13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────təhlili nəticəsində "Ərminiуə" vilayətinə daxil olan Bərdə şəhəri ilə yanaşı, Xorasan vilayətinə daxil olanHaruniyə, Mərv, Əbərşəhr (Nişapur), Bəlx, Herat şəhərlərində zərb edilən sikkələrdə şəhər adının həm sikkəninüz, həm də arxa tərəfində qeyd olunduğunu yazmışdır (13, 142).Hicri 267-ci (880/81) ildə Bərdədə kəsilmiş ilk gümüş dirhəm XV Abbasi xəlifəsi Əbul-Abbas Əhməd əl-Mutamidin (870-892) hakimiyyəti dövrünə təsadüf edir (14, 17). Dirhəmin üz tərəfində "Bərdədə iki yüz altmışyeddinci ildə", aşağı hissəsində "əl-Muvaffaq billah" (Allahla razılaşdırılmış), arxa tərəfində isə kəlmeyişəhadətinaltında "əl-Mutamid əl-Allah" (Allaha əsaslanan) sözləri həkk edilmişdir. "Əl-Muvaffaq billah" tituluxəlifə əl-Mutamidin qardaşı Əbu Əhməd Təlhəyə aid edilmişdir. Xəlifə onu hicri 261-ci (874/75) ildə taxt-tacınikinci varisi və Şərq vilayətlərinin (İraq, Hicaz, Yəmən, Fars, İsfəhan, Rey, Xorasan, Тəbəristan, Səcəstan vəSind) hakimi elan etmişdir (15, 458) (şəkil 5, 16, 21).Başqa bir dirhəmin üz tərəfində isə "əl-Mufavvid iləllah" "Allaha tərəf yönələn" yazısı həkk olunmuşdur.Xəlifə əl-Mutamid belə titulla oğlunu adlandırmış və özünün ilk varisi elan etmişdir. Hicri 279-cu (892/93)ildən isə o, öz qohumu Əbul-Abbas əl-Mutadid billahı bu vəzifəyə təyin etmişdir (15, 477).Hicri 270 (883/84) və 277 (890/91)-ci illərdə Ərminiyə inzibati ərazisi ilə yanaşı, Bərdə zərbxanasınınadının qeyd edildiyi, çəkisi 2,68-3,31 qram arasında dəyişən dirhəmlərdə də xəlifənin adı saxlanılmış və "əl-Mufavvid iləllah" (Allaha tərəf yönələn) sözləri həkk edilmişdir.IX əsrdə Bərdədə zərb edilmiş son dirhəm isə XVI Abbasi xəlifəsi əl-Mutadidin hakimiyyəti dövrünə(892-902) 898/99-cu ilə aiddir.Beləliklə, tədqiqatımız nəticəsində aşağıdakı qənaətlərə gəlirik:- Bərdə şəhərində sikkə zərbi V əsrdən də həyata keçirilə bilərdi.- Əməvi xəlifələrinin (661-750) Azərbaycan canişinlərinin hakimiyyəti dövründə məhz "Bərdə sözününhəkk edildiyi mis fəlslərə və dirhəmlərə rast gəlməsək də, Ərminiyə inzibati bölgəsinin və Aranın adı ilə kəsiləngümüş dirhəmlər, mis fəlslər Bərdədə də zərb edilə bilərdi.- Abbasilər dövründə isə (750-1258) Bərdədə kəsilən mis fəlslər və gümüş dirhəmlər, əsasən, "Ərminiyə"və "Aran" adları ilə təmsil olunsalar da, həm "Bərdə" adının, həm də ikili Bərdə və "Ərminiyə" adlarının həkkedildiyi sikkələr də zərb edilmişdir. Qeyd edilən dövrdə Bərdədə yerli canişinlərin adlarının zərb edildiyi misfəlslər, 880-ci ildən etibarən isə daha çox gümüş dirhəmlər kəsilmişdir. Bu dövrün sikkələrinin təhlilindən aydınolur ki, onlara xəlifə adı, titulu, canişin və varis adları və müxtəlif fərqləndirici işarələr həkk edilmişdir. Canişinvəzifəsi bəzi ərəb nəsilləri (məsələn, Sulami nəsli) üçün irsi olmuşdur.IX əsrdən etibarən Sacilərin idarəçiliyinə keçən Bərdə şəhəri iqtisadi əhəmiyyətini saxlaya bilmişdir.Burada zərb edilən gümüş sikkələrdə xəlifə adı ilə yanaşı, Saci hakimlərinin də adları həkk olunmuşdur.Qeyd edilən dövrdə Bərdədə kəsilmiş gümüş dirhəmlərin Rusiya, Almaniya, İsveçrə, Norveç, Danimarka,Niderland, İngiltərə, İsveçrə, İtaliya, Macarıstan və b. ölkələrdə aşkarlanması Azərbaycanın Avropa ölkələri iləticarət münasibətlərini sübut edən faktlardır.ƏDƏBİYYAT1. Пахомов E.A. Монеты Барда 'а/ Известия азербайджанского филиала Академии Наук СССР. №4, 1943, с. 67-72.2. Mochiri M.İ. Etude De Numismatique Iranienne sous les Sassanides Et Arabe-Sassanides, Tome II,Teheran, Ministere de la Culture et des Arts Teheran, 1977, p. 407.3. An Introduction to Sasanian Coins by D.Sellwood, P. Whit ting, R. Williams. London, Spink&SonLtd., 1985; Mochiri M.I. Etude De Numismatique Iranienne sous les Sassanides Et Arabe-Sassanides, Tome II,Teheran, Ministere de la Culture et des Arts Teheran, 1977.4. Раджабли A.M. Нумизматика Азербайджана. Баку, Элмвахаят, 1997.5. Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan. Bakı, ADN, 1993.6. www.mortonandeden.com ttp://www. mortonandeden.com; www.desa.art.htttp://www.desa.art.pl;www.artfact. com ttp://www.artfact. com.7. Walker C.A catalogue of the Muhammadan coins in the British Museum. London, printed by order ofthe Trustees (London), 1941.8. Пахомов E.A. Монетные клады Азербайджана и других республик, краев и областей Кавказа.Баку: Изд. АН АССР, 1954.9. Раджабли A.M. История Ичери-шехера в зеркале монет/Milli Azərbaycan Tarixi Muzeyi-2010.Bah, Ziya-KPM, 2010, s. 152-157.10. Ибн Хордадбех. Книга путей и стран. Пер. с араб., ком., исс. Н.Велихановой. Баку, Элм, 1986, s.48-49; Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan. Bakı, ADN, 1993, s. 35.362

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!