13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbitolunmasına yönəlmişdir. Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsininyaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinindəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayişetdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına, insanların fərdi vəqrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə,habelə icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli vəəhəmiyyətli məsələlər daxildir.Referendumda ölkə vətəndaşlarının mütləq əksəriyyətinin də birmənalı şəkildə dəstəklədiyi bu əlavə vədəyişikliklər çoxşaxəli olmaqla, cəmiyyətin ən müxtəlif sahələrini əhatə edir. Məsələn, 12-ci maddəyə ediləndəyişikliyə görə insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarınınlayiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədləri sırasına daxil olunur. Bununla, dövlət hərbir vətəndaşın layiqli həyat tərzinin təminatını konstitusion öhdəlik kimi üzərinə götürür.Bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə baxmayaraq Azərbaycan dövlətinin yeritdiyi siyasətin anaaxarında sosialyönümlü məsələlərin prioritet təşkil etdiyi, "sosial dövlət" modelinə doğru inamlı addımlarınatıldığı Əsas Qanunun 15-ci maddəsinə edilən dəyişiklik fonunda bir daha real təsdiqini tapır.25-ci maddəyə edilən əlavə hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun və hərtərəfliifadəsinə hüquqi təminat yaradır. Bu maddəyə ediləcək birinci əlavəyə görə, "Heç kəsə yuxarıda göstərilənəsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazlarınverilməsindən imtina oluna bilməz". Digər əlavəyə görə isə "Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlətorqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlarıtəmin edilir". Azərbaycan demokratik dəyərləri milli inkişafda prioritet kimi qəbul edən tolerant dövlətolduğundan hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.32-ci maddəyə edilən əlavə və dəyişikliklər isə respublikamızda hər bir vətəndaşın şəxsi toxunulmazlıqhüququnun daha etibarlı təminatına yönəlməklə, informasiyanın əldə edilməsi və yayılması baxımındanmüəyyən hüquqi çərçivələri müəyyənləşdirir. Etiraf etməliyik ki, son illər məhkəmələrdə ictimai-siyasixadimlərin, dövlət məmurlarının, hətta sıravi vətəndaşların KİV-yə qarşı mülki qaydada qaldırdığı iddialarınböyük əksəriyyəti şərəf və ləyaqətin müdafiəsi, şəxsi toxunulmazlıq hüququnun pozulması halları ilə bağlı olur.Peşə etikasına və qanunlara riayət etmək istəməyən müəyyən qəzetlər ölkədə söz və mətbuat azadlığını əsasgətirərək məhkəmə iddiaları ilə razılaşmaq istəmirlər. Halbuki hər bir vətəndaşın söz və mətbuat azadlığı ƏsasQanunda digər vətəndaşın şəxsi toxunulmazlıq hüququndan üstün norma deyildir. 32-ci maddəyə edilmiş əlavəvə dəyişikliklər qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eynizamanda, "Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Dövrün reallıqları iləsəsləşən digər əlavəyə əsasən, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadanvə ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərəməruz qoyula bilməz". Bu, ölkə vətəndaşlarının şəxsi toxunulmazlıq hüququna əlavə təminatlar yaradır, KİVcəmiyyətmünasibətlərinin qanuni çərçivələrini və sərhədlərini daha dəqiq müəyyən edir.48-ci maddəyə (vicdan azadlığı) edilən əlavə isə hər bir ölkə vətəndaşının Konstitusiya ilə təsbit edilmişvicdan azadlığı hüququna əlavə konstitusion təminat yaradır. Həmin əlavəyə görə, "Heç kəs öz dini etiqadını vəəqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştiraketməyə məcbur edilə bilməz ". Bu əlavə müxtəlif xalqların, dini konfessiya və icma nümayəndələrinin dinc,yanaşı yaşadığı respublikamızda dini-etnik dözümlülüyün daha da gücləndirilməsi, habelə hər kəsin vicdanazadlığı hüququnun konstitusion müdafiəsi baxımından vacib əhəmiyyətə malikdir.Əsas Qanunun 71-ci maddəsinə edilən əlavə də ümumən demokratiyanın tələbləri ilə səsləşir. Bumaddədə nəzərdə tutulan əlavəyə görə, "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiya və qanunla müəyyənedilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Demokratiyanın mühüm şərti kimi200

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!