13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────nəticələri barədə hazırladıqları məlumatda qeyd edirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərləri, ilk növbədənazir və onun müavinləri kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması sahəsində heç bir təşəbbüsgöstərməmişlər".Tarixçi alim bizim komissiyanın və maliyyə nazirliyində, mədəniyyət nazirliyində yoxlama aparmış digərkomissiyaların o zaman da, indi də həyəcan doğuran o məsələləri diqqətə çəkmişdir ki, bunlara sonralar bu vəya digər şəkildə istinad edilməsi gərək olmuşdur.Belə: MTS və mexanizasiya idarəsində işləyən 42 nəfərdən yalnız 9 nəfəri Azərbaycan dilini bilir. Bütünyazışma işləri rus dilində aparılır. Kargüzarlıq işlərinin Azərbaycan dilində aparılmasına daha böyük ehtiyacolan Kənd Təsərrüfatı Təbliğatı idarəsi şəbəkəsində 982 nəfər işçi çalışır. Onlardan 352 nəfəri elmi işçidir.Onların əksəriyyəti isə Azərbaycan dilində yaza bilmir. Maliyyə nazirliyində işləyən 156 nəfər əsas işçilərdən78 nəfəri, 122 nəfər idarə, şöbə rəisləri və rəis müavinlərindən 87 nəfəri, yerli maliyyə orqanlarında işləyənlərin78,4 faizi Azərbaycan dilini bilmir. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin istər mərkəzi aparatına, istərsə dəyerli orqanlarına aid olan əmrlər, demək olar ki, rus dilində yazılır. Nazirliyin aparatındakı beş makinaçıdanancaq biri Azərbaycan dilində işləyir.Belə bir ciddi məqamda Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayev "xəstəlik bəhanəsi iləRəyasət Heyətinin iclasına gəlməmişdi". Nəinki iclasın iştirakçısı olan bizlər üçün, səriştəli qulluq sahibləriüçün də xeyli müddət bu müəmmalı sirr olaraq qalmaqda idi. Düzdür, eşitmişdik ki, Birinci katib bu iclasərəfəsində Moskvada olub və ölkə başçısı ilə aralarında sərt öcəşmə baş verib. Kitabda bütün ittiham nöqtə vənidalarına qədər açıqlanıb. Və mənim də ürəyimi göynədən bu idi ki, dəyanətli rəhbər xadim kimi tanıdığımİ.Mustafayevin bu dönüklüyü nə ilə bağlı olub. Nəylə bağlı olub ki, mərd bir insan fikrini dəyişib. SadıqRəhimov haqqındakı kitabda (müəlliflər: C.Əlibəyov, A.Şərif -red.) biz buna eyhamımızı bəzi arxivmateriallarına əsaslanıb bildirmişdik. Dövlət Arxivinin materialları ilə tanışlıq müəyyən aydınlıq yaratmışdı.Altı il bundan əvvəl BDU-nun istedadlı tələbə-tədqiqatçısı Xaqan Balayevin "Azərbaycan dilinin dövlət dilikimi təşəkkül tarixindən" (2002) adlı kitabından (bunu bizim "Elm və həyat" nəşriyyatı çapa hazırlamışdı)bilgimiz bir qədər də artdı. Eşitdik ki, BDU-nun məzunu aspiranturaya daxil olub, Cəmil Həsənlinin rəhbərliyiilə dissertasiya üzərində işləyir, sevindik - tarix müstəvisinə gənclik gəlir!Oxuculardan rica edirik ki, kitabda geniş yer almış komissiya materialları ilə özləri tanış olsunlar. Bu,onlara müstəqil dövlətə sahib olmağın fəziləti haqqında, o zaman insanın ən qiymətli neməti olan dilininögeyləşdirildiyinin, xalqa qarşı saymamazlığın mənəvi zilləti barədə müqayisə aparmağa imkan verər.Bu mövzu kitabın ana nöqtəsi olduğundan, mən də qısaca müşahidələrimi bölüşmək istəyirəm.Haşiyə.Necə olmuşdur ki, nə kommunist, nə deputat, nə nomenklatur işçi olan komsomol qəzetinin işçisinə beləməsul etimad göstərilmişdi? Bunun üçün Azərbaycan KP MK-nın şöbə müdiri Nazim Hacıyevə minnətdaram.O, millətsevən insan idi. Hələ komsomolun birinci katibi işləyəndə Azərbaycan ədəbiyyatı klassikləri haqdasöhbətlərimiz olardı. O zaman komsomolda da işlər rus dilində aparılırdı. Ancaq sonralar "Bağırovçuluq"daqınanan Nazim müəllim məruzəsini Azərbaycan dilinə tərcümə etdirir və yayırdı. Fikrini obrazla çatdırmaqüçün klassiklərdən Azərbaycan dilində iqtibaslar, atalar sözündən nümunələr gətirməyi xoşlayırdı. İş eləgətirmişdi ki, iki il əvvəl Moskva komsomoluna yazılan anonim məktub yoxlanılmış, ictimai keçmişimlə bağlıkomsomol bürosu məni işdən çıxarmışdı. Stalinin ölümündən az sonra gənclərin liderinin və redaktorun təkidiilə mən həmin işimə bərpa olunmuşdum.Kommunist baxımından tərcümeyi-halım ləkəli idi. Bir daha xatırladım ki, hələ 1949-cu ildə ictimaikeçmişimə görə məni ADU-nun şərqşünaslıq fakültəsinin beşinci kursundan çıxarıb, tarix fakültəsinin birincikursuna keçirmişdilər... Bu dəfə mükafatım o oldu ki, siz keçmiş ictimai mənşəyinizdən xoflanıb, qəzetçi kimiciddi çıxışlardan çəkinə bilərsiniz. Moskvanın yumşaq ifadəsi beləydi.Həyat, o zamanki "Azərbaycan gəncləri"nin səhifələri və qəzetin tirajının qalxması (mən işlədiyim dövrdə20 mindən yarım milyona çatmışdı) bunun əksini göstərdi...Bu dəfə MK-ya dəvət və təklif həm fərəh verdi, həm qorxu təşvişində qoydu məni... Nazim müəllim dedi:"Mirzə İbrahimovla razılaşmışıq, deputatlardan ibarət komissiyada iştirak etməlisən. Vacibdir, dilimizin taleyiilə bağlı məsələdir".Bu da iştirak!...Sədrin qəbul otağındayıq. İçəri dəvət olunmağımızın narahatlığını keçiririk. Rəhbər işçilər arasındapıçhapıç başlayır. Nəhayət, sədrin kabinetinə dəvət olunuruq.407

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!