13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────təklif edilən əlavədə isə, məhz sosialyönümlü iqtisadiyyatdan söhbət gedir. Bu, bir daha onu göstərir ki,dövlətimizin yeritdiyi siyasətin ana xəttində sosialyönümlülük prioritet təşkil edir, “sosial dövlət” modelinədoğru inkişafımız hüquqi cəhətdən əsaslandırılır.Əsas Qanunumuzun 17-ci maddəsinə (Ailə, uşaq və dövlət) təklif edilən əlavələr də özünün humanistmahiyyəti ilə seçilir. Mövcud variantda uşaqları gələcək himayəsi ilə bağlı dövlətin vəzifələri ümumi şəkildədeyilir. Amma məlumdur ki, son illər dövlət bu istiqamətdə daha böyük işlər görür, irimiqyaslı layihələr həyatakeçirir. Xüsusən, valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqlara dövlətqayğısı çox ciddi şəkildə yerinə yetirilir. Digər tərəfdən, uşaq əməyinin istismarının qarşısını almaq üçünmüvafiq tədbirlər görür və odur ki, təklif olunan əlavələr bu sahədə qanunda olan boşluğu aradan qaldıracaq:“Valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər;uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətlərə cəlb etməkqadağandır; 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər; Uşaq hüquqlarının həyata keçirilməsinə dövlətnəzarət edir”. Sözsüz ki, bu əlavələr uşaq hüquqlarının daha təminatlı müdafiəsini təmin etməyə xidmətgöstərəcək, o cümlədən, uşaq əməyinin istismarının qarşısını alacaq.Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə təklif olunmuş əlavə (Hər kəsin hüquq və azadlıqları buKonstitusiyada və qanunlarla müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları iləməhdudlaşır) də beynəlxalq hüququn prinsipləri ilə tamamilə eyniyyət təşkil edir. Maddənin 10-cu bəndinəəlavə edilməsi nəzərdə tutulan müddəa da isə (Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunlamüəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər) dövlət orqanlarının qeyri-qanuni fəaliyyətinəqadağa Konstitusiya səviyyəsinə qaldırılır.Göründüyü kimi, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər irqindən, milliyyətindən, dinindən,dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və s. hallardan asılıolmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanlarıqarşısında ən ümdə vəzifə kimi bir daha müəyyənləşdirir. Təqdirəlayiq haldır ki, hər bir şəxsin həyatında vəcəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqlarısahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Konstitusiyanın bu maddəsində nəzərdətutulan əlavənin mahiyyəti isə ondan ibarətdir ki, hər bir şəxs və dövlət orqanı insan hüquqlarının həyatakeçirilməsində, qorunmasında öz məsuliyyətini dərk etsin.Bütün bunlarla yanaşı, Əsas Qanuna təklif edilən bir sıra əlavə və dəyişikliklər, mahiyyət etibarilə,insanlarda dövlətçilik hissinin daha da bərqərar olmasına yönəlmişdir. Məsələn, Konstitusiyanın 75-cimaddəsində (Dövlət rəmzlərinə hörmət) təklif olunan əlavədə, Dövlət rəmzlərinə hörmətlə yanaşılması tələbininpozulmasına görə məsuliyyəti nəzərdə tutur. Qeyd edək ki, bu tələb bir sıra ölkələrin Əsas Qanununda təsbitolunub. Məsələn, Türkiyə Respublikasının Konstitusiyasında Dövlət rəmzlərinə hörmətsizliyə görə, qanunlamüəyyən edilmiş qaydada məsuliyyət normaları müəyyənləşdirilib. Burada söhbət, sözsüz ki, Dövlətrəmzlərinin (himn, gerb, bayraq) müqəddəsliyinin ali səviyyədə təmin edilməsindən gedir. Təcrübə göstərir ki,bu əlavənin edilməsi və orada məsuliyyətin müəyyən olunması son dərəcə vacibdir, çünki bu bir sıra hallardabaş verən xoşagəlməz halların qarşısını almağa geniş imkanlar yaradır. Dövlət rəmzlərinin müqəddəsliyinəhörmətin hər bir vətəndaşın vəzifəsi kimi müəyyən edilməsi, ölkəmizdə dövlətçilik ənənələrinin inkişafı vəqorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.Ən nəhayət. Konstitusiyanın 101-ci maddəsinə təklif olunan əlavə və dəyişiklik də ümumənrespublikamızın hazırkı dinamik inkişaf tempi - sosial-iqtisadi tərəqqi, demokratikləşmə və vətəndaş cəmiyyətiquruculuğu prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə şərtlənir. Məlumdur ki, bu maddədəedilən dəyişikliyə görə bir şəxsin iki dəfədən artıq, təkrarən prezident seçilməsinə qoyulmuş məhdudiyyətaradan qaldırılır. Xalqın siyasi iradəsi ilə tamamilə uzlaşan bu dəyişiklik, mahiyyət etibarilə, bir sıra dövlətlərintəcrübəsində özünü doğrultmuşdur.Ümumiyyətlə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması və yaxudqoyulmaması həmin ölkənin demokratikliyini kölgə altına sala bilməz. Hər bir dövlət bu məsələyə öz inkişafyoluna, demokratik tərəqqi meyarlarına görə yanaşaraq xalqın iradəsi, istəyi əsasında qərar qəbul edir.Azərbaycana gəldikdə, respublikamızın hazırkı dinamik iqtisadi tempi, ictimai münasibətlərin inkişafı,hakimiyyət üzərində ictimai nəzarətin mövcudluğu 101-ci maddədə müvafiq dəyişikliklər etməyə imkan verir.Çünki son nəticədə kimin prezident kürsüsünə daha layiqli namizəd olduğunu xalqın demokratik seçkilərvasitəsilə ifadə olunan iradəsi müəyyənləşdirir. Bir şəxsin iki dəfədən artıq seçkilərdə iştirak imkanına malikolması, ölkənin demokratik inkişafına, yaxud da seçki prosesinin demokratikliyinə qətiyyən mənfi təsir248

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!