13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Cavanşir FeyziyevMilli Məclisin deputatı,fəlsəfə doktoruBayrağımız milli qürur mənbəyidirDünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən çoxsaylı cəhətlərləqarşılaşırıq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bufərqliliyi yaradan başlıca səbəblərdir. İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraqformalaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus keyfiyyətlərin ifadəformaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini tapmışdır. Zənnimcə, bu atributlardan məna vəməzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz - məhz Bayraqdır. O bayraq ki, xalqın özdüşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətinbütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir.Lakin tarixi həqiqət ondan ibarətdir ki, hər xalqa ən ali dəyərlərini özündə ehtiva edən bayrağınıdalğalandıra bilmək nəsib olmur. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt xalqdır. Dövlətçilik ənənələri hələantik dövrlərdə mövcud olmuş etnik-siyasi özünütəşkil mədəniyyətinə söykənən Azərbaycan xalqının bu günmüstəqil bayrağa malik olması da onun xoşbəxtliyi və həm də mənəvi haqqıdır. Çünki o bayrağı yenidəndalğalandıra bilmək səadəti - xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlımübarizəsi ilə, çoxsaylı qurbanlar bahasına gerçəkliyə dönmüşdür. Bayrağımızı hər bir azərbaycanlının qürurmənbəyinə çevirən də bu müqəddəs rəmzin - xalqımızın mübariz ruhunun məhsulu olmasıdır. Bu mübariz ruhAzərbaycan xalqının yenilməz mənəviyyatının bütün tarixi dövrlərdə zühur edən ən canlı və ən şanlıtəcəssümüdür. Bu ruh xalqımızın tarixi boyunca nəsildən-nəsilə ötürülmüş, zaman-zaman öz qüdrətini daha daartırmışdır. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyiöz kökləri ilə keçmişinə bağlı olmuş, tarixi ilə birgə yaşamağı, əski dövrü ilə yeni dövrünün vəhdətini yaratmağıbacarmışdır. Ona görə də Azərbaycan dövlətçiliyi milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixibayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə, ölməztürk ruhunu bu gün də yaşatmaqdadır.Ulu türk sivilizasiyasının üstün keyfiyyətləri həm də onun bayraqyaratma və bayraqyaşatma ənənəsindəöz ifadəsini tapmışdır. Təqribən 2500 il ərzində geniş Avrasiya boyunca böyük imperiyalar yaratmış türklərintarixi bayraqlarındakı simvollar bu və ya digər formada sonrakı dövrlərin bayraq ənənələrinə modifikasiyaolunmuşdur. Türk mifologiyasının ulu totemi və vaxtilə Avrasiyanın ən qüdrətli dövləti olan Göy Türkimperiyasının rəmzi olan Qurd, Səlcuq imperiyalarında güc və müdriklik simvolu olan və sonralar islamsivilizasiyasının “qalxan və qılıncına” çevrilmiş Qartal və həmişəyaşar türk ruhunun rəmzi olan Göy rəng uzunəsrlər müxtəlif konfiqurasiyalarda türk bayraqlarının atributları olmuşdur. Oğuz türklərinin Qərb qanadınaməxsus dövlətlərinin və onların varisi olan Osmanlı imperiyasının tarixən mövcud olmuş 72 bayrağında dahəmin ənənələr ötürülmüş və bugünkü Türk Cümhuriyyətinin möhtəşəm bayrağını ərsəyə gətirmişdir.Azərbaycan dövlətçiliyinin bayraq ənənəsində də belə bir varislik uzun əsrlər qorunmuşdur. Antik Azərbaycanınilk böyük dövləti olan Midiyanın bayrağındakı ikibaşlı Qartal sonralar Azərbaycan coğrafiyasının qüdrətli türkdövləti olan Atabəylər imperiyasının bayrağında, göy rəng üzərində öz əksini tapmışdır. Ağqoyunlu dövlətindətürklərin ərənlik ruhu döyüşkən Qoçla, böyük Səfəvi imperiyasında isə Günəşlə birgə doğulan iri pəncəli Şirləsimvollaşdırılmışdır. Azərbaycan xanlıqları da öz bayraqlarında rəmzlərin varisliyini davam etdirmişlər.Məsələn, Qarabağ xanlığının bayrağı ikibaşlı Qartal simvolu ilə Atabəylər ənənəsini davam etdirmişdir. XXəsrdə Arazın həm o, həm də bu tayında müstəqillik qazanmağa fürsət tapmış Azərbaycan Xalq Cümhuriyyətininvə Cənubi Azərbaycanın bayraqları azacıq fərqlə, demək olar ki, eyni rəmzləri (göy, qırmızı, yaşıl rəng, ağrəngli aypara və səkkizguşəli ulduz) öz üzərində daşımışdır. Üçrəngli bayrağımız hələ 1918-ci ilin 9 noyabrındaAzərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında Azərbaycan Cümhuriyyətinin bayrağı kimi qəbuledilmişdi. Təcavüzkar XI Qırmızı Ordunun gəlişi ilə endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmadı,ürəklərdə yaşadıldı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin bir iz buraxdı - Azadlıq izi.Nəhayət, 1990-cı ilin noyabrında ilk dəfə Naxçıvanda ümummilli liderimiz Heydər Əliyev tərəfindənAzərbaycan Demokratik Cümhuriyyətinin bayrağı azadlığın astanasında olan Azərbaycanın dövlət bayrağı kimiqaldırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ulu öndər Heydər Əliyevin rəhbərliyi altında NaxçıvanAli Sovetinin sessiyasında Naxçıvanda dövlət bayrağı kimi rəsmən təsdiq edildi. Həmçinin, Azərbaycan Ali127

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!