13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dilimizin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndirCahid İSMAYILOĞLU,AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyininkişafına <strong>dair</strong> Dövlət Proqramı”nın təsdiq edilməsindən artıq bir il ötür. Azərbaycan RespublikasıPrezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının əsasməqsədlərindən biri Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını,Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir.Dövlət Proqramının əsas vəzifələrindən biri də qloballaşma şəraitində Azərbaycanda dil situasiyasının vədillərin qarşılıqlı əlaqəsinin öyrənilməsinin intensivləşdirilməsidir. Dövlət Proqramında yer almış bütün buməsələlər, ümumiləşdirilmiş şəkildə dil siyasətinin tərkib hissəsidir.Məlum həqiqətdir ki, Azərbaycan dili qədim və zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına çoxcəhətli vəəhatəli üslublara malikdir. Azərbaycan xalqı və onun mənşəyi ilə bağlı bəzi dövrlərdə ziddiyyətli, saxta,həqiqətdən uzaq, qeyri-elmi tezislər səsləndirilmişdir. Bu danılmaz faktdır ki, Azərbaycan dili uzun əsrlikformalaşma dövrü keçmiş, siyasi, dini, mədəni münasibətdə olduğu xalqların dillərindən bəhrələnmiş, başqadillərə də önəmli təsir göstərmişdir.Azərbaycan dilinin inkişafında, beynəlxalq nüfuz qazanmasında dövlət dili statusu daşıması, siyasi-iqtisadivə ictimai amillərdən irəli gələrək həmişə öz mövqeyini möhkəmləndirməsi, bu dildən çoxlarınınbəhrələnməsi və indi də istifadə etməsi, Azərbaycan dilinin Azərbaycan türklərinin ana dili olması ilə yanaşı,respublikamızda yaşayan digər etnosların da ikinci ana dili kimi istifadə etməsi və bir sıra digər amillər roloynamışdır.Respublikada dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsivə dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdərolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. HeydərƏliyev hələ sovet dövründə mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinindövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Müstəqil Azərbaycandövlətinin ulu öndərin rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş yeni Konstitusiyasında isə dövlət dilihaqqında ayrıca bənd verilmişdir.Azərbaycan dilinin hərtərəfli və dərin müşahidələr əsasında elmi cəhətdən tədqiqinə son yüzillikdəbaşlanılmışdır. Dünyada dil siyasəti və dil situasiyasının tədqiqinə hələ 60-70-ci illərdən başlanmış, bu günəkimi ciddi araşdırmalar ortaya qoyulmuş və uzun inkişaf yolu keçmişdir. Tədqiqatların əsas xətti dil siyasətimodellərinin təsviri, demoqrafik və siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər,dillərin qorunması, dil hüquqları, rəsmi dil, dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi, dil mühiti və s. üzrəaparılır. Dilçiliyin bir çox digər sahələrindən fərqli olaraq, dil siyasəti ilə bağlı tədqiqatların nəzəri əsaslarınımüəyyən etmək asan deyil. Dil siyasətinin tədqiqat obyektlərinə ümumi sistem çərçivəsində yanaşmaq mümkündeyil. Doğrudur bu sahəni daha çox sosial dilçiliyin tərkibinə aid edirlər, ancaq dilçiliyin digər sahələri ilə də sıxbağlılıq mövcuddur.Tədqiqatçılar da təsdiq edir ki, bu sahədə ümumi bir nəzəriyyə mövcud deyil. Əlbəttə, bu da təbii olaraq dilproblemlərinin çoxluğundan, müxtəlifliyindən, dəyişkənliyindən doğan problemlərlə bağlıdır. Bir sözlə, dilsiyasətinin əsas hədəfi dil problemlərinin həllinə yönəlir. Eyni zamanda, dil problemlərinin daim mövcudluğunəzərə alınaraq, bu problemlərin aşkar edilməsi də dil siyasətinin vəzifəsidir.Dövlət dilinin hazırlanması və qəbulu zərurəti müasir dünyada, o cümlədən ölkəmizdə yaranmış dilsituasiyası ilə bağlıdır.Dil situasiyası - həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial münasibətlər və funksionaləlaqələr, coğrafi-regional, yaxud siyasi-administrativ əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyasısosiolinqvistikanın predmetidir. Sosial-kommunikativ sistemin komponentləri arasındakı funksionalmünasibətlər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı adətən böyük dil cəmiyyətlərində- ölkə,region və respublikalarda dəyişkən xarakter daşıyır.475

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!