13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────dəki sayında AXC Nazirlər Şurasının Dövlət gerbinin təsvirinin hazırlanması barədə qərarı dərc olunmuşdur.Lakin müsabiqə uğurla nəticələnmədiyindən Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "AzərbaycanRespublikasının gerbi və möhürünün, milli himnin və hərbi ordenlərin layihələrinin hazırlanması haqqında"yenidən qərar qəbul etdi və bu işi Xalq Maarifi nazirliyinə tapşırdı. Nazirlik 1920-ci ilin fevralın 19-da"Azərbaycan" qəzetində gerb və himnin hazırlanması barədə müsabiqə elan etdi. Milli istiqlalın ikinciildönümünə qədər bu müsabiqədə qalib elan olunmalı idi. Təəssüf ki, mənfur sovet işğalı bu taleyüklüməsələləri sonadək həll etməyə imkan vermədi.Dövlət gerbindəki qalxan azərbaycanlıların şərq xalqlarından, eyni zamanda Şərq dövləti olması iləyanaşı, hər cür təcavüzə mətinliklə sinə gərən, əzəmətli, dözümlü mənalarını verir. Qalxanın üzərindəki üç rəngmilli ideoloji düsturumuz olan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Səkkizguşəli ulduz əbədiyyətrəmzi olan Günəşi, alov - Odlar yurdunu, palıd budaqları - milli hərbi dəyanətimizi və qüdrətimizi, sünbül -Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan doğma münasibətini, günəşin ağ rəngdə olması isəxalqımızın və dövlətimizin sülhsevərliyini, sabitliyin tərəfdarı olduğunu göstərir.Bir sözlə milli gerbimizdə əks olunan işarə və ifadələr Azərbaycan dövlətçiliyilə yanaşı, ümumbəşəridəyərlərə xidmət edir və dünya heraldika qanunauyğunluqlarına cavab verir.AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİAzərbaycan xalqının mənəvi sərvətlərindən biri də onun Dövlət Himnidir. Milli himn əsas dövlətçilikatributlarımızdan olmaqla yanaşı, milli birliyimizin sözlə və musiqilə ifadə olunan müqəddəs şah əsərimizdir.Himnimiz, milli dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, yerli və beynəlxalq tədbirlərdə,təhsil müəssisələrində mövcud qanunvericilikdə göstərilən şəkildə hər zaman ayaq üstə, böyük coşqu vəehtiramla oxunur. Bu da milli himnə olan sevgi və sayqımızı, vətənimizə son dərəcə bağlı olduğumuzu nümayişetdirir. Artıq Azərbaycan türkcəsində də qərar tutmuş "himn" sözü qədim yunan (humnos) mənşəlidir. QədimYunanıstanda himndən yunan allahlarının və qəhrəmanlarının şərəfinə istifadə edilirdi. Çağdaş dövrümüzdə isəhimn dövlətin və xalqın milli müstəqilliyinə həsr edilən şanlı musiqi kimi qiymətləndirilir.Musiqisini dahi bəstəkarımız Ü. Hacıbəylinin bəstələdiyi, sözlərini isə böyük şairimiz Əhməd Cavadınyazdığı milli himnimiz bu gün də AXC-nin varisi olan müstəqil respublikamızın Dövlət Himni kimi böyükcoşqu ilə oxunur. Amma tarixdə Üzeyir bəyin böyük dahiliklə yaratdığı bu əsərin adını çəkmək 70-il yasaqolundu. 1989-cu ilin 14 iyul tarixində "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunmuş "Üzeyir Hacıbəyovuniki marşı" adlı yazı dərc edildi. Aydın oldu ki, Üzeyir bəyin iki marşı "Azərbaycan milli marşı" və "Azərbaycanmarşı" adı altında ilk dəfə görkəmli türk musiqişünası Etem Üngör tərəfindən özünün "Türk marşları" kitabında(Ankara, 1966) çap olunmuşdur. Etem Ungörün "Türk marşları" əsərində verdiyi məlumata görə, hər iki musiqiCümhuriyyət dövründə hərbi məktəblərdə əsgər marşı kimi öyrədilirmiş.Azərbaycan Respublikasının Al Soveti "Azərbaycan Respublikasının Dövlət Himni haqqında"27.05.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Ü. Hacıbəyovun, mətni ƏhmədCavadın olan "Azərbaycan marşı"nı təsdiq etdi.Hazırda böyük coşqu ilə rəsmi və ya qeyri-rəsmi tədbirlərdə oxunan himnimiz qəhrəmanlığa, rəşadətə,mübarizəyə səsləyən musiqilə bəslənmişdir.Azərbaycanın dünya şöhrətli siyasətçisi Ümummilli Lider H. Əliyevin dövlət rəmzləri, xüsusilə himnimizbarədə fikirləri olduqca maraqlıdır: "Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycandahakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biriAzərbaycanın bu gün qəbul etdiyi qanunla istifadə etdiyimiz Dövlət Himnidir və bir də Azərbaycanın dövlətbayrağıdır..."ƏDƏBİYYAT1 Azərbaycan Respublikasının Konstitusiyası.2 Mərdanov M., Quliyev Ə. Azərbaycan Dövlət Rəmzləri. Bax, "Çaşıoğlu" 2001, s. 38.3. AXC (1918-1920) Parlament (Stenoqrafik hesabatlar). Bakı, "Azərbaycan" nəşriyyatı, 1998,1 cild, s.34.4. Qurbanov Ş. Cəmaləddin Əfqani və Türk dünyası. Bakı, 1998.5. Kurtoğlu Fevzi. Türk bayrağı və ya ay-ulduz. Ankara, 1992.6. "Ədəbiyyat və İncəsənət" qəzeti, 14 iyul,1989.7. Etem Ungor. Turk marşları. Ankara, 1999.19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!