13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ötən əsrin sonlarında ümumittifaq səviyyəsində baş verən sosial-iqtisadi və siyasi çevrilişlərin hüquqitənzimlənməsi zərurətindən əsas qanuna çoxsaylı dəyişikliklər edilmişdir. Həmin dövrdə qüvvədə olan yazılıkonstitusiya dövrün tələblərinə cavab vermirdi və onun yenisi ilə əvəz edilməsi labüd idi. Müstəqil AzərbaycanRespublikasının Konstitusiyasının qəbulu bu zərurətin nəticəsi oldu. Çünki Azərbaycan SSRİ-nin sonuncukonstitusiyasına keçən əsrin 90-cı illərin əvvəllərində 400-ə yaxın dəyişikliklər və əlavələr edilmişdir.1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidenti tərəfindən Konstitusiya Komissiyası təşkilolundu. Ümummilli lider Heydər Əliyev şəxsən həmin Komissiyanın işində yaxından iştirak edirdi. Dövlətbaşçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi uğurla hazırlandı.Konstitusiya layihəsi 8 oktyabr 1995-ci ildə "Azərbaycan" qəzetində dərc olunmaqla ümumxalq müzakirəsinəverildi. 1 aylıq müzakirə müddətində konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər təklif olundu və nəticəetibarilə layihənin ilkin variantında nəzərdə tutulmuş 185 maddədən yekun sənəddə 158 maddə əks olundu.Konstitusiya layihəsinin yenidən işlənmiş variantı 8 noyabr 1995-ci il tarixində yenidən dərc olundu vəbu yekun sənəd həmin ilin 12 noyabrında ümumxalq səsverməsinə - referenduma çıxarıldı. 27 noyabr 1995-ci iltarixində Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun nəticələri elan olunmaqla, 1995-ci ilKonstitusiyası qüvvəyə mindi. Burada konstitusiya quruluşun əsasları möhkəmləndirilmiş, Azərbaycan dövləti -respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edilmişdir.Konstitusiya ümumbəşəri dəyərləri özündə təsbit etdirməklə, insan, onun hüquq və azadlıqlarının alidəyər olmasını, suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi kimi Azərbaycan xalqının olmasını,dövlətin sosial siyasətinin insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasınaistiqamətləndirməsini, dövlət, xüsusi və bələdiyyə mülkiyyəti formalarının eyni qaydada tanınması və müdafiəolunmasını, dövlət hakimiyyətinin qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyatakeçirilməsini, yerli özünüidarəetməni demokratik hüquqi dövlətin əsas elementi kimi tanınması və buna təminatverilməsini, ideoloji, siyasi müxtəliflik, çoxpartiyalılıq prinsiplərinin tanınmasını, beynəlxalq hüququn hamılıqlaqəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin onunqanunvericilik sisteminin tərkib hissəsi kimi bəyan etmişdir [5, 48-50]. Hesab edirik ki, konstitusiyanınlegitimliyinə və həyatiliyinə təsir göstərən mühüm amil onun qəbul edilməsi qaydasıdır. Xoşbəxtlikdən,yuxarıda göstərildiyi kimi, müstəqil dövlətimizin ilk konstitusiyasının təməli qanuni əsaslar üzərindəqurulmuşdur.2002-ci ilin avqustun 24-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalqreferendumun nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının bir sıra maddələrinə edilmişdəyişikliklər Konstitusiyanın həyatiliyini daha da artırdı və dövlət quruculuğunun surətli inkişafının normativtənzimləməsi məqsədlərinin həyata keçirilməsini daha da sürətləndirdi. Ölkə konstitusiyası demokratik vəümumbəşəri dəyərlərə uyğun gəlir, ölkədə hüquqi dövlət quruculuğuna təminat verir və vətəndaş cəmiyyətininbərqərar edilməsi üçün zəruri olan şərait yaradır.Konstitusiyanın sabitliyinin mühafizəsi onun çevikliyini zəiflətmir və bununla da cəmiyyətin inkişafınamənfi təsir göstərmir. Çünki bəyan edilmiş dəyərlər, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti üçünzəruri olan institutlar konstitusiyanın mətni dəyişdirilmədən də yaradıla bilər. Belə ki, konstitusiyada insanhüquqları üzrə müvəkkil institutunun adı bir neçə maddədə çəkilsə də onun fəaliyyətinin əsasları vətəminatlarına, yaxud parlamentin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatlarını dinləmək,Mərkəzi Seçki Komissiyasının, Məhkəmə-Hüquq Şurasının, Dövlət Qulluğunu İdarəetmə Şurasının, DövlətQulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin bir qisminiseçmək səlahiyyətinə <strong>dair</strong> göstərişlər kimi müddəalar əks olunmamışdır.Azərbaycan Respublikası Konstitusiyası sosial ədalət, hüquq bərabərliyi, insan hüquq və azadlıqlarınınüstünlüyü kimi ümumbəşəri dəyərləri təsbit edərək, bir növ təbii hüququn bir çox müddəalarınınormativləşdirmişdir. Antik dövrdən bəri müxtəlif şərhlərə məruz qalmış təbii hüquq nəzəriyyəsi AzərbaycanRespublikası Konstitusiyasının layihəsini hazırlayan Konstitusiya Komissiyası tərəfindən dərindən təhlil edilmişvə layihədə həmin nəzəriyyənin mütərəqqi müddəalarından lazımınca istifadə edilmişdir. Beləliklə, sovetkonstitusiyalarından fərqli olaraq müstəqillik dövrünün ilk konstitusiyasında təbii hüquq nəzəriyyəsinin təməlmüddəaları öz əksini tapmışdır. Bunlara Azərbaycan Respublikası Konstitusiyasının ayrı-ayrı maddələrindətəsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması(12-ci maddə), hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlarının və azadlıqlarınınolması (24-cü maddə), hamının qanun və məhkəmə qarşında bərabər olması (25-ci maddə), hər kəsin yaşamaqhüququnun olması (27-ci maddə), hər kəsin mülkiyyət hüququnun olması (29-cu maddə) kimi hüquq normaları237

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!