13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dövlət Proqramının layihəsi mətbuatda dərc olundu, mütəxəssislərin, mətbuat təmsilçilərinin, dövlətqulluqçularının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunduqdan sonra, bir sıra təkliflərnəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edildi.“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyininkişafına <strong>dair</strong>” Dövlət Proqramı dil haqqında indiyə qədər qəbul edilmiş digər sənədlərdən fərqli olaraq, yalnızmövcud vəziyyəti dəyərləndirmir, həm də ədəbi dilimizin qorunması və inkişaf etdirilməsi, ümumən dil siyasətisahəsində qarşıda duran vəzifələri müəyyənləşdirir. Sənəddə qeyd olunduğu kimi, “elm və texnikanın sürətləinkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarınıngenişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. ...Dövlət Proqramınınməqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilininqloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdəyaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmişyaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsinitəmin etməkdir.”Proqramda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün AMEA, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi,Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrəDövlət Komitəsi, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası kimi qurumların qarşısına konkret vəzifələrqoyulmuşdur.Müstəqillik illərində ana dilimizin dövlət dili statusunun təmin edilməsi üçün qeyd etdiyimiz rəsmisənədlərdən əlavə, bir sıra mühüm əməli tədbirlər də həyata keçirilib. Bu baxımdan ali məktəblərə qəbul zamanıAzərbaycan dili üzrə imtahanın bütün ixtisas qrupları üçün mütləq olmasını, rus bölməsi üzrə orta məktəblərinburaxılış, ali məktəblərin qəbul imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri xarakter daşımasını,telekanallarda veriliş və filmlərin Azərbaycan dilində yayınlanmasını xüsusi vurğulamaq lazımdır.Görülən tədbirlərin praktik nəticələri də göz önündədir. Ölkəmizdə toplu halında yaşayan digər xalqların(milli azlıqların) ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edilməsi nəzərəçarpacaq qədər artmışdır.Əvvəllər Azərbaycan dilində danışa bilməyən, yaxud danışmaq istəməyən çoxlu sayda ictimai xadimlər,siyasətçilər, ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar indi bu dildə danışırlar (ən azı buna cəhd edirlər).Ancaq ana dilimizin taleyinə maksimum tələbkarlıq mövqeyindən yanaşmaq zərurəti göstərir ki, bütün bunlarhələ kifayət deyildir. Görüləsi işlər hələ də çoxdur.Dövlət dilinin işlədilməsinə biganə münasibətə bütün sahələrdə qəti olaraq son qoyulmalıdır. Bu diliişlətməyin şərəfliliyini, nüfuz və hörmət gətirdiyini insanların beyninə yeritmək, ictimai şüurun atributuna,ümumi davranış normasına çevirmək lazımdır.Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu nəzərə almayan bəzimətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması hallarıvə hətta ictimai rəyin ziddinə olaraq, Dövlət Proqramının tələblərinə müqavimət cəhdləri müşahidə olunur.Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanları ilə müqayisə edilməyəcək qədəraşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra reklam lövhələrində, müxtəlif müəssisələrin adgöstəricilərində, digər tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinintətbiqi prinsipləri kobudcasına pozulur.Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə <strong>dair</strong> səsləndirilən yanlış və qərəzli mülahizələrə vaxtıvaxtındatutarlı cavab verilmir. Bəzi hallarda elmi tədqiqatlar üçün müasir dünya dilçiliyinin nəzərisəviyyəsindən geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi sayılan internet resurslarının azlığı,onlarda Azərbaycanın tarixi və müasir həqiqətlərinin kifayət qədər əks olunmaması, dilimizi öyrənmək istəyənəcnəbilər üçün tədris vəsaitlərinin müasir tələblərə cavab verməməsi real problemlərdir.Bütün bu çatışmazlıqların aradan qaldırılması məqsədilə Dövlət Proqramında dövlətimizin başlıcarəmzlərindən olan ana dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ana dilimizinöyrənilməsi və tədrisi sahəsində vəziyyətin yaxşılaşdırılmasını, dilçi mütəxəssislərin elmi yaradıcılıqaxtarışlarının stimullaşdırılmasını, ümumilikdə qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə uyğunistifadəsini təmin edəcək vəzifələr irəli sürülür .473

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!