13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────zolaq Azərbaycan xalqının türk mənşəli olduğunu, ikinci — qırmızı zolaq müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək istəyini, sonuncu — yaşıl zolaq isə dövlətin İslam sivilizasiyasınamənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəliulduz təsvir edilmişdir. Bayrağın eni uzunluğunun yarısı qədərdir. Bu məlumatlar bugünki Azərbaycan bayrağıhaqqında gərəkli olan ilkin təəssüratı yaradır. Ancaq məsələyə bir qədər dəqiqliklə baxanda bayrağımızın hələilk müstəqillik dövründə bir neçə dəfə dəyişdirildiyinin, SSRİ dövründə hətta 6-7 dəfə müxtəlif formalardatərtib edildiyinin, xanlıqlar dövründə isə hər xanın öz istədiyi şəkildə bayraq yaratdığının şahidi oluruq. Bəzimaraqlı məqamlara diqqət yetirək.www.preslib.az elektron nəşrində qeyd edilir ki, Milli Elmlər Akademiyasının Azərbaycan TarixiMuzeyində Azərbaycan xanlıqlarının bayraqlarından ibarət nadir kolleksiya saxlanılır. 1924-cü ildə TiflisdəkiQafqaz Hərbi Tarix Muzeyindən alınmış bu kolleksiyaya Gəncə, Bakı, Şəki və İrəvan xanlıqlarının bayraqlarıvə eləcə də mənsubluğu Cənubi Azərbaycan xanlıqlarına ehtimal olunan daha iki bayraq daxildir. XVI-XVIIəsrlərə aid gözəl Şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmiş həmin bayraqlarüçkünc, dördkünc, beşkünc və düzbucaqlı formalardadır. Ornamentlər qurama və ya tikmə üsulu ilə salınmış,təbii boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlarsalınmışdır. Silindrik bayraq ağaclarının başına fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngliipək saplardan hazırlanmış qotazlar bağlanmışdır. Qeyd edilən hərbi tarix muzeyinin bələdçi kitabındakıməlumatlara görə, 1924-cü ildə Azərbaycana təhvil verilmiş bayraqlar həmin muzeydəki bayraqların və başqaeksponatların (medal, şəkil, sənəd və sair) hamısı deyildir. Çünki bu kolleksiyada Gəncənin 1804-cü ildə knyazP. Sisianovun rəhbərliyi ilə işğal edilməsi zamanı qənimət kimi ələ keçirilmiş (qeyd edilən hərbi muzeydəsaxlanılırdı) səkkiz bayraq və bir tuğdan (ştandart) dördü, 1806-cı ildə general Nebolsinin Şəkiyə hücumuzamanı ələ keçirilmiş altı bayraqdan üçü, Lənkəranın (1812-ci il), Təbrizin (1827-ci il) tutulması zamanıgötürülmüş bayraqlar, feldmarşal İ. Paskeviçin Abbasabad qalasını ələ keçirdiyi zaman alınmış iki bayraq vəbaşqa hərbi qənimətlər muzey eksponatı kimi Azərbaycana verilməmişdir.Gəncəni işğal edən Sisianov qələbə xəbərini I Aleksandra apararkən çoxlu qənimətlə yanaşı Gəncəxanının ştandartının (üzərində balıq təsvirləri olan bayraq idi) və 8 bayrağın da ələ keçirildiyini söyləmişdi. Bugün Milli Azərbaycan Tarixi Muzeyində Gəncə, Bakı, Şəki (Şəkinin bayraqları üçkünc və beşküncdür), İrəvan(üzərində şir təsviri olan ilk iki xanlıq bayrağıdır), eləcə də Təbriz və Xoy xanlıqlarının bayraqları qorunur.Qarabağ xanı Mehdiqulu xana imperator I Aleksandrın verdiyi fəxri bayraq isə milli bayraqlarımızdan tamamiləseçilir. 1806-cı ildə Qarabağ xanı İbrahimxəlil xanın ailəsi ilə birlikdə çar ordusu tərəfindən öldürüldükdənsonra I Aleksandr xanın oğlu Mehdiquluya xan titulu verilməsi və Qarabağ camaatına vədlər edilməsi barədəfərman imzalayır. Xan elan edilmiş Mehdiqulu xana hakimiyyət rəmzi kimi bayraq göndərilməsi barədə qərarqəbul edilir. 1807-ci ildə Mehdiqulu xana təqdim edilən bu bayrağın üzərində Rusiyanın gerbi, ikibaşlı qartal,imperator tacının təsviri və digər elementlər vardır. Bundan əvvəl sadaladığımız bayraqların hamısının üzərindəAllah, onun böyüklüyü və sonuncu Peyğəmbərin (s.) nübuvvəti haqqında kəlamlar vardır.Sonrakı dövrlərdə — Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı üçdəfə, Azərbaycan Sovet Respublikasının bayrağı isə 9 dəfə müxtəlif şəkillərdə tərtib edilmişdir. Belə ki,Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə əvvəlcə dövlət bayrağı kimi Osmanlının dövlət bayrağı qəbuledilmiş, təxminən üç həftə sonra — iyunun 21-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olanqırmızı rəngli Dövlət bayrağı qəbul edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin ilin noyabrında isəüçrəngli, ay-ulduzlu Dövlət bayrağımız qəbul edilmişdir.SSRİ dövründəki Azərbaycan Respublikasının bayrağı isə həm bu respublikanın adının dəfələrlə müxtəlifşəkildə formalaşdırıldığına, həm də əlifbanın bir neçə dəfə dəyişdirildiyinə görə müxtəlif formalarda tərtibolunmuşdur. Məsələn, 1920-ci il aprelin 28-də yaradılmış Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin (sonrakıAzərbaycan SSR) bayrağı inqilab rəngində — tamamilə qırmızı idi. Bayrağın sapı tərəfdə — üzü bayraq ağacınasarı olan ağ rəngli aypara və ayparanın içərisində beşgüşəli, ağ rəngli ulduz var idi. 1921-ci ilin may ayında43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!