13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasınınilk Konstitusiyasıİsgəndər QULİYEV,Bakı Dövlət Universitetinin dosentiXalqımızın Ümummilli Lideri Heydər Əliyev ötən əsrin və yeni minilliyin ən görkəmli, siyasi vəqüdrətli dövlət xadimlərindən biri olmaqla yanaşı Azərbaycanda müstəqil hüquqi dövlətin yaradıcısı vəqurucusu olaraq əbədiləşdi. XX yüzilliyin sonunda baş verən böyük tarixi hadisələr, bir çox başqa xalqlardaolduğu kimi, Azərbaycan xalqına da xoşbəxtlik gətirdi. Xalqımız müstəqil, suveren Azərbaycan dövlətiniyaratmağa nail oldu. Bu fonda milli müstəqilliyimizin əsas atributu olan Azərbaycan RespublikasıKonstitusiyasının (əsas qanunun) qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Konstitusiya vasitəsi iləvarlığımız, müstəqilliyimiz, suverenliyimiz, hüquqlarımız bir daha təsdiq olunmuş, dünya birliyinə bəyanedilmişdir. Eyni zamanda, bu Konstitusiya ilə və demokratik təsisatlar sahəsində ən önəmli nailiyyətlərqazanmış ölkələrin konstitusiyaları ilə tanış olarkən bir daha yəqinlik hasil edir və inanırsan ki, AzərbaycanRespublikasının Konstitusiyası dünyada mövcud olan ən demokratik konstitusiyalardan biridir.Konstitusiyamızın dərin məna və məzmuna malik olması, əvvəldən axıra qədər onun hazırlanması,ərsəyə gətirilməsi Azərbaycan xalqının dahi oğlu, böyük mütəfəkkir və nəzəriyyəçi, müasir dünyamızın məşhursiyasətçisi, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Konstitusiyanın dərin məzmununda, mübaliğəsizdemək olar ki, hər bir maddəsində Heydər Əliyev zəkası, Heydər Əliyev təfəkkürü, müdrik fikir və ideyaları,aydınca hiss olunmaqdadır.1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın dövlət müstəqilliyihaqqında Konstitusiya qanunu qəbul etdi. Bu da tələm-tələsik hazırlanmışdı. Azərbaycan vətəndaşlarının realhüquq və vəzifələrini heç də tam əks etdirmirdi. Suveren Azərbaycan dövlətində konstitusiya boşluğu aydınşəkildə hiss olunurdu. Təxirə salınmadan respublikanın ilk milli Konstitusiyasını hazırlamaq üçün tarixi zərurətinəzərə alaraq bu istiqamətdə böyük əməli işlərə başlanıldı.1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətəqayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yenimüstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanunlayihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərarəsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi.Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan vəxalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac vardır. Yalnız bundan sonra 1995-ci il mayın 2-dəMilli Məclis Prezidenti Heydər Əliyevin Sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı.Milli Məclisin qərarı ilə bu komissiya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaqtapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimihazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbuletməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabityaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həmdə çox çətindir.... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlətqurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Komissiyanın tərkibinə respublikamızın tanınmışictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmişdemokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimaimüzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiyalayihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) Azərbaycan Milli Konstitusiyası91,9 % səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Tarixi təcrübə sübutedir ki, ən demokratik əhalinin bütün təbəqələrinin mənafeyini hərtərəfli təmsil edən konstitusiyalar məhzümumxalq səsverməsi (referendum) vasitəsi ilə qəbul olunan konstitusiyalardır.Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixindəkonstitusionalizm məfkurəsinin qəti qələbəsi idi. Azərbaycan Respublikası Konstitusiyasının hüquqifəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı dayanır. İnsanşəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təminatı, humanizm və insanpərvərlik prinsipləri əsasqanunumuzun başlıca mahiyyətini təşkil edir.292

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!