13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan xanlıqlarının üçkünc, dördkünc, beşkünc, düzbucaqlı formada olan bayraqları XVI-XVIIIəsrə aid edilən gözəl Şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir. Bayraqlaramüxtəlif rəngli ipək, eləcə də, qızıl və gümüşü saplardan saçaqlar salınmışdır. Bayraq ağacları silindrikformada yüngül ağac gövdəsindən düzəldilmiş, boyanmış, onların başlarına fiqurlu metal ucluqlar taxılmış,qızılı, gümüşü və başqa rəngli saplardan hazırlanmış qotazlar bağlanmışdır.Azərbaycan xanlıqlarından bir neçəsinin bayrağına nəzər salaq.Məlumdur ki, 1804-cü il yanvarın 3-də general P.D. Sisiyanovun başçılıq etdiyi rus qoşunları Gəncəqalasına hücum etdilər. Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Xanlıqləğv edildi. Qələbə xəbəri ilə bərabər Sisiyanov çoxlu qənimətlərlə yanaşı, Gəncə xanına məxsus bir ştandartın(üzərində balıq təsviri olan bayrağın) və 8 bayrağın ələ keçirildiyini çara bildirir. Gəncə Yelizavetpoladlandırılır. Gəncənin yaxınlığında 22 il sonra - 13 sentyabr 1826 - cı ildə baş vermiş döyüşə həsr edilən xatirəmedalı buraxılmışdı.Gəncə xanlığının bayrağı dördgünc, xüsusi toxunmuş qumaşdan hazırlanmış, uzunluğu 127 sm., eni 174sm. olmuşdu. Bayraq əl ilə tikilmiş moruğu və yaşıl rəngli xara parçadan hazırlanmışdı. Bayrağın yuxarıhissəsində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov <strong>dair</strong>ə, sağ hissəsində isə qızılı rəngli ikiuzunsov <strong>dair</strong>ə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnmiş qırmızı <strong>dair</strong>ənin içində ərəb əlifbası iləyazılmış “Allah” sözü vardır.Yaxud, bəllidir ki, 1806-cı il oktyabrın 3-də general Bulqakovun komandanlıq etdiyi rus qoşunlarıDərbəndi ələ keçirdikdən sonra Bakıya hücum etdilər. Bakı xanı Hüseynqulu xan şəhəri və əhalini qorumaqməqsədilə öz nümayəndə heyətini, xanın bayrağını, qalanın açarlarını və duz - çörəklə Bulqakovun yanınagöndərir. Özü və ailəsi əvvəl Qubaya, sonra isə İrana gedir. Bakı ruslar tərəfindən işğal olunur, xanlıq ləğvedilir.Bakı xanlığının bayrağı dördgünc qumaşı (uzunu 220 sm., eni 127 sm.) dörd parça açıq moruğu və birparça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilən yaşıl parça (eni 31 sm.) ona möhkəm tikilmiş qırmızıatlas köbə (eni 6 sm.) vasitəsi ilə taxılmışdır. Birinci zolaqda yan-yana baş-ayaq yerləşdirilmiş biri tünd, o biriaçıq rəngli zanbağa oxşar butaların içində altışəkilli güllər, və şişuclu, dalğavari yarpağa oxşar naxışlarsalınmışdı.İkinci zolaq daha enlidir. Zolağın içində uclar birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki ayparaçəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranış çevrənin içərisində altı və səkkizguşəli güllərtikilmişdi. Bayrağın digər hissəsində də müxtəlif ornamentlər salınmışdı.Ümumiyyətlə, xanlıqların bayraqları ölçüləri, tikilişi, üzərindəki ornamentlər bəzəkləri ilə seçilir.Bayraqların hazırlanmasında müxtəlif rəngli ipək saplardan istifadə olunmuşdur.Məlumdur ki, Türkmənçay müqaviləsindən az sonra davam edən rus - türk müharibələrində iştiraketmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən, azərbaycanlılardanibarət altı müsəlman alayları və Kəngərli süvari dəstəsi formalaşdırılmışdı. Üzərindəki naxışlara və siyasimənasına görə seçilən alayların döyüş bayraqları müxtəlif rəngli ipək parçalardan hazırlanmış, üzərində Rusiyadövlətinin gerbindəki ikibaşlı qartal təsvir olunmuşdur. Bayraqların üzərində ərəb əlifbası ilə yazılaryazılmışdır.Zaqafqaziya qeyri - müsəlman atlı - müsəlman alaylarının bayraqları da parçanın növünə, tərtibatına, vəbəzədilməsinə görə fərqlənmişdir. 1,2,3 və 4 yüzlüklərin bayraqları nazik qanovuz ipəyindən hazırlanmış,onların üzərində bütün bayraq boyu iri çap kiril hərfləri ilə rus dilində qurama üsulu ilə “ZAK: POL:1, 2 , 3, 4SOTNƏ” sözləri yazılmışdır.Bayraqlar içərisində XIX əsrin sonu, XIX əsirin əvvəllərində hazırlanmış dini bayraqlar da diqqəti cəlbedir. Bunlardan müxtəlif dini mərasimlərdə istifadə olunurdu.Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətidövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21 - də (bəzən 24 və 27 -dəgöstərilir) verilib. Həmin qərara əsasən qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara vəsəkkizguşəli ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına oxşayırdı. Qeydedək ki, bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50 - ci illərinədək (SultanƏbdülməcid hakimiyyətinin son illərində səkkizguşəli ulduz beşguşəli ulduzla əvəz edilmişdi) mövcud olmuşüzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. Buqərar qəbul ediləndə Azərbaycan hökuməti Gəncədə yerləşirdi. Əlbəttə, o vaxtlar bu qərarı düzgün başadüşməyərək Azərbaycanı Türkiyənin bir parçası hesab edənlər də tapılmışdı. Lakin sonralar məlum olduğu92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!