13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Konstitusiyanın qəbul olunması Azərbaycandayeni tarixi mərhələnin başlanğıcı idiƏli Hüseynov: Azərbaycan Respublikasının Konstitusiyası bütün dünyada qəbul olunan əsas hüquqiprinsipləri, mütərəqqi dəyərləri özündə ehtiva edən mükəmməl hüquqi sənəddirMüsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri ƏliHüseynovdur.- Əli müəllim, 12 noyabrda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 13-cüildönümüdür. İstərdik, ilk əvvəl Anayasanın qəbul olunduğu tarixi şəraitə nəzər yetirək.- Hamıya bəllidir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandaölkəmizdə çox mürəkkəb və ağır tarixi siyasi dövr yaşanırdı. Həmin dövrdə bütün parametrlər üzrə müşahidəolunan böhran dövlətçiliyimizi ciddi təhlükə altına qoymuşdu. Məhz bu səbəbdən də ulu öndər ilk olaraq,dövlətçiliyimizin qorunub saxlanılması, ölkə müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində addımlaratmışdır. Təsadüfi deyil ki, 1993-95-ci illər Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılmasıuğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi budövrün ən mühüm nailiyyəti kimi qeyd olunmalıdır. Və bu, ümummilli liderimizə dövlət quruculuğunda,iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçünəlverişli imkan yaratdı. Təbii ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətinbərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyətdaşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, Azərbaycan cəmiyyətində keçid dövrününbaşlandığı bir vaxtda Konstitusiyanın rolu qat-qat artmışdır. Təcrübəli, peşəkar dövlət xadimi olan HeydərƏliyev də məhz bu zərurəti görərək, boşluğu aradan qaldırmaq üçün əməli addımlar atmışdır. O,Konstitusiyanın hazırlanması işinə birbaşa rəhbərlik etmiş, əsas qanunun qəbul olunmasına nail olmuşdur.- Konstitusiyanın qəbul olunmasını Azərbaycanda yeni tarixi mərhələnin başlanğıcı hesab etməkolarmı?- Şübhəsiz ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın tarixi inkişafıüçün yeni bir mərhələnin başlanğıcı idi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiyatərəfindən hazırlanmış və qəbul olunmuş Konstitusiya Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarınalazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.Azərbaycan Respublikasının Konstitusiyası bütün dünyada qəbul olunan əsas hüquqi prinsipləri, mütərəqqidəyərləri özündə ehtiva edən mükəmməl hüquqi sənəddir və yüz illər boyu bəşəriyyətin əldə etdiyi dəyərlər,fundamental hüquq və azadlıqlar sənəddə öz əksini tapmışdır. Eyni zamanda, bu azadlıqların təmin olunmasıdövlətimizin ali məqsədi kimi bəyan olunmuşdur.- Əli müəllim, ümumiyyətlə bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasısahəsində görülən işləri necə qiymətləndirirsiniz?- Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanda insanhüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməllər formalaşdırılmışdır. Heydər Əliyev Azərbaycandainsan hüquq və azadlıqlarının ən böyük təminatçısı olmuşdur. Sadəcə bir neçə fakt bu fikri əsaslandırmaq üçünkifayət edir. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonraölüm cəzasının icrası məhdudlaşdırılmış, 1998-ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölümcəzası ləğv olunmuşdur. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğvolunmadığını və mütəmadi olaraq tətbiq olunduğunu nəzərə alsaq, ulu öndərin bu addımının nə dərəcədə böyükfəlsəfi, hüquqi, tarixi dəyərini qavramış olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətiniözündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmindövrdən etibarən imzalanmış sərəncam və fərmanlarla minlərlə vətəndaşımız azadlığa buraxılmışdır. HeydərƏliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimiqeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanlarıqarşısında vacib vəzifə kimi qoymuşdur. Təsadüfi deyil ki, ulu öndərin rəhbərliyi altında qəbul olunmuş ölkəKonstitusiyasında bu mövzu prioritet hesab olunmuşdur. Eyni zamanda, Azərbaycan dövləti insan hüquqlarının240

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!