13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────həm də Qacar dövlətlərinin bayraqlarında İslamın yaşıl rəngi, qırmızı və sarı işləmələr, paxlava bucaqlıformalar, aypara və ərəb əlifbası ilə Allahın böyüklüyünü, Muhəmməd peyğəmbər salavatullahın onun rəsulu,Həzrət Əlinin (ə) isə vəlisi olmasını ifadə edən cümlələr olmuşdur. Əslində müsəlman Şərq dövlətlərininəksəriyyətinin bayrağı bir-birinə oxşayırdı. Bu bayraqlar dini və sülalə xarakteri daşıyırdı. Azərbaycan Şərqdəilk demokratik respublika üsul-idarəli müsəlman dövləti olaraq rəsmi bayrağa ideoloji xarakter verdi.Azərbaycan Xalq Cümhuriyyətinin bayraq haqqında ilk hökumət qərarı 1918-ci ilin 24 iyun tarixində verilib.Qeyd etdiyim kimi, ilk bayraq Türkiyə bayrağından çox az fərqlənirdi. Bu bayraq cəmi 4 ay 15 gün yaşadı. Ozaman Bakı daşnakların, Bakı Komissarlarının və ingilislərin əlində olduğu üçün hökumət Gəncədə otururdu.Sentyabrın 15-də müzəffər türk ordusu Bakını azad etdikdən sonra hökumət bu şəhərə gəldi. Həmin il noyabrayının 09-da Nazirlər Şurasının qərarı ilə indiki üç rəngli bayraq milli bayraq olaraq rəsmən qəbul edildi.Bayrağın yuxarıda qeyd olunan rəng düzümündə qırmızı zolağın ortada yerləşdirilməsi ölkənin həm dəAvropaya aid olmasını bildirir. Fransa inqilabının qırmızı rəngi sonralar bütövlükdə Avropanın ifadəsinəçevrilmişdi. Əslində İmam Hüseynin (ə) dünya malına, sərvətə, hakimiyyətə, haqsızlığa, ədalətsizliyə,zinakarlığa, zülmə, qorxuya və nadanlığa qarşı qaldırdığı qiyam bayrağı da qırmızı rəngdə idi. Tarix boyu bütündünya ölkələrinə hərbi və ticari yürüşlər etməsi Avropanın dünya mədəniyyəti incilərini toplamasına və uğurlabirləşdirməsinə səbəb olmuşdu. Buna görə də Avropaya inteqrasiya həm ümumbəşəri dəyərlərə, həm dəmüasirliyə və inkişafa inteqrasiya anlamını verirdi. Amma Avropanın xristian və qeyri-əxlaqi dəyərləri qəbuledilə bilməzdi. Bu zaman ən yaxşı qalxan, milli mənəvi dəyərlərin qorunmasında ən yaxşı ideoloji amiltürkçülük və müsəlmançılıq ola bilərdi. Bunu isə qırmızı rəngin ortasında əks olunan aypara və səkkizguşəliulduz ifadə edirdi. Əslində aypara osmanlılar Fateh Sultan Mehmedin başçılığı ilə 1453-cü ildə Şərqi Bizansimperiyasının paytaxtı Konstantinopolu (indiki İstanbulun) tutarkən bu şəhərin gerbi idi. Və bu şəhəri tutanəskərin bəxtəvər sayılacağı İslam peyğəmbərindən bir hədis olaraq söylənilməkdə idi. Ona görə də onun gerbiolan aypara xilafətə rəhbərlik edən Osmanlı İmperiyası tərəfindən İslamın dini rəmzlərindən birinə çevrilmişdi.Amma İslam rəmzlərinin içərisində həm də türkçülüyə bir işarədir. İndinin özündə də müsəlman, daha çox datürk toplumlarının məzar daşının üst hissəsində aypara əks edilir. Səkkiz güşəli ulduz barəsində fikirlər isəmüxtəlifdir. Dini nöqteyi nəzərdən bu formalı ulduz cənnətin səkkiz qapısı olacağına işarədir. Türk mifologiyasıulduzların səkkiz guşəli düzülüşünü xoşbəxtlik simvolu kimi qeyd edir. 1918-ci ildə Azərbaycanın MilliQurtuluş mücadiləsinin rəhbər olmuş M.