13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Pul1918-1923-cü illərdə Azərbaycan pul dövriyyəsində işlədilmişkağız pullar və qiymətli kağızlar haqqındaSənubər Qasımova,Rövşən ƏhmədovBirinci Dünya müharibəsinin ən ağır iqtisadi nəticələrindən biri qızıl monometallizmi üzərində qurulmuşdünya pul sisteminin çökməsi və monetar pul sistemlərinin kağız pul emissiyaları ilə əvəz olunmasıdır. Buproses müharibədən daha çox zərər çəkən ölkələrdə (Almaniya, Rusiya və s.) özünü daha tez büruzə verdi.Müharibədən sonra dünya pul təsərrüfatında baş verən dəhşətli inflyasiya kağız pul emissiyalarını misligörünməmiş dərəcədə gücləndirdi.Yeni pul dövriyyəsindəki (pulun bütün funksiyalarında) bir-birinə zidd özəlliklərə (dövriyyə üçünmünasibliyi və adi "pul nişanı" kimi tam daxili dəyərsizliyinə) baxmayaraq, buraxılış hüququ ali hakimiyyətorqanlarına aid olan və buna görə də çox önəmli dövlətçilik rəmzlərindən sayılan kağız pullar və qiymətli dövlətkağızları mənsub olduğu dövlətin siyasi-iqtisadi durumunun, xarici əlaqələrinin araşdırılması və tədqiqolunmasında tarixi qaynaq kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Milli ElmlərAkademiyası Azərbaycan Tarixi Muzeyinin (ATM) numizmatika fondunun əsasını qoyan mərhum professor Y.A.Paxomovun böyük qayğı və səylə topladığı və hazırda 15 mini ötən bonistika (kağız pullar) kolleksiyası özzənginliyi və dolğunluğu ilə xüsusi diqqət çəkir.Kolleksiya üç böyük bölmədən ibarətdir:Birinci bölmədə 1918-ci ildə Bakıda dövriyyəyə buraxılmış pul vahidləri - Bakı Bələdiyyə İdarəsinin,Bakı Şəhər Təsərrüfatı İdarəsinin, eləcə də Muğan Respublikasının və Zaqafqaziya Seyminin tapşırığı iləZaqafqaziya Komissarlığının buraxdığı kağız pullar toplanmışdır.Oktyabr İnqilabının qələbəsindən sonra çar Rusiyasının ucqar müstəmləkələri kimi Azərbaycanınhəyatında da yeni bir dönəm - xalqın özünüdərk və milli dirçəliş dönəminin təməli qoyuldu. ÇağdaşAzərbaycanın müstəqil pul təsərrüfatı və pul dövriyyəsinin tarixi yüzillik fasilədən sonra elə bu çağlardan,1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır.1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5,15 və 50 qəpiklik xırda kağız pul, 1,3,5,10 və25 manatlıq iri bələdiyyə pul vahidləri rənginə, kağızın ölçülərinin müxtəlifliyinə görə de bir-birindən fərqlənir.Kolleksiyanın bu bölməsində nadir və çox nadir sayılan ilk sınaq nümunələrindən karandaşla işlənmiş vəüzərində qara tuşla izahatlar verilən 4 ədəd rəsm - 1 rubl, 5 rubl, 10 rubl və 20 rublluq eskiz-layihələri (inv.2161, 2162, 2163, 2164) göstərmək olar. Bu rəsmlərin daha bir maraqlı cəhəti ondan ibarətdir ki, eskizlərinbirində (inv. 2144) əslində mövcud olmayan 20 rublluq nominalın variantı verilmişdir. Bu bölmənin maraqlısənədlərindən bir qrupu da birtərəfli və ikitərəfli sınaq nümunələrinin variantlarından ibarətdir: 29 ədəd 25rublluq ikitərəfli (inv. 2121-21129), 14 ədəd birtərəfli (inv. 2121-21214), 3 ədəd l0 rublluq ikitərəfli (inv. 2131-2133), 8 ədəd 1, 5, 10 rubl dəyərində (inv. 2151-2158) sınaq nümunələri bu qəbildəndir.Kolleksiyada həmçinin çox nadir sayılan dörd ədəd kəsilmiş kağız pul dəsti də saxlanılmaqdadır. Bu çoxmaraqlı material iki pul vahidinə həsr olunmuşdur. Birinci iki kəsilməmiş çap vərəqi 10 rublluq pul vahidinin üzvə əks tərəfinin sınaq nümunələrindən ibarət olub, üz tərəfin vərəqi (6x7=42 ədəd) AC-0243 - AC-0284 seriyailə (inv. 233), əks tərəfin vərəqi isə (6x7=42 ədəd) liter və seriyasız (inv. 234) çap olunmuşdur. İkincikəsilməmiş iki çap vərəqi 25 rublluq pul vahidinin üz və eks tərəfinin sınaq nümunələrindən ibarətdir. Üz tərəfinvərəqi (6x6=36 ədəd) AC-0785 - AC-0820 seriyalı (inv. 235), əks tərəfin vərəqi isə (6x6=36 ədəd) liter vəseriyasızdır (inv. 236). Dörd vərəqin hər biri özünün icra üslubuna görə (vərəqlər deşikli və qıraqları dişlidir)həqiqi sınaq nümunəsi sayılır.330

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!