13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Beynəlxalq təcrübəyə istinadən deyə bilərik ki, Konstitusiya hər bir ölkənin taleyi üçün nə qədərmühüm bir sənəd olsa da, ictimai-siyasi münasibətlərdə meydana çıxan yeniliklər bu ali sənəddə zaman-zamanislahatların aparılmasını zəruri edir. Demək olar ki, bütün ölkələrin Konstitusiyalarında bu cür əlavə vədəyişikliklər edilib. Son illər Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən inanılmaz dərəcədə inkişaf etməsi,cəmiyyət həyatının bütün sferalarında tərəqqi və intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaşcəmiyyəti quruculuğu istiqamətində əsaslı addımların atılması, respublikamızın insan hüquq və azadlıqlarınındaha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkanainteqrasiya prosesinin sürətlənməsi Konstitusiyaya bir sıra mütərəqqi əlavə və dəyişikliklərin edilməsiniobyektiv tələbata çevirir.Unutmayaq ki, 1995-ci ildən indiyədək Azərbaycan cəmiyyəti ictimai-siyasi, sosial, mədəni həyatdaböyük yeniliklərin şahidi olub. Məhz bu gün də Konstitusiyada islahatların aparılmasının zəruriliyini həminamillər, siyasi-ictimai, sosial-iqtisadi və digər sahələrdəki inkişaf diqtə edir. Qarşıda duran əsas vəzifə isəAzərbaycan dövlətinin konstitusion əsaslarını möhkəmləndirməkdən ibarətdir.Bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə “Azərbaycan RespublikasınınKonstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin martın 18-dəümumxalq səsverməsinə - referenduma çıxarılmasını tamamilə təbii, qanunauyğun və məntiqi proses kimiqarşılamaq, buna, məhz sosial sifarişin tələbi kimi yanaşmaq lazımdır.Ən başlıcası isə, Azərbaycan cəmiyyəti belə bir reallığın fərqindədir ki, Konstitusiyanın 29 maddəsinətəklif edilən 41 əlavə və dəyişikliyin hər biri, mahiyyət etibarilə, ölkəmizdə insan və vətəndaş hüquqazadlıqlarına təminatı gücləndirməyə xidmət etməklə, Azərbaycanın çoxşaxəli inkişafından irəli gələn sosialtələbatdır. Bu əlavə və dəyişikliklər, eyni zamanda, respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyətiquruculuğu yoluna, liberal dəyərlərə sadiqliyini əyani şəkildə təcəssüm etdirir. Hər bir vətəndaşın maraq vəmənafeyinə xidmət edən Konstitusiya islahatı, bu mənada Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanaraqdəstəklənir.Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti də tamamilə demokratik normalaraəsaslanır. Məlumdur ki, bütün sivil dövlətlərdə dövlət siyasətinin formalaşmasında cəmiyyətlə dövlət birlikdəiştirak edir. Yəni, vətəndaş cəmiyyəti ilə dövlət birlikdə ümumi siyasəti müəyyənləşdirir və bu sahədə qarşılıqlıfəaliyyət göstərir. Bu fakt özlüyündə, eyni zamanda, xalqın dövlət siyasətində təmsil olunmasıdır. Bu gün həmdə respublikamız həm də qloballaşan dünyanın tamhüquqlu subyekti kimi heç bir kənar təsiri, müdaxiləni qəbuletmədən demokratik dəyərlərə doğru inamla irəliləyir. Respublikamızın sosial-iqtisadi sahədə ildən-ilə dahaböyük uğurlar qazanması, beynəlxalq layihələrin gerçəkləşdirilməsində əsas söz sahibi kimi çıxış etməsi,regionda lider dövlətə çevrilməsi və ən nəhayət, insanların maddi-rifah halında özünü büruzə verən kardinaldəyişikliklər Azərbaycanda demokratik inkişaf kursunun əbədi və dönməz olmasına ən başlıca təminatdır.Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri diqqətlə təhlil etdikdə aşkar sürətdə görmək olur ki,bütün bunlar hüquqi və demokratik quruluşa təminat verməklə, vətəndaş cəmiyyətinə nail olmaq kimi mühümvəzifələri əsas niyyət kimi bəyan edir. Ən başlıcası isə, ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasişəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Konstitusiyaya müvafiq dəyişiklik və əlavələrinedilməsini zərurətə çevirir. Bu baxımdan, “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr vədəyişikliklər edilməsi haqqında” Referendum Aktının ictimaiyyətin müzakirəsinə çıxarılması, vətəndaş birliklərivə ictimai-siyasi təşkilatların mövqeləri də məhz bu reallıqdan irəli gəlir.Etiraf edək ki, respublikamızda aparılan hüquqi islahatlarda insan hüquqları həmişə öncül sıralardaolub. Müstəqillik dövründə ilk Konstitusiyamızın qəbul edilməsindən keçən illər ərzində də cəmiyyət və dövləthəyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli demokratik islahatlar aparılmış, ocümlədən, ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, insan haqlarının daha etibarlı qorunması üçün yeniüçpilləli məhkəmə hakimiyyəti yaradılmış, beynəlxalq standartlara uyğun qanunlar və məcəllələr qəbuledilmişdir. Aparılmış demokratik islahatların məntiqi nəticəsi olaraq ölkəmiz Avropa Şurasına tamhüquqlu üzvqəbul edilmiş, insan hüquqları ilə bağlı əsas beynəlxalq konvensiyalara qoşulmuş, bu sahədə üzərinə mühümöhdəliklər götürmüşdür.İctimai-siyasi həyatda baş vermiş bütün bu yeniliklər milli qanunvericiliyimizin konstitusion prinsipləriilə bilavasitə bağlı olduğu üçün, ölkəmizin Konstitusiyasına da müvafiq dəyişikliklər edilməsi mühüm və həmdə labüd proses kimi qiymətləndirilməlidir. Təsadüfü deyil ki, Konstitusiyaya təklif olunan əlavə vədəyişikliklərin mühüm bir qismi də, məhz Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq246

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!