişaf edir, gözəl sənət əsərləri yaradılır. İslammemarlığı təkcə islama deyil. başqa məqsədlərə də xidmət etmişdir. Hazırda da Qafqazda islam memarlığı.Onun təsviri incəsənət abidələri öz etik və estetik əhəmiyyətini qoruyub saxlamaqdadır. Müxtəlif növlüornamentlər və həndəsi fiqurlarla bəzədilmiş əzəmətli məscidlər, xanəgahlar, türbə və məqbərələr Qafqazınislam cəmiyyətində din ilə mədəniyyətin ecazkar sintezinə və ayrılmaz vəhdətinə önəm verildiyinə dəlalət edir.510

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!