Ə.Rəsulzadə müstəqil Azərbaycan dövlətinin fəaliyyətini 8 prinsipüzərində formalaşdırıb: türkçülük, islamçılıq, müasirlik, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıqvə mədəniyyət. Ancaq bunun 8 böyük və aparıcı türk xalqına və ya Azərbaycan adının ərəbcə yazılışda cəmisəkkiz hərfdən ibarət olmasına bir işarə olduğu da bildirilir. Hər halda hamısında həqiqət var və heç biri ümumiprinsiplərin ziddinə deyil.XX əsrdə Şimali Azərbaycanda qurulmuş dövlətin necə adlanmasından asılı olmayaraq səkkiz formadabayrağı qəbul edilmişdir. 1920 –ci ilin 28 aprel tarixində XI Qızıl Ordu ADR-i xəyanət nəticəsində süqutauğratdıqdan sonra onun bir sıra prinsiplərini qəbul etməyə məcbur olmuşdu. Bunlar qırmızı rəngin və sarıayparanın saxlanılmasından ibarət idi. Lakin üst bucaqda yerləşdirilmiş bu ayparanın qarşısında mason rəmziolan beşguşəli ulduz qoyulmuşdu. Təbii ki ateist bir dövlətdə İslamın yaşıl rəngi saxlanılmayacaqdı. AmmaSovet ideoloqları bir ildən sonra bu bayrağı dəyişməyə məcbur oldular. Onlar qırmızı bayrağın sol tərəf üstküncündə yaşıl rəngin üzərinə kiril əlifbası ilə «AССР» qeyd etdilər. Bu abbreviaturanın açması isə“Azərbaycan Sovet Sosialist Respublikası” demək idi. Lakin daha bir ildən sonra yaşıl rəng ləğv edildi,abbreviatura qırmızı fonda verildi. 1937-ci ildə qəbul edilən növbəti bayraqda “AzSSR” latın hərfləri yazıldı,üzərinə oraq və çəkic işarəsi əlavə olundu. İki il sonra latın əlifbasının ləğv edilməsi və yenidən kiril əlifbasınakeçidlə əlaqədar olaraq bu yazı növbəti dəfə ləğv edildi. 1952-ci ildə Sovet Azərbaycanında qəbul edilmişsonuncu sovet bayrağında daha yazılar ləğv edilmiş, bayrağın aşağısına göy rəng, oraq çəkicin üstünə isəbeşguşəli ulduz əlavə edilmişdi. Bu bayraq 1991-ci ilə kimi mövcud oldu. 1991-ci ilin 18 oktyabr tarixindəölkəmiz müstəqillik elan etdikdən az sonra milli bayraq növbəti dəfə dəyişdirildi və üzərindən 71 il keçəndənsonra ADR-in üç rəngli bayrağı müstəqilliyin, ölkəmizdə ilk demokratik respublikanın simvolu kimi yenidənqəbul olundu. Bayraq haqqında tarixi statistikaya 2009-cu ildə ölkədə Dövlət Bayrağı gününün elan edilməsinidə əlavə edək. Milli Bayrağın ilk dəfə qəbul edildiyi 09 noyabr tarixi ölkədə qeyri iş günü olaraq bayram elanedilmişdir. Bu hal ona rəsmən qoyulan yüksək hörmətin ifadəsidir. Lakin bu hal bütün ölkələrdə eyni cürdür.Dünyanın əksər dövlətlərindən fərqli olaraq ölkənin bütün rayon və şəhərlərində bayraq meydanı yaradılmışdır.Belə meydanlardan ən möhtəşəmi ölkə paytaxtında inşa edilmişdir. 2007-ci ildə bu meydanın bünövrəsiqoyulmuş, tikinti işləri 3 il davam etmişdir. Bayrağın asıldığı dayağın hündürlüyü 162, bünövrəsinin diametri66

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!