13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu seçkilər xalqın mövcudhakimiyyətə olan inamının da bariz təcəssümü kimi diqqəti çəkmişdir. Azərbaycanda sürətli sosial-iqtisadiinkişafa zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi təmin edən, qlobal enerji layihələrinin təminatçısınaçevrilən, eyni zamanda, respublikanın beynəlxalq arenada nüfuz və mövqeyini möhkəmləndirən ölkə iqtidarınövbəti dəfə cəmiyyətin həlledici çoxluğunun ciddi dəstəyini almışdır.18 mart referendumunun yekun nəticələrinə nəzərən şübhə etmədən demək olar ki, ötən 6 ilinnailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan ortastatistik azərbaycanlı daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparanmövcud siyasi kursa qətiyyən alternativ görmür. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçərək xalqınsiyasi iradəsini ifadə edən ümumxalq referendumunun nəticələri həm də təsdiqləmişdir ki, Azərbaycan seçicisiKonstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin həm şəxsən özünün, həm də respublikanın gələcəktaleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin ümumənzamanın ruhu ilə səsləşdiyi, mövcud reallıqlardan irəli gəldiyi danılmaz həqiqət olaraq obyektivlik hissiniitirməyən hər bir vətəndaş tərəfindən etiraf olunur.Konstitusiya hüququ ilə bağlı tarixən formalaşmış nəzəriyyələrdə hüquqi və faktiki konstitusiyaanlayışları fərqli yanaşmalar kimi təsbit edilir. Hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarınatəminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərinmüəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasındamünasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, realmövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqi və faktiki konstitusiyaarasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasirtələblərə tam cavab verməməsi anlamına gəlir. 18 mart referendumunun başlıca məqsədi də məhz Azərbaycandahüquqi və faktiki konstitusiyaları bir-birinə yaxınlaşdırmaqdan, onlar arasındakı sivil balansı təmin etməkdənibarət olmuşdur.18 mart referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə vədəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq vəazadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə<strong>dair</strong>əsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərininkonkretləşdirilərək məsuliyyətlərinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinintəsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə vədəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş,mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların vəəqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərinhüquqlarının qorunmasına, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyətiüzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyatakeçirilməsinədək geniş spektrli əhəmiyyətli məsələlər daxildir.Konstitusiyaya əlavə və dəyişikliklər, eyni zamanda, Azərbaycanın insan hüquqları sahəsində qəbul etdiyiqanunlara və normativ-hüquqi aktlara konstitusion status yaratmaq məqsədindən irəli gəlir. Respublikamız insanhüquqları ilə bağlı 150-dək beynəlxalq müqavilənin iştirakçısı olmaqla, bu sahədə formalaşmış beynəlxalqtəsisatlara dövri hesabatlar təqdim edir. Bu baxımdan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığındərinləşdirilməsi, bu məhkəmənin presedent hüququnun öyrənilməsi də vacib istiqamətlərdən biridir. Təsadüfideyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasındaməhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarınadəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, o cümlədən apellyasiya məhkəməsinəAvropa presedent hüququnu öyrənmək və təcrübədə tətbiq etmək tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan206

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!