13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────mühüm şərtdir. İctimai fikrin formalaşmasında dini şüur, əxlaq və adət-ənənə ilə yanaşı, bədii ədəbiyyat, teatr,kino və incəsənətin digər növlərinin də iştirak etdiyi nəzərə alınmalıdır. Bu məsələdə kütləvi informasiyavasitələrinin də üzərinə böyük yük düşür. Müasir qloballaşma və demokratiya şəraitində informasiya dövlətinnəzarətindən kənara çıxdığından, milli ideologiya prinsipinə əməl edilməsi və onun yad ünsürlərdən qorunmasıvəzifəsi bütün ictimaiyyətin, hər bir vətəndaşın üzərinə düşür.Azərbaycanda milli ideologiyanın əsas aspektləri müəyyənləşdiriləndən sonra qarşıda duran başlıca vəzifəbu müxtəlif sahələr arasında daxili əlaqəni üzə çıxarmaq, ideologiyanı bütöv, mükəmməl sistem kimiformalaşdırmaqdan ibarətdir. Bu vəzifənin həyata keçirilməsində əsas birləşdirici amillərdən biri dildir.Təsadüfi deyildir ki, Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda dilinictimai mahiyyətinə, sintetik funksiyasına böyük önəm vermişdir. Azərbaycan dili həm azərbaycançılıqkonsepsiyasında, özünüdərk prosesində mərkəzi yer tutmaqla, həm də müxtəlif tarixi mərhələlər arasında körpürolunu oynamaqla milli ideologiyanın formalaşmasında fəal iştirak edir. Mənəviyyatımızın ən etibarlı daşıyıcısıolan şifahi xalq ədəbiyyatı da, milli-fəlsəfi fikir də dilə sıx bağlı olduğundan Azərbaycan dilinə və yeni əlifbayakeçidlə əlaqədar məsələlərə xüsusi diqqət verilməsi eyni zamanda milli ideologiyanın inkişafına xidmət edənaddımlar kimi qiymətləndirilməlidir.Bəli, Heydər Əliyev ideologiyanın formalaşdırılması və mütəşəkkil şəkildə həyata keçirilməsinə böyükönəm verirdi: “Bizim milli ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixikeçmişimizin, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır. Biz XX əsrdə cürbəcür mərhələlərdənkeçdik, ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq. İndi xalqımız hər cəhətdən azaddır. Ona görə də lazımdırki, ümumiyyətlə, düşünən beyinlərimiz, alimlərimiz və o cümlədən, təhsil sahəsində çalışan müəllim ordusumilli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin. Bu ideologiyanı qurmaq, yaratmaq, təşkiletmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır.”Heydər Əliyevin təsnifatında ideologiyanın tərkib hissələrindən biri kimi milli mədəniyyətə böyük önəmverilir. Bu problemin kulturoloji aspekti ilə yanaşı, etnik-milli aspektinin də araşdırılmasına böyük ehtiyacvardır. Etnik-milli xüsusiyyətlər qısa müddətdə, birdən-birə formalaşmır. Əsrlər boyu davam edən ənənəviləşən,qərarlaşan ünsiyyət formaları tədricən cəmiyyətdə stabil sosial normalar, əxlaqi və estetik meyarlar sistemiyaradır və düşüncə tərzinin özünə də təsir edir. Əvvəlki nəsillərin həyat tərzi və qiymətləndirmə meyarlarıbilavasitə ötürülməklə yanaşı, bədii ədəbiyyat və incəsənət vasitəsi ilə də yeni nəslə çatdırılır. Nəticədə millivarislik müxtəlif kanallar və vasitələrlə təmin edilir.Bu gün milli özünüdərk problemi həm də ona görə aktualdır ki, Azərbaycan müstəqillik əldə etdikdənsonra xalqımız öz mədəni-mənəvi köklərinə qayıtmağa, öz milli mentalitetinə adekvat olan həyat tərzi qurmağaçalışır. Lakin buna nail olmaq üçün ilk növbədə əsrlərdən və nəsillərdən bizə miras qalmış milli sərvətlərimiziqoruyub saxlamağı və onları dəyərləndirməyi bacarmalıyıq. “Xalqımızın mənəviyyatını qorumağı vəzənginləşdirməyi” başlıca məqsədə çevirməliyik. Heydər Əliyev milli-mənəvi dəyərlərimizi bir rəmz edərək realproseslərə formal surətdə əlavə etmək yox, milliliklə müasirliyin məzmun müstəvisində vəhdətinə nail olmaqprinsipindən çıxış edirdi.Qloballaşma şəraitində milli-mənəvi dəyərlərimiz böyük təhlükələrlə üzləşir və milli fəlsəfi fikrə istinadetmədən, milli ideologiyanın formalaşmasını təmin etmədən və milli-sosial özünüqoruma şüuruformalaşdırmadan bu təhlükədən xilas olmaq çox çətindir. İndi hər bir millət, hər bir xalq, hər bir məmləkətözünün ən böyük fikir sahiblərinin simasında, bir tərəfdən bəşəriyyətdə, planetdə gedən proseslərinanlaşılmasına çalışır, digər tərəfdən öz millətinin, xalqının, dövlətinin bu yeni mənzərədə, planetin bu yenicoğrafi, iqtisadi, siyasi xəritəsində yerini müəyyənləşdirməyə çalışır. Bu bir şansdır. Lakin, kimlərsə bu yenişansı vaxtında dərk edir və qloballaşan cəmiyyətə şüurlu surətdə daxil olmağa çalışır, kimlərsə hələ də qəflətyuxusundadır.Belə tarixi sınaq məqamında əhalinin çoxluğu, məmləkətin böyüklüyü deyil, onun sükanı arxasında kimindayanması daha önəmlidir. Əsas məsələ həmin tarixi sınaq məqamında, xalqın içərisindən çıxmış, onun millimənayefinidərk etmək və qoruyub saxlamaq iqtidarında olan mütəfəkkir liderin mövcud olmasındadır. HeydərƏliyevin göstərdiyi tarixi xidmət onun məhz belə məsuliyyətli bir məqamda hakimiyyət başında olması vədüzgün seçim edə bilməsi sayəsində daha parlaq surətdə nəzərə çarpır.Planetin bugünkü mənzərəsi heç də yalnız siyasi və iqtisadi maraqların kəsişməsi ilə səciyyələnmir. Bumeydanda həm də milli ideyalar qarşılaşır. Ən böyük qabiliyyət də siyasi, iqtisadi maraqlarla yanaşı, millimaraqların da qorunub saxlanmasına nail olmaq və Millətlər Birliyinə öz simasını itirmədən daxil olmağıbacarmaqdır. Düzdür, bunu əngəlləyən qüvvələr çoxdur, lakin şəxsiyyətin böyüklüyü də, özünü məhz belə çətin7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!