13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bayraq dövlətçiliyin varlığını ifadə edən mühüm amildirBir qayda olaraq bayraqlar dövlətlərin adı əsasında əlifba sırası ilə düzülürHər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır.Məsələn, bayraq, gerb və himn hər bir dövlətin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bayraq,gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii dildə ifadə edənmühüm amillərdəndir. Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndiriciəlamətləri – simvol və rəmzləri olubdur. Bayraqların qaldırılması da özünə məxsus qaydada həyata keçirilir.Beynəlxalq tədbirlərdə, təşkilatlarda və görüşlərdə bu qaydalara əməl edilir. Dövlət bayrağı xüsusi flaqştokda(bayraq ağacı, bayraqtac) qaldırılır. Eyni zamanda bir neçə bayraq qaldırılırsa, flaqştoklar və bayraqlar eyniölçüdə olmalıdır. Bir qayda olaraq bayraqlar razılaşdırılmış dildə dövlətlərin adı əsasında əlifba sırası ilədüzülür, lakin bununla bağlı ciddi normalar mövcud deyil. Məsələn, Britaniya protokoluna görə milli bayrağahörmətli, fəxri yer ayrılır, digər bayraqlar isə (xaricə açılmış şəkildə) milli bayraq¬dan sağ və soldadövlətlərinin adları üzrə əlifba sırası ilə düzülür.Ali əcnəbi qonağın qəbulu zamanı çox vaxt onun milli bayrağı qəbul edən ölkənin bayrağı ilə eyniyerdə, yəni mərkəzi tribunanın hər iki tərəfindən qaldırılır. Bu halda meydançada olan əsas qonağın sağtərəfindəki bayraq yeri qonağın bayrağına verilir.Həm qəbul edən ölkə, həm də təmsil olunan ölkə tərəfin¬dən milli matəmin rəsmi elanı zamanıbayraqlar yarıyadək endirilməlidir. Əvvəl bayraqlar flaqştokların tam yüksəkliyinə qədər qaldırılır, sonra yavaşyavaşyarıyadək endirilir və dəfn günü ərzində bu cür vəziyyətdə qalır; lakin monarxiya dövlətlərində ölkəbaşçısının vəfatı halında bayraqlar ənənəvi olaraq ölüm günündən dəfn gününə qədər endirilmiş şəkildə qalırlar.Yeni hökmdarın elanı günü bayraqlar yenidən əvvəlki vəziyyətinə qaytarılır.Diplomatik nümayəndəlik başçıları dövlətlərinin bay¬raqlarını istənilən vaxt qərargahlarında vənümayəndəliklərinin binalarında qaldırmaq hüququna malikdirlər. Həmçinin onlar milli bayrağı xidmətiavtomobillərində quraşdıra bilərlər, lakin əksər nümayəndəlik başçıları bunu sırf rəsmi tədbirlərlə bağlı və yatəhlükəli hallarda etməyə üstünlük verirlər.Adətə görə, bayraqlar səhər saat 8-də qaldırılır və qaş¬qaralan vaxt endirilirlər. Əgər bayraq gecəgündüzyüksəlmiş halda olursa, qaranlıq vaxtı xüsusi işıqlandırma işə salınır. Dövlət Meydanında gecə vəgündüz yüksələn bayrağımız işıqlandırılır və onu uzaq məsafədən də aydın görmək mümkündür.Öz fəaliyyətini limana da yayan konsul işçilərinə rəsmi tədbirlər zamanı milli bayraqlarını gəmininburnunda ucaltmağa icazə verilir (mövcud müqavilələr və yerli adətlərdən asılı olaraq). Konsulluq qurumlarınınbaşçıları yerli hakimiyyət orqanlarının nümayəndələrinin yanına rəsmi vizitlər, yaxud təntənəli və bayramtədbirlərində rəsmi iştirak zamanı bayrağı xidməti maşınlarının üzərinə quraşdıra bilərlər; konkret şərtlər çoxvaxt konsul konvensiyası ilə təsbit edilir.Adətən konsulların maşınları üzərində rəsmi bayrağa malik olmaları aşağıdakı hallarda tanınır: yerli,yaxud öz dövlətinin milli bayramında iştirak; konsulun da dəvət edildiyi öz və xarici dövlətlərin ali xadimlərininrəsmi səfərləri. Əgər avto¬mobildə bayraq quraşdırılıbsa, ən fəxri yer onun arxa¬sındakı yer hesab edilir.Bəzən, bu şəhərdə həmçinin diplomatik nümayəndə¬lik olduğu halda, konsul qurumu üzərində millibayrağı ucaltmağa icazə verilmir.Fərdi qaydada ayrı-ayrı şəxslər öz evi üzərində milli bayrağı yerli hakimiyyət orqanlarının icazəsi iləqaldıra bilər. Həmişə nəzakət qaydalarına riayət etmək lazımdır. Onlara əsasən, milli bayraqla eyni zamandaadətən qəbul edən ölkənin bayrağı qaldırılır. Ümumi qaydaya görə, o, iki bayraq olanda, sağda, daha çox bayraqolduqda mərkəzdə yer tutmalıdır.Kobud səhv buraxıb bununla dövlətlərarası münasibətlərə xələl yetirməmək üçün milli bayraqlara qarşımümkün qədər diqqətli və dəqiq olmaq lazımdır. Bəzi ölkələrdə tərsinə çevrilmiş bayraq müharibə vəziyyətikimi dəyərləndirilir. Bu ənənənin mənşəyi qədim dəniz döyüşlərindən qaynaqlanır. O dövrlərdə hər bir döyüşgəmisinin dirəyin başında dalğalanan və yalnız özünə xas rəngli bir bayrağı vardı. Hər hansı dəniz döyüşündənsonra uduzan gəmi, gəmisində qalib tərəfin bayrağını asmaq məcburiyyətində idi, bunun üçün də öz bayrağınıyarıya qədər endirməli olurdu. Bu qarşı tərəfin qələbəsinə hörmət etmək demək idi. Müasir dövrdə bayraqlarıendirmək hörmət əlaməti kimi qəbul edilir. Millətlərin matəm günlərində, əhəmiyyətli dövlət adamlarınınölümündə, yaxın əlaqəli dövlətlər bayraqlarını yarıya endirir, həmin ölkənin kədərinə şərik olur103

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!