13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Tarixi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan cəmiyyəti aşkarlıq və şəffaflıq tələb edənvətəndaş cəmiyyətinə transformasiya olunur. Bu isə, öz növbəsində, müasir dövlət quruculuğu və effektli dövlətidarəçiliyi yaradılması prosesində bir sıra demokratik məzmunlu dəyişikliklərin aparılmasını tələb edir.Demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimifəallıq və zəhmət tələb edən, sonu olmayan proses olduğunu da xüsusi vurğulamağa ehtiyac yoxdur.Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır - insanın tam azadlığı isə təkcəqanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün olabilər. Demokratik proseslərin ardıcıl şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksəknəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı sahəsində mühümirəliləyişlərə nail olması mümkün deyildir. Məhz bu baxımdan iqtisadi inkişaf və demokratikləşməAzərbaycanın davamlı yüksəlişinin mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir.Demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, insan vəvətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mükəmməl mexanizmlərin formalaşdırılması müasirmüstəqil Azərbaycan dövlətinin davamlı iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biridir. İctimai-siyasihəyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ictimai ədalətprinsiplərinə ciddi şəkildə riayət olunması dövlətimizdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadiinkişafın başlıca amilləridir.Son illərdə respublikamızda cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəlifəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Buistiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbi ilə səsləşmiş,cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təminiməsələlərini özündə maksimum səviyyədə ehtiva etmişdir. Ötən müddətdə respublikamızda uğurla həyatakeçirilən məhkəmə-hüquq islahatlarının əsasında insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşahəssas münasibət kimi ali dəyərlər dayanmışdır.Ölkədə davamlı şəkildə həyata keçirilən islahatların mühüm bir istiqaməti də məhz məhkəməhakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması olmuşdur. Buməqsədlə hələ 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni Qanun qəbul olunmuş,“Məhkəmələr və hakimlər haqqında” Qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.“Konstitusiya Məhkəməsi haqqında” Qanuna əlavə və dəyişikliklər haqqında" 2003-cü il 23 dekabrtarixli Qanuna əsasən isə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa KonstitusiyaMəhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyən edilmişdir.Həmçinin demokratik və iqtisadi inkişaf proseslərini buxovlayan korrupsiyaya qarşı mübarizə tədbirlərigücləndirilmiş, bu istiqamətdə bir sıra mühüm qanunlar qəbul olunmuşdur. “Korrupsiyaya qarşı mübarizəhaqqında” Qanunda korrupsiya ilə mübarizə üzrə dövlətin strateji kursunun əsasları, habelə bu qəbildəncinayətlərin mahiyyəti və onlarla mübarizənin hüquqi əsasları müəyyən olunmuşdur. Həmin qanunun qəbulukorrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi təkan vermiş, korrupsiya ilə əlaqədar hüquqpozmalarınaşkar edilməsinə, qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaşhüquq və azadlıqlarının müdafiə olunmasına, iqtisadi inkişafın sürətləndirilməsinə, dövlət və yerliözünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təminedilməsinə əsaslı zəmin yaratmışdır.Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılmasıda məhz korrupsiya və digər mənfi halların aradan qaldırılmasına xidmət edən mühüm addım olmuşdur.Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Dövlət Qulluğunuİdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın formalaşdırılması da ciddiislahatlardan biri kimi vurğulanmalıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq“Korrupsiyaya qarşı mübarizə üzrə (2004-2006-cı illər) Dövlət Proqramı” hazırlanmış və icra edilmişdir.Korrupsiyaya qarşı səmərəli mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi önəçəkilərək 2004-cü il oktyabrın 28-də Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya qarşıMübarizə İdarəsinin Əsasnaməsi təsdiq olunmuşdur. Qısa müddətdə formalaşaraq fəaliyyətə başlayan bu qurumötən müddətdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi nəticələr əldə etmişdir. Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə İdarəsi korrupsiya ilə bağlı cinayətlərin aşkarlanmasında, istintaqının aparılması,qarşısının alınması, nəticələrinin aradan qaldırılmasında, habelə vəzifəli şəxslərin fəaliyyətində qanuniliyin,şəffaflığın və səmərəliliyin təmin edilməsində bu gün də mühüm rol oynayır.255

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!