13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────layihəsinin müəlliflərinin çox hallarda deputatlar deyil, konkret mütəxəssislər olması, qanun layihələrinindeputatlar tərəfindən heç də həmişə müfəssəl tədqiq edilməməsi və sair halları buna misal gətirmək olar.Qanunvericilik aktının onu qəbul edən subyektin iradəsi ilə əlaqəsi məsələsi həmin aktın referendumla qəbuledilməsi zamanı daha çox problemlər doğurur.Qeyd olunan hallar hüquq normalarının təfsirinin məqsədinə digər alternativ yanaşmaların ortayaçıxmasını zəruri edir. Belə ki, X.Hacıyevin fikrincə, təfsirin məqsədi hüquq normasının əsl mənasınınaçılmasıdır [7, s. 64]. Belə ki, V.İ.Mixaylovski hesab edir ki, təfsirin məqsədi qanunun mahiyyətinin, mənasınınmüəyyənləşdirilməsidir, yəni müvafiq qanunla bu və ya digər insanın deyil, məntiqli insanın, mücərrəd mənadaqanunvericinin nə demək istədiyini aydınlaşdırmaqdır [15, s. 525].Konstitusiyanın təfsiri onun davamlılığını təmin edir [10, s. 64]. Belə ki, Azərbaycan RespublikasıKonstitusiyasının 152-ci maddəsinə əsasən, Konstitusiyaya dəyişiklik edilməsi yalnız referendum vasitəsiləmümkündür, bu isə özündə kifayət qədər mürəkkəb proseduru əks etdirir. Eyni zamanda təcrübə göstərir ki,çoxsaylı düzəlişlər də qanunun nüfuzunu aşağı salır. Bu səbəbdən də səlahiyyətli orqanlar tərəfindənKonstitusiyanın və qanunların müqayisəli şərh edilməsi barədə verilən sorğulara baxılması aktın mətnindədəyişikliklər etmədən bir sıra məsələlərə aydınlıq gətirilməsinə şərait yaradır.Normativ aktın konstitusiyaya uyğunluğunun yoxlanılması zamanı akt öz hüquqi qüvvəsini itirə bilər,təfsir zamanı isə bu, baş vermir. Buna baxmayaraq, təfsir öz əhəmiyyətinə görə daha geniş anlayışdır. Belə ki,konkret normativ aktın konstitusiyaya zidd olmasını göstərməyərək, sadəcə konstitusiya normalarının şərhedilməsi konstitusiyaya uyğun olmayan digər normativ-hüquqi aktların qəbul edilməsinin qarşısını almağaimkan verir.Beləliklə, Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhedilməsi səlahiyyətinin verilməsi səbəblərindən biri kimi Konstitusiyanın stabilliyinin qorunmasını göstərməkolar. Lakin, xarici ölkə məhkəmələrinin təcrübəsi göstərir ki, burada bilavasitə əlaqə heç də həmişə müşahidəolunmur və məhkəmələr konstitusiyaların davamlı və ya elastik olmasından asılı olmayaraq təfsir səlahiyyətinəmalik ola bilirlər. Müxtəlif hüquq sistemli və demokratik idarəetmə üsuluna malik dövlətlərdə konstitusiyanəzarətinin ümumi məhkəmələr və ya xüsusi nəzarət orqanları tərəfindən həyata keçirilməsindən asılı olmayaraqkonstitusiya və qanunların təfsiri mövcuddur.Konkret işlərə baxılmasından irəli gələn kazual təfsir həm Amerika konstitusiya sistemində məhkəmənəzarətinin həyata keçirilməsi zamanı, həm də konstitusiya ədalət mühakiməsinin Avropa modeli olan ölkələrdətətbiq olunur. Kazual təfsir müasir dünyada daha geniş yayılmışdır.Normativ təfsir zamanı isə konstitusiya və ya qanunların normaları hər hansı bir konkret məhkəmə işinəbaxılması ilə əlaqədar olmayaraq xüsusi qaydada təfsir edilir. Belə təfsir mücərrəd olaraq konstitusiya və yaqanunla sorğu vermək hüququ verilmiş subyektlərin müraciəti əsasında həyata keçirilir. Bu təfsir növü QərbiAvropa dövlətlərində o qədər də geniş yayılmamış, əsasən postsovet ölkələrində, o cümlədən Ukrayna,Qazaxıstan, Albaniya, Macarıstan, Bolqarıstan kimi mərkəzi və Şərqi Avropa ölkələrində tətbiq olunur [12, s.406-414]. İspaniyanın Konstitusiya Məhkəməsi haqqında 3 oktyabr 1979-cu il tarixli Təsis aktına əsasən,Konstitusiya Məhkəməsi Konstitusiyanı təfsir etmək hüququna malikdir. Bolqarıstanın Konstitusiya MəhkəməsiKonstitusiyaya (m. 149, bənd 1) və «Konstitusiya Məhkəməsi haqqında» Qanuna əsasən (m. 12, bənd 1)Konstitusiyanın məcburi qüvvəyə malik təfsirini vermək hüququna malikdir [9, s. 19].Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Konstitusiyaya və qanunlara verdiyi təfsirsubyektlərdən asılı olaraq, həm normativ, həm də kazual ola bilər. Belə ki, Konstitusiyanın 130-cu maddəsininIV hissəsinə uyğun olaraq, konkret altı subyekt tərəfindən verilən sorğular bir qayda olaraq normativ təfsirinverilməsini tələb edir. Çünki qanunda belə sorğularla bağlı konkret halın və ya mübahisənin mövcudluğunagöstəriş nəzərdə tutulmur. Həmin subyektlər şərhinə zərurət olduğunu hesab etdikləri istənilən Konstitusiya vəya qanun normasının rəsmi təfsir edilməsi xahişilə Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.Bununla yanaşı hər bir halda nəzərə alınmalıdır ki, həm kazual, həm də normativ təfsir rəsmi təfsirolmaqla, eyni obyektə malikdirlər və qanunvericiliklə müəyyən olunmuş prinsiplər əsasında həyata keçirilirlər.Bu iki növ təfsir arasında əsas fərq isə onların məqsədlərində özünü büruzə verir. Normativ və kazual təfsirinhər ikisinin normanın dərk edilməsindəki qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlməsinə baxmayaraq,normativ təfsirdə Konstitusiya Məhkəməsinin məqsədi Konstitusiya və ya qanun normasının mənasınınmüəyyənləşdirilməsi və açıqlanmasıdır. Kazual təfsir zamanı isə Konstitusiya Məhkəməsinin fəaliyyətiyaranmış mübahisənin həllinə yönəlmişdir. Lakin bu o demək deyildir ki, kazual təfsirlə bağlı KonstitusiyaMəhkəməsinin qərarındakı hüquqi mövqelər yalnız həmin qərarın predmetini təşkil edən konkret işə şamil243

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!