13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Hüquq sisteminin fundamental təməliBəşəri ideallara sadiqlik nümayiş etdirən hər bir dövlət hazırkı qloballaşma dövründə insan hüquqvə azadlıqlarının təminatı sisteminin təkmilləşdirilməsini ictimai münasibətlərin inkişafından doğansosial zərurət kimi dəyərləndirir, bu sahədə sistemli tədbirlər həyata keçirir. Demokratikləşmə prosesininsonu olmadığından, hansısa dövlətin bu qəbildən olan tədbirlər sistemi ilə kifayətlənməsi, liberallaşmayaxidmət edən islahatlara ara verməsi qətiyyən mümkün deyildir. Azərbaycan Respublikası da demokratikinkişaf və vətəndaş cəmiyyəti quruculuğu yolunda olan dövlət kimi ictimai münasibətləri tənzimləyən hərbir qanunun, normativ-hüquqi aktın dövrlə səsləşməsini, xalqın mənafeyinə cavab verməsini son dərəcəvacib sayır.Tarixi təcrübə göstərir ki, siyasi hakimiyyət yalnız xalqın mənafeyinə cavab verən, onun hüquq vəazadlıqlarının daha etibarlı təminatına şərait yaradan islahatlarla ictimai etimad qazana bilir. Bu məqsədəhesablanan, xalqın iradəsinə cavab verən islahatlar dövlətin hüquq sistemini möhkəmləndirməklə yanaşı, onunbeynəlxalq arenada da nüfuzunu yüksəldir. Azərbaycanda Konstitusiyanın qəbulu və zamanın diktəsinə adekvatolaraq müasirləşdirilməsi mərhələləri də bu baxımdan xalqımızın demokratik-hüquqi, ədalətli dövlətdəyaşamaq, qanuni mənafeyini gerçəkləşdirmək istəyinin parlaq təcəssümüdür. Bu prosesin tarixi-politoloji vəhüquqi aspektdən təhlili Azərbaycanın mütərəqqi Qərb dəyərlərinə sadiq olan və demokratik inkişaf yolundahəlledici uğurlara imza atan dövlət olduğunu bir daha təsdiqləyir.Konstitusiya dedikdə, dövlətin konstitusion quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu,vətəndaş cəmiyyətinin əsas əlamətlərini, milli dövlət quruculuğunu, qanunverici, icra və məhkəmə hakimiyyətiorqanlarının sistemini, onların təşkili və fəaliyyət prinsiplərini, yerli özünüidarəçiliyin əsaslarını təsbit edənfundamental hüquqi akt başa düşülür. Tarixən məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyatakeçirildiyi, vətəndaş cəmiyyəti quruculuğu yönümündə inamlı addımların atıldığı dövlətlərdə insan hüquq vəazadlıqlarına maksimum təminat yaradan yeni konstitusiyanın qəbulu qaçılmaz olur. Cəmiyyətdə siyasisabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışığın təminatçısı kimi çıxış edənkonstitusiya, eyni zamanda, dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakımünasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirənkonstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilənhəddini dəqiqləşdirir, bu sahədəki siyasətin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və digər xüsusiyyətləriilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.Azərbaycanda tarixən ictimai münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar olsa da, istər ilkdünyəvi, demokratik dövlətin yaranmasının, istərsə də cəmiyyətin hüquq sisteminin fundamental əsası kimiçıxış edən ilk konstitusiyanın qəbulu yalnız ötən əsrə təsadüf edir. 1918-ci ildə Yaxın Şərqdə və ümumənmüsəlman dünyasında ilk dünyəvi, demokratik, unitar dövlət kimi yaranan Azərbaycan Xalq Cümhuriyyətinin23 aylıq fəaliyyəti xalqın hüquqi düşüncə sisteminin inkişafında şanlı epoxa kimi xatırlanır. Milli Şuranın 1918-ci il mayın 28-də bütün dünyaya elan etdikləri İstiqlal Bəyannaməsində göstərilir ki, Azərbaycan XalqCümhuriyyəti bütün xalqlarla mehriban dostluq əlaqələri yaratmaqla, millət, din, sinif və cins fərqinə varmadanhüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir. İstiqlaliyyətBəyannaməsi konstitusion mahiyyət daşımasa da, ilk dəfə olaraq məhz bu sənəddə Azərbaycanın demokratik vəhüquqi yolla inkişaf etmək məramı dünya ictimaiyyətinə bəyan olunmuşdur.Respublikamızda konstitusiya yaradıcılığının əsası isə bolşevik işğalı nəticəsində Azərbaycan XalqCümhuriyyətinin süqutundan xeyli sonra - sovet hakimiyyəti illərində qoyulmuşdur. Ümumiyyətlə, imperiyanıntərkibində olduğu 70 il müddətində respublikamızda dörd dəfə Konstitusiya qəbul edilmişdir. KeçmişAzərbaycan SSR-in 1921, 1925, 1937 və 1978-ci il konstitusiyaları oxşar ideya və prinsiplərin varisliyiniqoruyub saxlamaqla, daha çox ideoloji xarakter daşımış, cəmiyyətə hakim kəsilmiş siyasi rejimi, hüquq202

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!